Gündəm

"Yeddi gözəl” IX Beynəlxalq musiqi festivalında nümayiş olunacaq

11 Sentyabr 2017 12:36

Sentyabrın 24 – də Üz.Hacıbəyli IX Beynəlxalq musiqi festivalı çərçivəsində baş tutacaq digər tamaşa Q.Qarayevin "Yeddi gözəl" baleti nümayiş olunacaq. “Olaylar” bildirir ki, balet tamaşasında solistlər Anar Mikayılov (Bəhram şah), Əməkdar artist Nigar İbrahimova (Gözəllər gözəli), Samirə Məmmədova (Çin gözəli), Failə Bolqarova (Xarəzm gözəli), Leyla Narimanidze (Çin gözəli), Ayan Eyvazova (Məğrib gözəli), Cəmilə Kərimova (Bizans gözəli), Elmirta Süleymanova (Slavyan gözəli), Əməkdar artist Samir Səmədov (Səməndər) və b. çıxış edəcəklər. Dirijor - Xalq artisti, professor Cavanşir Cəfərovdur.

Moldova musiqisi Muğam Mərkəzində

11 Sentyabr 2017 12:35

Sentyabrın 13 – də Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Moldovanın Azərbaycandakı səfirliyinin təşkilatçılğı ilə Azərbaycan və Moldova etnik musiqisi səslənəcək. “Olaylar” bildirir ki, tədbir “Etnik Musiqi İnciləri” adlı beynəlxalq layihənin davamı olmaqla yanaşı, Azərbaycan Moldova diplomatik əlaqələrinin 25 illiyinə həsr olunub.

İranlı Mühacirlər Cəmiyyətində görüş

11 Sentyabr 2017 12:34

"İranlı Mühacirlər Cəmiyyəti" İctimai Birliyində Danimarkadakı "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi ilə görüş keçirilib. Öncə foyedə qurumun üzvləri ilə fotoşəkil çəkdirən həmyerlimiz doluxsunub və sonra bunu belə izah edib: "Bu bina "21 Azər" Hərakatı iştirakçılarının, 1945-1946-cı illərdə Təbrizdəki Milli Hökumətin qurucuları tərəfindən ucaldılıb. Onun hər kərpicində, daşında valideynlərimizin, o cümlədən Milli Ordunun zabiti atam, mayor Məminin də zəhməti var. Surətləri gözlərim önündə canlandı və xatirələrinin əziz tutulmasına həssas münasibətdən istər-istəməz kövrəldim".

Azərbaycan “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisində

11 Sentyabr 2017 12:31

Sentyabrın 11-də Azərbaycanın ekskluziv partnyor olduğu 26-cı “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisi öz işinə başlayır. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, sentyabrın 14-dək davam edəcək sərgidə dünyanın 65 ölkəsindən 1500-dən çox şirkətin məhsulları nümayiş olunacaq.

Opera və Balet Teatrı 109 – cu mövsümdə

11 Sentyabr 2017 12:23

Sentyabrın 19 – da Opera və Balet Teatrı yeni 109-cu teatr mövsümünü Üz.Hacıbəylinin "Leyli və Məcnun" operasının tamaşası ilə açacaq. “Olaylar” bildirir ki, tamaşada Xalq artisti Mənsum İbrahimov (Məcnun) və gənc solist Arzu Əliyeva (Leyli), Respublikanın Əməkdar artistləri Cahangir Qurbanov (Nofəl), Təyyar Bayramov (İbn-Salam), Sabir Əliyev (Şeyx) və b. iştirak edəcəklər. Dirijor - Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

İctimai rəyin yeni ünvanı- Milli Sorğu Mərkəzi

11 Sentyabr 2017 12:22

Bu gündən Azərbaycanın internet məkanında yeni layihəyə start verilir. Məlumata görə bu ölkə üçün yenilik olan internet resursudur. www.sorgu.az ünvanında yerləşən “Milli Sorğu Mərkəzi” ictimai fikrin öyrənilməsi yolu ilə siyasi, sosial və marketinq araşdırmaları aparacaq. Araşdırmalar Mərkəzin internet saytında yerləşdirilcək və illik, yarımillik, dövri hesabatlar ictimaiyyətə təqdim olunacaq.

