Müdafiə naziri İsrailə səfər edib

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İsrail Dövlətinin Müdafiə naziri cənab Aviqdor Libermanın dəvəti ilə Tel-Əviv şəhərinə yola düşüb.

"OLAYLAR"-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İsrail Dövlətinin Müdafiə naziri cənab Aviqdor Libermanın dəvəti ilə Tel-Əviv şəhərinə yola düşüb.
Rəsmi səfər çərçivəsində general-polkovnik Z.Həsənovun İsrailin Müdafiə naziri ilə görüşü, Silahlı Qüvvələrin Komanda və İdarəetmə Mərkəzini, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri ziyarət etməsi və digər tədbirlərdə iştirakı nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31