Gündəm

Bakıda mənzildə meyit aşkarlanıb

11 Sentyabr 2017 13:42

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Nərimanov rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-dən  “Olaylar”a verilən məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1971-ci il təvəllüdlü İsmayılov Elzamin Nəbi oğlunun cəsədini aşkar ediblər. Cəsəd aidiyyəti üzrə təhvil verilib.

Ata və qızını küçədə bıçaqlayıb aradan çıxdı

11 Sentyabr 2017 13:41

Daxili İşlər Nazirliyi (DİN) ata və qızının qətli ilə bağlı məlumat yayıb. “Olaylar” xəbər verir ki, DİN-in məlumatına görə, sentyabrın 9-da saat 23 radələrində Abşeron rayonunun Sulutəpə qəsəbəsi ərazisində naməlum sürücü idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanan, paytaxt sakini Allahverdi Əsədova məxsus “VAZ-2107” markalı avtomobilə vurub. Sonra o, hadisə yerinin yaxınlığında olan A.Əsədova, qızı Samirəyə bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. Nəticədə A.Əsədov və qızı hadisə yerində ölüblər.

Ermənistan son illərdə həm Rusiya, həm də Qərb məkanında Azərbaycana uduzur

11 Sentyabr 2017 13:39

Ermənilərin antiAzərbaycan kompaniyasında məqsədi AŞPA–da Azərbaycan nümayəndə heyətinin səlahiyyətini döndurmaqdır. “Barbarossa”ya bənzər bu planın müəllifləri Ermənistan parlamentinin vitse-spikeri və AŞPA-da Ermənistan nümayəndə heyətinin başçısı Arpine Ovannisyan, nümayəndə heyətinin üzvləri Armen Aşotyan və Samvel Farmanyandır.

Aygün Kazımova elə bir ŞEYDƏN HƏZZ ALIR Kİ... “İllərdir...”

11 Sentyabr 2017 13:20

Azərbaycanın ən böyük konsert kompleksi olan “Crystal Hall”da səhnə fəaliyyətinin 30 illik hesabat konsertinə hazırlaşan Xalq artisti Aygün Kazımova bütün zamanını məşqlərdə keçirir.

Küləkli, buludlu, yağmurlu hava

11 Sentyabr 2017 13:16

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Parisdə Azərbaycan dili dərslərinin tədrisnə başlanılıb

11 Sentyabr 2017 13:13

Paris Azǝrbaycan Evi Azǝrbaycanın Fransadakı Səfirlyinin dəstəyi ilə Paris və Paris ətrafında yaşayan məktəblilər üçün həftəsonu Azərbaycan dili dərslərinin tədrisini bu il də davam etdirəcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, artıq 4 ildir fəaliyyət göstərən həftəsonu məktəbində yeni tədris ilininin ilk dərsi keçirilib. Azərbaycan Evinin sədri, məktəbin direktoru Mirvari Fətəliyeva yeni dərs ilinin başlaması münasibətilə uşaqları və valideynləri təbrik edərək Azərbaycan dili dərsləri haqqında məlumat verib.

Yeni dərs ili ərəfəsində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub  

11 Sentyabr 2017 13:11

Yeni dərs ilində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər. «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi 15 sentyabr - Yeni dərs ili ərəfəsində gücləndirilmiş iş rejimində çalışır. Bu barədə məlumat “OLAYLAR”-a Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki. departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Yeni dərs ili ərəfəsində, sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına tələb olunan sayda vaqonun qoşulması təmin edilir.

Rusiyaya məxsus təyyarələr Suriyanı bombaladı

11 Sentyabr 2017 13:03

Suriyanın Diyirizor vilayətində Rusiyaya məxsus olduğu iddia edilən təyyarələrin hava hücumları zamanı 19 nəfər həlak olub. “Olaylar” bildirir ki, Suriya İnsan Haqqları Şəbəkəsi  internet saytı hava hücumunu təsdiqləyib.

