Gündəm

Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazandı

11 Sentyabr 2017 14:23

Kişi və qadın idman gimnastikası üzrə Macarıstanın Sombatxey şəhərində keçirilən dünya çempionatı öncəsi "Challenge" seriyasına aid son Dünya Kuboku mərhələsində (8-10 sentyabr) təmsilçimizMarina Nekrasova ilk dəfə olaraq qızıl medala layiq görülüb.

"Arsenal"ın dəyərlərinə hörmət etdiyimə görə "Yunayted"ə getmədim"

11 Sentyabr 2017 14:21

1980-2002-ci illərdə "Mançester Yunayted"in prezidenti olmuş Martin Edvards avtobioqrafik kitabını nəşr etdirib. Bu kitabda Edvards 2001-ci ildə Arsen Venqeri Mançesterə gətirmək üçün onunla danışıqlar apardığını qeyd edib.

Mediaya həssas münasibıtin daha bir nümunəsi

11 Sentyabr 2017 14:19

"Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev azadlığa buraxılıb. Yasamal Rayon Məhkəməsinin qərarı ilə onun barəsindəki həbs qətimkan tədbiri dəyişdirilib. M.Əliyev məhkəmə zalından azadlığa buraxılıb. Onun barəsində polis nəzarəti qətimkan tədbiri seçilib. Məlumat üçün qeyd edək ki, Mehman Əliyevin azadlığa buraxılması onun Prezident İlham Əliyevə müraciətindən sonra reallaşıb. Belə ki, "Turan" informasiya agentliyinin baş direktoru Mehman ƏIiyevin həbsi ilə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlanıb. Qazaxıstan səfərindən dərhal sonra Azərbaycan prezidentinə baş verənlərlə bağlı məlumat çatdırılıb. Dövlət başçısı dərhal ciddi reaksiya verərək məsələnin obyektiv şəkildə araşdırılmasını tövsiyə edib.

İnək oğrularının qolları qandallandı  

11 Sentyabr 2017 14:18

2 baş inəyi oğurlamaqda şübhəli bilinən Aşağı Güzdək qəsəbə sakini və Cəlilabad rayon sakini tutulublar. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 4-də rayon sakini Ramil Kərimovun həyətyanı sahəsindən 2 baş inəyi oğurlamaqda şübhəli bilinən Aşağı Güzdək qəsəbə sakini, əvvəllər məhkum olunmuş Seymur Rzaxanov və Cəlilabad rayon sakini Şəmsəddin Əsgərov tutulublar. 

Silsilə oğurluqla məşğul olan şəxs saxlanıb

11 Sentyabr 2017 14:16

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan şəxsin törətdiyi digər cinayət əməli də müəyyən edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Elxan Babayevin ətrafında Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsi əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun avqustun 21-də rayon ərazisində 1 avtomobildən 100 manat, 2 ABŞ dolları və mobil telefon oğurlaması müəyyən edilib.

Mehman Əliyevin azadlığa buraxılması təqdir edilir

11 Sentyabr 2017 14:15

“Mehman Əliyev Azərbaycan mediasında müstəqil mətbuatın yaradılmasının ilk qaranquşlarındandır və onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək azad olunması yaxşı olardı. O baxımdan da ölkə başçısı İlham Əliyevin Mehman Əliyev barəsində həyata keçirilən istintaqın ədalətli, obyektiv aparılması, eyni zamanda onun barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi haqqında göstərişini təqdir edirik”. Bunu “Konstitusiya” Fondunun prezidenti, Dövlət Əfv komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

Avtomobildə sıxılış vəziyyətdə qalmış sürücü xilas edilib

11 Sentyabr 2017 14:10

Beyləqan rayonunda “VAZ” və “QAZ” markalı minik avtomobillərinin toqquşması ilə nəticələnən yol qəzası baş vermişdir. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, dərhal hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb olunaraq deformasiyaya uğramış “QAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. 

