Gündəm

Saakaşvili yüzlərlə tərəfdarı ilə Ukraynaya girdi- VİDEO

11 Sentyabr 2017 11:28

Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili Polşadan Ukraynaya daxil olub.   Saakaşvili yüzlərlə dəstəkçisinin köməkliyi ilə Ukraynaya daxil ola bilib.  Saakaşvili bildirib ki, keçidin bağlı olmasına acıqlı kütlə qəfildən onu sərhəddən keçirib. 

Türkiyədə növbəti ağır yol qəzası: ölənlər var - VİDEO

11 Sentyabr 2017 11:25

Türkiyədə ağır yol qəzası baş verib. Ankara-Konya magistralında Mardindən Ankaraya hərəkət edən şəhərlərarası sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində yük avtomobilinə çırpılıb. 

Qasırğa Mayami küçələrini çaya döndərib

11 Sentyabr 2017 11:22

"İrma" qasırğası səbəbindən ABŞ-ın Florida ştatında həyat şəraiti çətinləşib. Məlumata görə, qasırğa nəticəsində Mayaminin küçələri gur sulu çayı xatırladır. Floridada 3,3 milyon insan işıqsız qalıb.

Karlova sui-qəsd cinayətində ŞOK FAKTLAR

11 Sentyabr 2017 11:17

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova “Əl- Qaidə” terror təşkilatının adı ilə sui-qəsd təşkil edən FETÖ üzvü Mövlud Mərd Altındaş cinayətində yeni dəllilər ortaya çıxıb. Cinayətkarın Vatsap hesabında “Əl- Qaidə” terror təşkilatının əleyhinə olan mesajları aşkar edilib. Mesajlarda sui-qəsdçinin terror təşkilatının Suriya və İraqda elan etdiyi cihadı tənqid etməsi faktı ortaya çıxıb.

Rusiya və Misir terrorla mübarizəyə qarşı hərəkətə keçdi

11 Sentyabr 2017 11:15

Rusiya ordusu Misrilə birlikdə “Dostluğun Qoruyucuları 2” adlı hərbi təlimlərə start verib. Bu barədə Misir ordusundan yazılı açıqlama verilib. Açıqlamada iki orduya mənsub paraşütçü dəstələr Rusiyanın cənubunda yerləşən Novorossiysk şəhərində hərbi təlimlər keçirib.

Rusiyadan gözlənilməz hücum: onlarla dinc sakin həlak oldu

11 Sentyabr 2017 11:13

Rusiyaya aid savaş təyyarələri Suruyanın Deyr-əz-zor şəhərində böyük hava hücumu həyata keçirib. Hücum nəticəsində ən az 34 dinc sakin həlak olub. 

Uşaqlara vətənpərvərlik hissləri aşılanacaq

11 Sentyabr 2017 11:10

"Əsgər Bala" uşaq musiqi qrupu yaradılıb. “OLAYLAR” -ın xəbərinə görə, yeni yaradılan qrupun əsas missiyası və məqsədi uşaqlara vətənpərvərlik hissini aşılamaq, onlar arasında müntəzəm olaraq hərbi vətənpərvərlik mövzusunda musiqili-əyləncəli proqramlar təşkil etməkdir.

Ermənilər 123 dəfə atəşkəsi pozub

11 Sentyabr 2017 11:06

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 123 dəfə pozub.

Müdafiə naziri İsrailə səfər edib

11 Sentyabr 2017 11:05

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İsrail Dövlətinin Müdafiə naziri cənab Aviqdor Libermanın dəvəti ilə Tel-Əviv şəhərinə yola düşüb.

Görkəmli alim Lütfi Zadə Bakıda I Fəxri xiyabanda dəfn olunacaq

11 Sentyabr 2017 11:03

Görkəmli azərbaycanlı alim Lütfi Zadənin Bakıda dəfn olunacağı yer məlum olub. Lütfi Zadə I Fəxri xiyabanda dəfn olunacaq. Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestindən APA-ya bildirilib ki, Lütfi Zadənin məzarı 3 gün əvvəl qazılıb. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib ki, Lütfi Zadənin nəşi bu həftə ərzində Bakıya gətiriləcək və onunla dövlət səviyyəsində vida mərasimi təşkil olunacaq.

ABŞ – da FACİƏ

11 Sentyabr 2017 10:00

ABŞ-ın Texas əyalətində bir evə silahlı hücum olub. “Olaylar” bildirir ki, hücum zamanı bir ailənin səkkiz üzvü öldürülüb, iki nəfər ağır yaralanıb. 8 nəfərin ölümünə səbəb olan təcavüzkar ABŞ polisi tərəfindən öldürülüb. Hadisənin səbəbi hələ də məlum deyil.

Sabiq prezidentə qarşı cinayət işi açıldı

11 Sentyabr 2017 09:36

Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşviliyə qarşı cinayət işi açılıb. Bu barədə Ukrayna polisinin “Tvitter” səhifəsində bildirilir. Cinayət işi Cinayət Məcəlləsinin 332-ci (Ukrayna Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə açılıb. Qeyd edək ki, ötən axşam Mixail Saakaşvili Polşa-Ukrayna sərhədini keçərək Lvov şəhərinə gəlib. M. Saakaşvili ABŞ-da olarkən Ukrayna prezidenti Petr Poroşenko M. Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib.

500-dən çox insan təxliyyə edildi

10 Sentyabr 2017 09:21

İspaniyanın Uelva əyalətində geniş meşə yanğınları səbəbindən 500-dən çox insan təxliyyə edilib. Yanğın cümə günü Andalusiya muxtar birliyinin Uelva əyalətində yerləşən La-Qranda-de-Rio-Tinto yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb. Ərazidən 500-dən çox sakin təxliyyə edilib. Yanğın ilə 350 yanğınsöndürən mübarizə aparır, hadisə yerinə xüsusi hava texnikası cəlb olunub.

Azərbaycan filmləri Kazanda 

10 Sentyabr 2017 09:16

Kazanda XIII Beynəlxalq Müsəlman Kino Festivalı davam edir. Müsabiqə proqramında Azərbaycan - Teymur Daiminin “Bu sevgidir” filmi “qısametrajlı sənədli film”, Dariuş Nəcəfin “Səs” filmi “qısametrajlı oyun filmi” nominasiyasında təqdim edilib. Natiq Axundovun “Ramazan payı” filmi müsabiqədənkənar təqdim olunub. Bu il seçim komissiyasına 61 ölkədən 782 müraciət daxil olub. Müsabiqə proqramına 27 ölkədən 60 film seçilib. Bu, Azərbaycan, Albaniya, Əfqanıstan, Banqladeş, Belçika, Macarıstan, Danimarka, Misir, Hindistan, İran, İtaliya, Qazaxıstan, Kanada, Qətər, Qırğızıstan, Malta, Mərakeş, Nepal, Niger, Rusiya, ABŞ, Tacikistan, Türkiyə, Özbəkistan, Fransa, İsveç və Estoniyadır.