Bakıda  səfirliyin avtomobili qəzaya düşüb

11 Sentyabr 2017 12:20

Bakıda səfirlik avtomobili qəzaya düşüb. Hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Məlumata görə, Moldovanın Bakıdakı səfirliyinə məxsus “Toyota Prado” markalı, 040 D 001 dövlət qeydiyyat nişanlı avtomobil “İnfiniti” markalı, 10 KH 066 dövlət nömrə nişanlı maşınla toqquşub. Qəza nəticəsində ölən və xəsarət alan olmayıb. Faktla bağlı Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdıra aparılır.

Somalidə terror – 24 əsgər həlak oldu

11 Sentyabr 2017 12:21

Somali də terror hadisəsi baş verib. “Olaylar” bildirir ki, Şahabab terror təşkilatı bir hərbi avtomobili partladılması nəticəsində 24 əsgər həlak olub. Bölgədə münaqişələrin davam etdiyi bildirilir.

Serbiyadakı Azərbaycan diaspor təşkilatı bəyanat yayıb

11 Sentyabr 2017 12:17

Serbiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi son dövrlər bəzi xarici kütləvi informasiya vasitələrində, o cümlədən “The Guardian” və “The Washington Post” qəzetlərində Azərbaycan əleyhinə dərc edilmiş məqalələrlə bağlı bəyanat yayıb.

Yolu keçən piyadanı maşın vurub

11 Sentyabr 2017 12:18

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, sentyabrın 11-nə keçən gecə Sabunçu rayonu ərazisində İmişli rayon sakini Müşviq Mikayıl idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Malik Rəcəbovu vurub. Nəticədə piyada hadisə yerində ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

MM üzvləri Moskvada keçiriləcək beynəlxalq konfransda iştirak edəcək

11 Sentyabr 2017 12:15

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlar Mixail Zabelin və Rövşən Rzayev sentyabrın 12-də Moskvaya səfər edəcəklər. MM-in mətbuat xidmətindən  verilən xəbərə görə, deputatlar “Moskva-Bakı mehvəri: Qafqazın yeni geosiyasətinə doğru” mövzusunda keçiriləcək konfransda iştirak edəcəklər.

Məktəblərdə iş dəftərlərinin alınması məcburi deyil

11 Sentyabr 2017 12:13

"Məktəblərdə iş dəftərlərinin alınması məcburi deyil". Bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bəzi məktəblərdə iş dəftərlərinin alınmasının məcburi olmasına münasibət bildirərkən deyib.

Əli Həsənov: "İsrail rəsmiləri Aleksandr Lapşinin ekstradisiyası ilə bağlı proseduru bir xeyli uzatdılar"

11 Sentyabr 2017 12:09

İsrail rəsmiləri Aleksandr Lapşinin ekstradisiyası ilə bağlı proseduru bir xeyli uzatdılar. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib. Ə.Həsənov qeyd edib: "Azərbaycan Prezidenti İlham Əliyev Aleksandr Lapşinin əfv olunması haqqında sərəncam imzalayıb.

Azərbaycan-İsrail münasibətləri tarixində yeni səhifə

11 Sentyabr 2017 12:06

“Müdafiə naziri Zakir Həsənov Polşanın ardından İsrailə getdi. Bu Azərbaycan-İsrail münasibətləri tarixində yeni səhifədir”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.

Qurban Qurbanov: "Döyüşdən əvvəl təslim olmağı düşünmürük"

11 Sentyabr 2017 12:04

"Qarabağ"-ın baş məşqçisi Qurban Qurbanov komanda ilə bağlı yazı dərc edən "Frans Press" agentliyinə açıqlama verib. 45 yaşlı mütəxəssis Ağdam təmsilçisinin Çempionlar Liqasının (ÇL) qrup mərhələsindəki rəqibləri barədə fikirlərini bölüşüb: "Biz yüksək rəqabət səviyyəsini püşkatma nəticəsində İngiltərə, İtaliya və İspaniyanın top-klubları ilə eyni qrupda düşdükdən dərhal sonra hiss etdik. Qrupdakı rəqiblərimiz çox güclü və təcrübəlidirlər. Amma bu, döyüşdən əvvəl təslim olacağımız demək deyil. Biz hər bir matçda dişimiz və dırnağımızla mübarizə aparmağa hazırıq".