Gündəm
“Qoca və Mələk” mövsümü açıq elan edəcək
Azərbaycan Dövlət Pantomima Teatrı yeni mövsümü sentyabrın 23-də “Qoca və Mələk” tamaşası ilə açıq elan edəcək. Rejissor Elnur Rzayevin quruluşunda təqdim ediləcək tamaşanın plastik həll üzrə rejissoru Xalq Artisti Bəxtiyar Xanızadədi. Səhnə əsərinin musiqi tərtibatı Leyla Atayevaya məxsusdur.
“Hi1000” adlı layihə həyata keçiriləcək
Gənclərin Maarifləndirilməsinə Kömək İctimai Birliyi olaraq 5 dekabr tarixində “Hi1000” adlı irimiqyaslı layihə həyata keçirəcəyik. Keçirəcəyimiz “Hi1000” layihəsi 1000 nəfər iştirakçı və təşkilati komanda,rəsmi qonaqların iştirakı ilə baş tutacaq. Həmin gənclər Azərbaycan Respublikasının dövlət himnini xor şəklində oxuyacaq.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Tovuzda vətəndaşlarla görüşüb
Bu gün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Tovuz şəhərində vətəndaşlarla görüşüb. Tovuz şəhərində Tovuz, Şəmkir, Gədəbəy, Ağstafa və Qazax sakinlərini qəbul edən nazir vətəndaşların telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi məsələlərlə bağlı müraciətlərinə baxıb, təkliflərini dinləyib.
Qoşa kameralı yeni “Samsung” smartfonu nümayiş olunub
“Samsung” şirkəti Çin bazarı üçün nəzərdə tutulan yeni “Galaxy C8” smartfon modelini rəsmən təqdim edib. Modelin əsas xüsusiyyəti kimi 13 və 5 meqapikselli 2 moduldan ibarət əsas kamera qeyd olunur. Bundan başqa, qurğu ayrıca işıq diodlu işıqlandırıcıya malik 16 meqapikselli ön kamera ilə təchiz olunub. Bildirilir ki, 1920 x 1080 piksel təsvir ölçülü 5,5 düym diaqonallı “Super AMOLED” ekrana malik yeni qurğu səkkiznüvəli “MediaTek Helio P20” prosessoru əsasında işləyir. Smartfonun quraşdırılmış yaddaşı 32 giqabayt, operativ yaddaşı 3 giqabayt təşkil edir. Həmçinin, qurğunun 64 giqabayt quraşdırılmış və 4 giqabayt operativ yaddaşa malik versiyası mövcuddur.
Mayamidə 600-dək reys təxirə salındı - SƏBƏB?
ABŞ-ın Mayami şəhərində "İrma" qasırğası ilə əlaqədar hava limanında 600-ə yaxın reys təxirə salınıb. Mayamidən uçması planlaşdırılan 247 reys və şəhərə gəlməli olan 317 reys təxirə salınıb. Daha 27 reysin isə yubanması barədə məlumat verilib.
Alimlər yeni təhlükəsiz akkumulyator tipi yaradıblar
Tez-tez internetdə partlamış smartfonlardan zərərçəkmiş insan və ya onların mülkiyyəti haqda məlumatlar oxuyuruq. Əksər hallarda litium ion akkumulyatorları, daha dəqiq isə enerji yükləyən və boşaldan elektrolitlər buna səbəbdir. Adətən elektrolitlərin kifayət qədər enerji toplaması üçün onlar yanar kimyəvi maddələrdən istehsal edilməlidir, amma Merilend Universitetinin alimləri yeni təhlükəsiz elektrolit tipi yaratmağa müvəffəq olublar.
