Gündəm

Tramp və Ərdoğan Yaxın Şərqi müzakirə etdi

10 Sentyabr 2017 09:14

ABŞ və Türkiyə prezidentləri Donald Tramp və Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı baş tutub. Tərəflər Yaxın Şərqdə sülh və stabilliyin əldə olunması məsələlərini müzakirə ediblər. Bu barədə Ağ Evin məlumatında bildirilir. “Prezident Tramp, ABŞ və Türkiyənin regional stabilliyin gücləndirilməsi naminə birgə işə sadiq olduqlarını vurğulayıb”, - deyə bəyanatda bildirilir. Bundan əvvəl D.Tramp Qətər şeyxi Tamim bin Həmid əl Tani ilə telefonla danışıb.

Bakıdakı universitetlər – “Tələbələrimizə yer verə bilmirik” – PROBLEM

10 Sentyabr 2017 09:12

Yeni tədris ilinə çox az müddət qalıb. Bu baxımdan tələbələrin mənzil problemi də aktuallaşıb. Məlumdur ki, ali təhsil müəssisələrinə qəbul olunanlar arasında regionlarda yaşayan gənclərin sayı kifayət qədərdir. Rayonlardan gələn tələbələrin əksəriyyətinin kirayədə qalmağa maddi imkanı olmur. Amma çətinlik ondadır ki. yataqxanalar da çatışmır. Maraqlıdır, hansı ali təhsil müəssisələri öz tələbələrini yataqxana ilə təmin edə biləcək? Bu sualla bir neçə ali təhsil müəssisələrinə müraciət edilib.

Lerikdə  zəlzələ

10 Sentyabr 2017 09:10

Sentyabrın 10-da Lerik rayonu ərazisində zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli  bildirib ki, Lənkərandan 20 km qərbdə Lerik rayonu ərazisində baş verən zəlzələ yerli vaxtla saat 06:32:22-də qeydə alınıb.

Bakıda İndoneziya festivalı keçirilir

9 Sentyabr 2017 18:25

Bakıda ikinci İndoneziya mədəniyyət festivalı keçirilir.  Festival çərçivəsində ilk olaraq Heydər Əliyev sarayının foyesində sərgi təşkil olunub. Sərgidə İndoneziya mədəniyyət nümunələri nümayiş olunub. Daha sonra sərginin açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən İndoneziyanın Azərbaycandakı səfiri Husnan bəy Fənani bildirib ki, bu ili iki ölkə arasında münasibətlərin 25 illiyi qeyd olunur. O iki ildir Azərbaycanda belə bir festival təşkil etməkdən məmnun olduğunu bildirib: "İndoneziya və Azərbaycan bir sıra beynəlxalq forumlarda müttəfiqdirlər. Bu festival Azərbaycan xalqına, xüsusi ilə Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən məcburi köçkünlərə həmrəylik əlaməti olaraq keçirilir".

Hərbi xidmətlə bağlı qanun dəyişdirilir

9 Sentyabr 2017 18:21

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilir. Qanunun 4.2-ci bəndində qeyd edilib ki, çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatı onların yaşayış yeri üzrə aparılır. Beləliklə də çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatını aparan qurumlar dəyişdirilir. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc dəyişikliyi şərh edib. Deputat bildirib ki, layihəyə əsasən, hazırda qüvvədə olan “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatı onların yaşayış yeri üzrə, 3 aydan artıq müddətə yaşayış yerini dəyişdirdikdə isə olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır” bəndi ləğv edilir. Əvəzində göstərilən müddət qüvvədə qalmaqla, qeydiyyatı yalnız şəxsin xidmət etdiyi qurumun aparması təklif olunur.

İlham Əliyev İosif Kobzonu təltif etdi

9 Sentyabr 2017 18:17

Azərbaycan Prezidenti İlham Əliyev İosif Davıdoviç Kobzonun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin inkişafında böyük xidmətlərinə görə İosif Davıdoviç Kobzon “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

Qadınları intihar həddində çatdıran cinsi xəstəlik - İllərlə bakirə olaraq qalırlar  

9 Sentyabr 2017 18:09

Belə qadınlar ailəli olsalar da illərlə bakirə olaraq qalırlar. Bir müddət özlərinə vaxt verirlər ki, bəlkə müəyyən müddətdən sonra onlar bir-birlərinə öyrəşərlər və bu problem öz-özünə həll olar. VAGİNİZM ( vajinismus)  – cinsi əlaqə qorxusu olub (ilk gecə qorxusu, ağrılı cinsi əlaqə) qadınlarn  özlərindən asılı olmayaraq əzələlərin (ayaq, çanaq dibi və s.)  , eləcə də bütün bədənin ani şəkildə kəskin yığılması və sıxılması nəticəsində cinsi əlaqənin mümkün olmamasıdır. Sizə çoxlarının xəbərsiz olduğu xəstəlik haqqında məlumatı təqdim edirik.

Saç əkilməsində nələrə diqqət etmək lazımdır?

8 Sentyabr 2017 20:05

Dövrümüzün sağlamlıqla bağlı problemlərindən biri də saç tökülməsidir. Tökülən saçın yerinə saç əkilməsi artıq dəb halını alıb.  Mütəxəssislər hesab edirlər ki, saç əkilməsi sağlamlıq problemi olmayanlara tətbiq olunan ən əlverişli əməliyyatlardan biridir. Bunun üçün sadəcə bədənin saç əkdirməyə uyğun olması lazımdır.