İnvestisiya layihələrinin qəbuluna start verilib

11 Sentyabr 2017 14:09

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Qusar rayonunun Aşağı İmamqulukənd kəndində işgüzar forum keçirmişdir. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, işgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılmış, Qusar rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir: intensiv bağçılıq, kartofçuluq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının yaradılması; meyvə emalı, qablaşdırma materialı istehsalı müəssisəsi və otelin yaradılması.

Hərraca daha az investisiya tələb edən əmlaklar da çıxarılıb

11 Sentyabr 2017 14:08

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 10 oktyabr tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Hərraca ümumilikdə 70 dövlət əmlakı çıxarılıb. Bunlardan  20-i səhmdar cəmiyyəti, 21-i kiçik dövlət müəssisə və obyekti, 10-u istifadəsiz qeyri-yaşayış sahəsi, 19-u nəqliyyat vasitəsidir.

Bankomatdan oğurluq etmək istəyən dəstə ifşa edilib

11 Sentyabr 2017 14:05

Oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri tutulublar. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, sentyabrın 10-da Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində quraşdırılmış bankomatın qapısını sındırmaq yolu ilə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəhər sakinləri Elnur Tağıyev, İlqar Səfərov və onun qardaşı Tural Baş Cinayət Axtarışı İdarəsi və ŞPİ 1-ci PB-nin əməkdaşları tərəfindən tutulublar.

Dövlət sərhədini pozan 47 nəfər saxlanılıb

11 Sentyabr 2017 14:02

Dövlət Sərhəd Xidməti tərəfindən 2017-ci ilin avqust ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məq­sədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilmişdir.

BMT: Myanmada etnik təmizləmə baş verir

11 Sentyabr 2017 13:57

Myanmada rohinca müsəlmanlarına qarşı zorakılıq etnik təmizləmə hesab oluna bilər. Məlumata görə, bunu BMT-nin İnsan hüquqları üzrə Şurasının sessiyası zamanı təşkilatın insan hüquqları üzrə ali komissarı Zeyd Raad əl-Hüseyn deyib. 

Bakıda 162 nömrəli tam orta məktəbin binası yenidənqurmadan sonra istifadəyə verilib

11 Sentyabr 2017 13:56

Səbail rayonunun 20-ci Yaşayış sahəsindəki 162 nömrəli tam orta məktəbin binası yenidənqurmadan sonra istifadəyə verilib. Prezident İlham Əliyev məktəbin binasında yaradılan şəraitlə tanış olub. Dövlət başçısına təmir və yenidənqurma işləri ilə bağlı məlumat verilib. Məktəb 1917-ci ildə təsis olunub və elə həmin ildən bu binada fəaliyyətə başlayıb.

Əflatun Amaşov: "Mehman Əliyevin həbsdən azad edilməsi..."

11 Sentyabr 2017 13:53

«Mehman Əliyevin həbsdən azad edilməsi ölkə başçısı cənab İlham Əliyevin media ilə bağlı məsələlərə həssas yanaşmasının növbəti bariz nümunəsidir. Biz Mətbuat Şurası olaraq həmişə buna inanmışıq və əmin idik ki, yaranmış insident dövlət başçısının şəxsi diqqəti sayəsində ədalətli şəkildə araşdırılaq, Mehman Əliyevə münasibətdə qanunvericilikdə nəzərdə tutulan humanist addım atılacaq». Bunu Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov  açıqlamasında deyib.

Nazir qəbul imtahanlarındakı yeniliklərdən DANIŞDI

11 Sentyabr 2017 13:46

“Azərbaycanda iki il sonra qəbul və buraxılış imtahanlarında tətbiq ediləcək yeni modelin hazırlanması istiqamətində işçi görüş keçirilib”. Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, sentyabrın 9-da Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, təhsil nazirinin müavini, DİM-in Direktorlar Şurasının üzvü Ceyhun Bayramov və digər təhsil ekspertlərinin iştirakı ilə işçi görüş təşkil olunub. Onun sözlərinə görə, ictimaiyyət bu prosesin mərhələləri ilə bağlı məlumatlandırılacaq.