ABŞ-Çin qarşıdurması: qlobal geosiyasətin qeyri-müəyyənlikləri
Bir sıra analitiklər Amerika ilə Çin arasında beynəlxalq nüfuz uğrunda mübarizənin təhlükəli çalarlar almağa başladığı barədə proqnozlar verirlər. Onlar bütövlükdə dünya geosiyasi mənzərəsində qeyri-müəyyənliklərin artdığı qənaətindədirlər. Həmin bağlılıqda iki böyük güc arasında rəqabətin hansı geosiyasi proseslərə təkan verə biləcəyi barədə analitik fikirlər maraq doğurur. Evan Feygenbaumun bununla əlaqədar bir məqaləsi "Foreign Affairs" nəşrində dərc edilib. Müəllif problemlə bağlı geniş təhlil verir və bir sıra ziddiyyətli məqamlara diqqət çəkir. Yazıda, ümumiyyətlə, müasir geosiyasətin mühüm məsələlərinə toxunulur. Onların geosiyasi dinamikaya təsir istiqamətləri haqqında analiz aparmaq maraqlı olardı.
Patriarx Kirill: "Dağlıq Qarabağ problemi ilə bağlı hazırkı vəziyyət məqbul sayıla bilməz"
Moskva və bütün Rusiyanın patriarxı Kirill görüş təklifini qəbul etdiyinə görə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadəyə və bütün ermənilərin katolikosu II Qareginə təşəkkür edib. Patriarx Moskvada keçirilən üçtərəfli görüşdə bildirib ki, Dağlıq Qarabağ problemi ilə bağlı hazırkı vəziyyət məqbul sayıla bilməz.
Allahşükür Paşazadə işğal olunmuş ərazilərin qaytarılmasının vacibliyini erməni katolikosun diqqətinə çatdırıb
"Ümid edirəm ki, bu görüşün bütün Qafqaz xalqları üçün bəhrəsi olacaq. Əlbəttə, Dağlıq Qarabağ münaqişəsinin həlli çox uzanıb. Buna kimi də görüşlərimiz olub, təəssüflər olsun ki, nəticəsiz qalıb. Təkcə Qarabağda deyil, Azərbaycan-Ermənistan sərhədində dinc insanlar həlak olurlar. Biz bu məsələyə bu cur yanaşsaq, çətin ki, həll yoluna gələk".
Azərbaycanlı hakimlər beynəlxalq oyunlara təyinat aldı
Azərbaycanlı hakimlər növbəti oyunlara təyinat alıb. Rəhim Həsənov UEFA Gənclər Liqasında təyinat alıb.
Yaponiyada ZƏLZƏLƏ - 5.3 bal
Yaponiyanın Honsü adasında 5,3 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Akita prefekturasını cənbunda yerin 10 kilometr dərinliyində qeydə alınıb. Yeraltı təkanlar 8 prefektura ərazisində hiss edilib.
Meksikada zəlzələ qurbanlarının sayı 32-yə çatıb
Meksika sahillərində baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb. Maqnitudası 8.4 olan yeraltı təkanlar zamanı qeydə alınan dağıntılar nəticəsində Oahaka ştatında 23, Çyapasda 7, Tabasko ştatında isə 2 nəfər həlak olub.
"Zirə"nin hücumçusu Hindistana yollandı
"Zirə" klubu futbolçusu Kervan Belforla yollarını ayırıb. 25 yaşlı hücumçu Azərbaycan Premyer Liqasında IV turun "Qəbələ" ilə oyunu üçün səfərə aparılmayıb. A.Abbasov vidalaşdıqları haitili futbolçunun bir illik müqavilə imzaladığı Hindistanın "Jamshedpour" klubunun düşərgəsinə yaxın günlərdə yollanacağını bildirib.
Prezident İlham Əliyev KXDR və Tacikistan rəhbərlərini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Koreya Əmək Partiyasının Sədri, Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının Sədri, Koreya Xalq Ordusunun Ali Baş Komandanı Kim Çen Ina təbrik məktubu göndərib.
Prezident Çində uğur qazanmış idmançı və məşqçilərə mükafatlar müəyyən edib
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Taypey şəhərində keçirilən Tələbələrin XXIX Ümumdünya Yay Universiadasında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.


.png)











