Saç əkilməsində nələrə diqqət etmək lazımdır?
Dövrümüzün sağlamlıqla bağlı problemlərindən biri də saç tökülməsidir. Tökülən saçın yerinə saç əkilməsi artıq dəb halını alıb. Mütəxəssislər hesab edirlər ki, saç əkilməsi sağlamlıq problemi olmayanlara tətbiq olunan ən əlverişli əməliyyatlardan biridir. Bunun üçün sadəcə bədənin saç əkdirməyə uyğun olması lazımdır.
8 Sentyabr 2017 20:05 SosialDövrümüzün sağlamlıqla bağlı problemlərindən biri də saç tökülməsidir. Tökülən saçın yerinə saç əkilməsi artıq dəb halını alıb. Mütəxəssislər hesab edirlər ki, saç əkilməsi sağlamlıq problemi olmayanlara tətbiq olunan ən əlverişli əməliyyatlardan biridir. Bunun üçün sadəcə bədənin saç əkdirməyə uyğun olması lazımdır.
Saç əkilməsi əməliyyatı estetik məqsədli edilən bir əməliyyatdır. Bu əməliyyatda saçları səhv şəkildə əkilən insanın müəyyən nöqtələrindən kök hüceyrələri saçlarından alınır və başqa müəyyən nöqtələrə qoyulur. Daha sonra xəstənin saçının nizamlanması edilir. Bu əməliyyat diqqətli edilməsi lazım olan əməliyyatlardan biridir. Saç əkilməsi kimi əhəmiyyətli mövzularda mütləq professional və ekspert bir həkim, eyni zamanda keyfiyyətli xidmət göstərən sağlamlıq mərkəzi seçilməlidir.
Saç əkilməsi əməliyyatından sonra başınızda iltihablanma görünərsə, dərhal həkimə müraciət etmək lazımdır. Baş dərisinin hava alması üçün məcbur qalmadıqca istiyə çıxmaqdan və şapka istifadəsindən qorunmaq lazımdır. Saç əkilməsində həkim təcrübəsi və seçilən mərkəzin keyfiyyəti nəticə üçün əhəmiyyətli bir detaldır. Bu səbəbdən bu cür faktorlara diqqət yetirilməsi önəmlidir. Azadinform.az