Mayamidə 600-dək reys təxirə salındı - SƏBƏB?

ABŞ-ın Mayami şəhərində "İrma" qasırğası ilə əlaqədar hava limanında 600-ə yaxın reys təxirə salınıb. Mayamidən uçması planlaşdırılan 247 reys və şəhərə gəlməli olan 317 reys təxirə salınıb. Daha 27 reysin isə yubanması barədə məlumat verilib.

Bundan başqa, qasırğa ilə əlaqədar Rusiyanın "Aeroflot" aviaşirkəti də 4 reysi təxirə salıb. Bu, ABŞ-ın Mayami şəhərinə və Kubanın paytaxtı Havanaya, eləcə də əks istiqamətdə uçuşlara aiddir.

Qeyd edək ki, Fransanın dənizaşırı ərazilərində böyük dağıntılara səbəb olan və hazırda Florida ştatına yaxınlaşan qasırğa azı 16 nəfərin ölümünə səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31