Mendeleyevin məktub göndərdiyi azərbaycanlı alimdən bəhs edən kitab MEK – də
AMEA Mərkəzi Elmi Kitabxanasına iki dəfə elm üzrə "HUMAY" Milli mükafatı laureatı, kimya elmləri namizədi Rəsul Rəhşanlının müəllifi olduğu “Strasburq universitetinin Doktoru Xanlarov” adlı kitab daxil olub.
11 Sentyabr 2017 11:58 SosialAMEA Mərkəzi Elmi Kitabxanasına iki dəfə elm üzrə "HUMAY" Milli mükafatı laureatı, kimya elmləri namizədi Rəsul Rəhşanlının müəllifi olduğu "Strasburq universitetinin Doktoru Xanlarov" adlı kitab daxil olub. "Olaylar" bildirir ki, kitab Almaniyada təhsil almış, daha sonra Fransanın Strasburq şəhərində fəaliyyət göstərən, o dövrdə Avropanın və ümumilikdə dünyanın ən nüfuzlu elm və təhsil mərkəzlərindən sayılan Vilhelm Kayzer Universitetində tədqiqat aparan ilk kimyaçı alimimiz Mövsüm bəy Xanlarovun həyat və yaradıcılığından bəhs edir. Əsərdə M.Xanlarovun D.İ.Mendeleyev, D.P.Konovalov, N.A.Mentuşkin kimi alimlərlə yazışmaları, adı çəkilən elm xadimlərinin azərbaycanlı alimə göndərdikləri məktublar onun hansı elmi səviyyəyə malik olduğunu və hansı səviyyədə qəbul olunduğu ən parlaq faktlar kimi ortaya qoyulur. Onu da qeyd edək ki, Mövsüm bəy Xanlarov "Əkinçi" qəzetinin fəal müəlliflərindən biri olub.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.