BU NƏDİR? Bunun adı nədir? Mütləq cəzalandırılmalıdır bu adamlar

68 SAYLI SABİRABAD-ŞİRVAN SEÇKİ DAİRƏSİNDƏ İLKİN İMANOVUN "KORRUPSİYA MEXANİZMİ"? HESABIMA YAZILAN 22.150 (iyirmi iki min beş yüz manat) KİMİN CİBİNƏ GEDİB?

Hörmətli izləyicilər , mediya nümayəndələri və Sabirabad sakinləri ,

Bir ictimai fəal və parlamentdə təmsil olunan siyasi partiyanın üzvü olaraq , 68 saylı Sabirabad-Şirvan Seçki Dairəsinə sədirlik edən İlkin İmanovun rəhbərlik etdiyi qurumda qurduğu represiv idarəetmə üsullarını və dəhşətli maliyyə maxinasiyalarını faktlarla ifşa edirəm!

Haqqımı tələb etdim , İlkin İmanovun qisasına tuş gəldim!

Hər şey 2022-ci ildə mənə ayırılan rəsmi mükafatımın qanunsuz şəkildə kəsilməsi ilə başladı. Mən bu haqsızlığa səssiz qalmayaraq bir başa Mərkəzi Seçki Komissiyasının mühasibatlğı ilə əlaqə saxladım dedilər ki , MSK bütün ödənişləri ödəyib.

Bu hadisədən sonra İlkin İmanov mənə qarşı qərəzli və planlı bir qisas kampaniyasına başladı! Daxildəki korrupsiya zəncirinin ifşa olunmasından qorxaraq rəhbərlik səviyyəsində "Bu şəxs problemli işçidir fəaliyyətimizə mane olur" rəyini (şayiəsini) formalaşdırdı və bu uydurma bəhanə ilə təcili olaraq 2023-ci ilin oktyabr ayında mənim işimə qanunsuz şəkildə xitam verilməsinə nail oldu!

Məqsəd tək idi: qanunu tələb edən dürüst səsi boğmaq və qurulan maliyyə fırıldaqlarını gizlətmək.

İşdən çıxarıldım , amma adıma 22.150 manat pul silindi!

Məni "problemli işçi" elan edib qapı arxasına qoyan İlkin İmanovun idarəçiliyi görün sonradan hansı rəzalətə imza atdı. Rəsmi dövlət portallarından (my.gov.az) əldə etdiyim sənədlər şok faktları ortaya çıxardı. Məlum oldu ki , mənim işdən çıxarılmağımdan sonra , İlkin İmanovun rəhbərlik etdiyi Dairədə bütöv bir il boyunca 12 ay mənim adıma əmək haqqı , məzuniyyət pulu və mükafatlar adı altında tam 22.150 manat vəsait yazılıb silinib! İşdən çıxarılaraq "mane olur" dediyiniz adamın adından istifadə edərək bütöv bir il pul silmək hansı qanuna sığır? Bu dövlət vəsaitləri kimin cibinə gedib?

İlkin İmanovun Dairədə qanunsuz pul nağdlaşdırma sxemi!

Bu qanunsuzluq təkcə mənim adıma məhdudlaşmır. Komisiyanın katıbi Həmdulla Sultanovun bank hesabı üzərindən də eyni mexanizimlə vəsaitlərin manipulyasiya edildiyi , adlara yazılan ezamiyyə və mükafat pullarının mənimsənildiyi rəsmi bank sənədləri ilə sübuta yetrilir. 2023 cü ilin dekabrında Həmdulla müəllimin kartına köçən 1530 manatlıq vəsaiti "Bu pul sənin deyil mənimdir" deyərək əlindən alan idarəetmə fəlsəfəsi məhz İlkin imanovun qurduğu sistemin bəhrəsidir.

Yeni Dairə Seçki Komissiyalarının formalaşdırılması ərəfəsində bu cür qanunsuz repressiv idarəetmə və maliyyə sxemləri ilə yadda qalan bir şəxsin Sabirabadda seçki institutuna rəhbərlik etməsi dövlətimizin şəffaflıq prinsiplərinə açılan birbaşa zərbədir.

Dövlət büdcəsinin talanmasına və vətəndaşların əmək hüquqlarının İlkin İmanov tərəfindən represiv metodlarla tapdalanmasına səssiz qalmadıq. Dünən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə və Sabirabad rayon Prokurorluğuna Həmdulla Sultanovla birgə rəsmi ittiham ərizələrimizi təqdim etdik!

İlkin İmanovun qanun qarşısında cavab verməsi dövlət vəsaitlərinin və bu qisasçılığın hesabını verməsi üçün bu hüquqi və içtimai mübarizəni sonadək aparacağıq! Faktlar ortadadır , qanun qarşısında hər kəs bərabərdir!

Vətəndaş Həmrəyliyi Partiyası Sabirabad R.T. sədri ictimai fəal , Elman Tahir oğlu Əliyev.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31