“İkinci Pərdə” filminin ilk tizeri böyük marağa səbəb oldu

11 Sentyabr 2017 13:02

Rejissor Emil Quliyevin çəkdiyi “İkinci Pərdə” filminin ilk tizeri ağır sujet xətti ilə tamaşaçıların marağına səbəb olub. “Olaylar” bildirir ki, 16 noyabr tarixindən böyük ekranda yayımlanması gözlənilən filmin Baş Prodüseri isə Orxan Mərdandır. Filmdə baş rollarda Hikmət Rəhimov, Günay Əhməd, Qorqud Cəfər, Elşən Əsgərov və başqaları çəkilib. Ziya Ağa, Rövşən Ağayev, Elşən Hacıbabayev, Gülnarə Abdullayeva, Səbinə Məmmədova, Cəmilə Tağızadə, Zəhra Rüstəmova, Zaur Şəfiyev, Azər Aydəmir, Tural Əhməd də filmin aktyor heyətinə daxildir. Ssenari müəllifləri Pərviz Həsənov, Emil Quliyev, Orxan Mərdandır.

ŞOK İDDİA: Suriyalı azyaşlı qızlar türkiyəli kişilərə satılır

11 Sentyabr 2017 12:52

Britaniyada fəaliyyət göstərən “Times” qəzeti Türkiyənin Qaziantep bölgəsi haqqında yazdığı xəbərdə şok iddialara yer verib. Xəbərdə Suriyadakı müharibədən qaçıb Türkiyəyə sığınan kiçik yaşlı qızların türkiyəli kişilərə satılması iddia edilib.Qəzet azyaşlı qızların 5000-6000, gözəl qızların isə 10 000 lirə qarşılığında ikinci arvad kimi özlərindən  yaşca qat-qat böyük kişilərə satıldığını yazıb. "Alıcılar" hətta "satıcılar"a “17 yaşdan kiçik, yaşıl gözlü, uzunboy olsun” kimi sifarişlər də veriblər.

Avropada "Qarabağ"a dəstək aksiyaları

11 Sentyabr 2017 12:49

Milli Turizm Təbliğat Bürosu Azərbaycanı UEFA Çempionlar Liqasının qrup mərhələsində təmsil edən "Qarabağ" futbol klubuna dəstək, eyni zamanda Azərbaycan turizminin təbliği məqsədi ilə Avropanın üç böyük paytaxt şəhərində möhtəşəm fləşmoblar keçirməyi planlaşdırır.

Əli Həsənov: "Mehman Əliyev prezidentə müraciət edib"

11 Sentyabr 2017 12:47

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb və cari ilin avqustunda onun barəsində həbs qətimkan tədbiri seçilib. Həmin dövrdə Azərbaycan Mətbuat Şurası məsələnin ölkə qanunvericiliyi çərçivəsində ədalətli şəkildə həll olunması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlamışdı. Həmçinin Mehman Əliyev dövlət başçısına müraciət edərək barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib".

Rusiya ÜAK-a vaxt qoydu 

11 Sentyabr 2017 12:44

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) bu yaxınlarda fəaliyyəti dayandırılan Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ayrı-ayrı üzvlərinə sorğu göndərib. Sorğuda FSB Ümumrusiya Azərbaycan Konqresinin regional nümayəndələri rəhbərlərinə müraciət edərək təşkilatın möhürlərinin təhvil verilməsini tələb edib. 

Bakıda 257 təhsil işçisi cəzalandırılıb

11 Sentyabr 2017 12:41

Son bir il ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Daxili nəzarət sektoru tərəfindən Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində korrupsiya və digər qanun pozuntuları ilə mübarizə  istiqamətində müvafiq tədbirlər görülüb. Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva paytaxtın təhsil işçilərinin ənənəvi sentyabr konfransında bildirib ki, müxtəlif təşkilatlar və vətəndaşlardan Daxili Nəzarət Sektoruna daxil olan 426 müraciətdən 416-sı əsaslandırılaraq müvafiq qaydada cavablandırılıb, 10 müraciət isə hazırda icraatdadır.

Həbs edilmiş şəxslərin bir qrupu vaxtından əvvəl azadlığa buraxılıb

11 Sentyabr 2017 12:38

Nardaran hadisələrinə görə həbs edilmiş şəxslərin bir qrupu azadlığa buraxılıb.  Bununla bağlı məhkəmə tərəfindən qərar qəbul edilib. Qərara əsasən, 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı saxlanılan 14 nəfər vaxtından əvvəl azadlığa buraxılıb.