Gündəm
Son tunc dövrünəaid mədəni abidələr aşkar edildi
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Daşkəsən-Goranboy arxeoloji ekspedisiyası Daşkəsən rayonunun Əmirvar kəndi ərazisində kurqan tipli qəbir abidələrində tədqiqat işləri aparıb.
Gənc mədəniyyət işçilərinin toplantısı gözlənilir
Sentyabrın 25-də Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında Mərkəzin nəzdində yaradılan "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu" nun Bakı şəhəri üzrə üzvləri ilə ilk görüşü keçiriləcək.
İraqda 1400 İŞİD üzvü saxlanıldı – Azərbaycan vətəndaşları da var
İraq təhlükəsizlik qüvvələri Mosulda məskunlaşan İŞİD terrorçularını və onların ailə üzvləri də daxil olmaqla 1400 nəfəri həbs edib. “Olaylar” bildirir ki, əsir götürülmüş qadınların və uşaqların bəziləri həbsdədirlər.
Mendeleyevin məktub göndərdiyi azərbaycanlı alimdən bəhs edən kitab MEK – də
AMEA Mərkəzi Elmi Kitabxanasına iki dəfə elm üzrə "HUMAY" Milli mükafatı laureatı, kimya elmləri namizədi Rəsul Rəhşanlının müəllifi olduğu “Strasburq universitetinin Doktoru Xanlarov” adlı kitab daxil olub.
Elmira Süleymanova ATƏT PA-nın sədri ilə görüşüb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ATƏT Parlament Assambleyasının sədri xanım Kristin Muttoneni qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, görüşdə E.Süleymanova fəaliyyət dövrü ərzində ATƏT-lə insan hüquqları sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulduğunu, bu qurumla birlikdə seminar və treninqlərin keçirildiyini, bir sıra tanınmış beynəlxalq ekspertlərin bu tədbirlərə qatıldığını, səmərəli təcrübə mübadiləsinin aparıldığını deyib.
Prezident İlham Əliyev Aleksandr Lapşini əfv etdi
Prezident İlham Əliyev Aleksandr Lapşinin əfv edilməsi haqqında sərəncam imzalayıb.
Parlament yeni müvəkkil seçəcək
“Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın səlahiyyət müddətinə Milli Məclisin payız sessiyasında baxılacaq. Təbii ki, öncə buna komitədə məsləhətləşmələr formasında aparılacaq”.
Keçən ay SOCAR tərəfindən dövlət büdcəsinə 133 milyon 782 min manat vəsait ödənilib
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2017-ci ilin avqust ayında dövlət büdcəsinə 133 milyon 782 min manat vəsait ödənilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu göstərici 2016-cı ilin avqust ayı ilə müqayisədə 17 milyon 321 min manat və ya 14,9 faiz çoxdur. Ümumiyyətlə, cari ilin yanvar-avqust aylarında büdcəyə 1 milyard 48 milyon 348 min manat vəsait ödənilmişdir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 142 milyon 946 min manat və ya 15,8 faiz çoxdur.
Radikalizm və onun fəsadları müzakirə edilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İsmayıllı rayonu Topçu kənd məscidi dini icmasının “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” layihəsi çərçivəsində “Radikalizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Təmas xəttində monitorinq keçiriləcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 12-də Füzuli rayonu Alxanlı kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Eden Azar "“Qarabağ”la oyundan öncə: ""Çelsi” tam hazırdır"
Ötən il avrokubokda çıxış etmədiyimizdən, çempionat oyunlarına hazırlaşmaq üçün vaxtımız çox idi. Bu mövsüm isə elə olmayacaq. Bu sözləri "Çelsi"nin futbolçusu Eden Azar deyib. Belçikalı yarımmüdafiəçinin komandası Çempionlar Liqasının (ÇL) qrup mərhələsində ilk oyununu sabah "Qarabağ"a qarşı keçirəcək.
Roma papası qəza keçirdi - Yaralanıb
Kolumbiyada səfərdə olan Roma Papası I Fransisk qəza keçirib. Kartaxena şəhərində səyahət edərkən Papanı aparan elektromobil qəflətən dayanıb. Nəticədə I Fransiskin başı şüşəyə dəyib. Həkimlər Roma papasının qaşından və gözünün altından xəsarət aldığını deyib. Papaya zəruri yardım göstərildikdən sonra o, gəzintini davam etdirib.
Cəlilabadda torpaq sürüşməsi
Cəlilabadda torpaq sürüşməsi nəticəsində qədim qəbiristanlıq və yaşayış məskəni aşkarlanıb. Rayonun Buravar kəndində torpaq sürüşməsi nəticəsində üzə çıxan qədim qəbiristanlıq və yaşayış məskənində indiyədək tədqiqat işləri aparılmadığı müəyyənləşib. Kənd sakinlərin sözlərinə görə, müxtəlif vaxtlarda ərazidə qədim dövrə aid xeyli sayda başdaşı, bir neçə yüz metr aralıda isə çoxlu soba və kül qalığı aşkarlanıb. Bu səbəbdən ərazinin qədim yaşayış məskəni olduğu güman edilir.
11 sentyabr — Terror aktı, yoxsa xüsusi xidmət orqanlarının təxribatı?
11 sentyabr terror aktları — Əl-Qaidə terror təşkilatı tərəfindən 2001-ci il sentyabr ayının 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata keçirilən silsilə terror aktlarıdır.
"Yuventus"da 3 itki
"Yuventus"un üç əsas futbolçusu Çempionlar Liqasının qrup mərhələsinin "Barselona"ya qarşı keçiriləcək ilk oyununu buraxacaq. Bu haqda klubun baş məşqçisi Massimiliano Alleqri məlumat verib. Sami Xedira və Klaudio Markizio zədə, Xuan Kuadrado isə cəza səbəbindən bu matçda iştirak etməyəcək.