Aparıcıdan Alişanın ayrılığına gözlənilməz sözlər

8 Sentyabr 2017 19:57

Aparıcı Ece Erken gəzinti zamanı görüntülənib. Aparıcı ayaqüstü jurnalistlərlə söhbət edib. O, yaxın dostu Alişanın Eda Erolla nişanını qaytarmasına fərqli münasibət bildirib:   “İkisi üçün də xeyirlisi olsun. Bu aralara ay bütövdür, hamı ayrılır”.

Merve Muradla qaldığı evdən getdi

8 Sentyabr 2017 19:50

Müğənni Murad Dalkılıçdan boşanma ərəfəsində olan aktrisa Merve Boluğur günlərini Çeşmədə keçirir.   Aktrisa Muradla birlikdə yaşadığı evi boşaldıb. Belə ki, merve anası Nehra Boluğuru Yeniköydəki evə gedərək şəxsi əşyalarını götürməsini istəyib. Nehra qızı üçün yeni ev axtarışına da başlayıb.

Daha bir məşhur cütlük ayrıldı

8 Sentyabr 2017 19:48

Aktrisa Qamze Topuzla futbolçu sevgilisi Tümer Metin ayrılıblar. Bu barədə aktrisa sosial şəbəkədə yazıb:  “Tümer Metinlə 8 aydır davam edən münasibətimizi bir-birimizi yormamaq, aramızdakı sevgi və hörməti itirməmək üçün bitirmək qərarına gəldik. Bu həssas dövrdə hər birinizdən anlayışlı olmağınızı istəyirik”.  

“Google”un fərdi xəbər lenti artıq bütün dünyada əlçatandır

8 Sentyabr 2017 19:43

2016-cı ilin dekabrında “Google” şirkəti tərəfindən təqdim edilmiş "ağıllı" xəbər xəttinin məzmunu istifadəçilərin fərdi özəllikləri əsasında formalaşdırılır. Bu vaxtadək yalnız ABŞ-da əlçatan olan funksiya indi bütün dünyada aktivdir. Fərdi xəbər lenti “Google”un “Android” üçün əsas proqramında əlçatandır. Tezliklə sözügedən funksiya proqramın “iOS” versiyasında, həmçinin axtarış sisteminin masaüstü və mobil versiyalarında əlçatan olacaq. Yeni xidmət “Google Feed” adlandır. "Ağıllı" lentə yalnız xəbərlər deyil, həm də axtarış tarixçəsi, istifadəçinin olduğu yer və “Google”un başqa onlayn xidmətlərindən məlumatlar əsasında seçilmiş musiqi, film, məqalə və başqa fərdiləşdirilmiş məzmun daxil edilib.

İtmiş smartfonların axtarışı üçün üsul kəşf edilib

8 Sentyabr 2017 19:39

Şotlandiyanın Sent-Edryu Universitetinin tədqiqatçılar qrupu itmiş smartfonların axtarışı üçün “SpeCam” adlı proqram hazırlayıblar. Mobil əlavə xüsusi alqoritmlər sistemindən istifadə edərək smartfonun olduğu səthin növünün və rənginin müəyyənləşdirilməsi üçün qurğunun ön kamera və ekranından yararlanır. Bu halda displey smartfonun ön kamerası ilə tutuşdurulduqdan sonra axtarışın aparıldığı kompüterə göndərilən səthdən əks olunan çoxspektrli işıq mənbəyi qismində çıxış edir. Texnologiyanın əsas üstünlüyü axtarılan qurğunun aparat və proqram təminatına qarşı olan minimal tələblərdir.

“Samsung” məhsullarında boşluqların aşkarlanması üçün pul mükafatı təyin olunub

8 Sentyabr 2017 19:22

“Samsung” şirkətinin məhsullarında boşluqlar aşkarlayan ekspertlər üçün 200 min dollar məbləğində pul mükafatının verilməsini nəzərdə tutan proqram istifadəyə verilib. “Mobile Security Rewards” adlanan proqram “Galaxy S”, “Galaxy Note”, “Galaxy A”, “Galaxy J”, “Galaxy Tab” istehsal xətti, eləcə də “S8”, “S8+” və “Galaxy Note 8” qabaqcıl smartfonları daxil olmaqla 38 “Samsung” mobil qurğusuna şamil edilir.  

Alimlər sifəti qismən görünən insanları tanıyan alqoritm yaradıblar

8 Sentyabr 2017 19:18

Hindistan və Böyük Britaniyadan olan alimlər qrupu tərəfindən təqdim edilmiş sifətin tanınması alqoritmi sifəti qismən görünən insanı yüksək dəqiqliklə tanımaq qabiliyyətinə malikdir. Alimlər tərəfindən təqdim edilmiş alqoritm dərin təlim əsasında işləyir və insanı onun sifətindəki 14 nöqtə üzrə (göz, qaş, dodaq və sairə) tanıyır. İlk dəfə oxşar alqoritm indiki layihənin əsas müəllifinin iştirakı ilə 2014-cü ildə hazırlanıb.