Bakıda mənzildə meyit aşkarlanıb
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Nərimanov rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-dən “Olaylar”a verilən məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1971-ci il təvəllüdlü İsmayılov Elzamin Nəbi oğlunun cəsədini aşkar ediblər. Cəsəd aidiyyəti üzrə təhvil verilib.
11 Sentyabr 2017 13:42 KriminalFövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Nərimanov rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-dən "Olaylar"a verilən məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1971-ci il təvəllüdlü İsmayılov Elzamin Nəbi oğlunun cəsədini aşkar ediblər. Cəsəd aidiyyəti üzrə təhvil verilib.