Ata və qızını küçədə bıçaqlayıb aradan çıxdı

Daxili İşlər Nazirliyi (DİN) ata və qızının qətli ilə bağlı məlumat yayıb. “Olaylar” xəbər verir ki, DİN-in məlumatına görə, sentyabrın 9-da saat 23 radələrində Abşeron rayonunun Sulutəpə qəsəbəsi ərazisində naməlum sürücü idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanan, paytaxt sakini Allahverdi Əsədova məxsus “VAZ-2107” markalı avtomobilə vurub. Sonra o, hadisə yerinin yaxınlığında olan A.Əsədova, qızı Samirəyə bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. Nəticədə A.Əsədov və qızı hadisə yerində ölüblər.

Daxili İşlər Nazirliyi (DİN) ata və qızının qətli ilə bağlı məlumat yayıb. "Olaylar" xəbər verir ki, DİN-in məlumatına görə, sentyabrın 9-da saat 23 radələrində Abşeron rayonunun Sulutəpə qəsəbəsi ərazisində naməlum sürücü idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarında dayanan, paytaxt sakini Allahverdi Əsədova məxsus "VAZ-2107" markalı avtomobilə vurub. Sonra o, hadisə yerinin yaxınlığında olan A.Əsədova, qızı Samirəyə bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. Nəticədə A.Əsədov və qızı hadisə yerində ölüblər. DİN-in Baş Cinayət Axtarışı İdarəsi, Abşeron RPİ və Kürdəmir RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Sahib Hacıyev Müşfiq qəsəbəsi ərazisində tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31