Mediaya həssas münasibıtin daha bir nümunəsi

"Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev azadlığa buraxılıb. Yasamal Rayon Məhkəməsinin qərarı ilə onun barəsindəki həbs qətimkan tədbiri dəyişdirilib. M.Əliyev məhkəmə zalından azadlığa buraxılıb. Onun barəsində polis nəzarəti qətimkan tədbiri seçilib. Məlumat üçün qeyd edək ki, Mehman Əliyevin azadlığa buraxılması onun Prezident İlham Əliyevə müraciətindən sonra reallaşıb. Belə ki, "Turan" informasiya agentliyinin baş direktoru Mehman ƏIiyevin həbsi ilə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlanıb. Qazaxıstan səfərindən dərhal sonra Azərbaycan prezidentinə baş verənlərlə bağlı məlumat çatdırılıb. Dövlət başçısı dərhal ciddi reaksiya verərək məsələnin obyektiv şəkildə araşdırılmasını tövsiyə edib.

"Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev azadlığa buraxılıb. Yasamal Rayon Məhkəməsinin qərarı ilə onun barəsindəki həbs qətimkan tədbiri dəyişdirilib. M.Əliyev məhkəmə zalından azadlığa buraxılıb. Onun barəsində polis nəzarəti qətimkan tədbiri seçilib. Məlumat üçün qeyd edək ki, Mehman Əliyevin azadlığa buraxılması onun Prezident İlham Əliyevə müraciətindən sonra reallaşıb. Belə ki, "Turan" informasiya agentliyinin baş direktoru Mehman ƏIiyevin həbsi ilə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlanıb. Qazaxıstan səfərindən dərhal sonra Azərbaycan prezidentinə baş verənlərlə bağlı məlumat çatdırılıb. Dövlət başçısı dərhal ciddi reaksiya verərək məsələnin obyektiv şəkildə araşdırılmasını tövsiyə edib.

Məsələ ilə bağlı fikirlərini bölüşən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Mehman Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb və cari ilin avqustunda onun barəsində həbs qətimkan tədbiri seçilib. Həmin dövrdə Azərbaycan Mətbuat Şurası məsələnin ölkə qanunvericiliyi çərçivəsində ədalətli şəkildə həll olunması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlamışdı. Həmçinin Mehman Əliyev dövlət başçısına müraciət edərək barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib. Ə. Həsənov bildirib ki, hələ 2009-cu ildə Prezident İlham ƏliyevAzərbaycanda demokratik prinsiplərin, söz və məlumat azadlığının aliliyini nəzərə alaraq kütləvi informasiya vasitələri əməkdaşlarının peşə fəaliyyətinə görə cinayət məsuliyyətinə cəlb edilməsinin məqsədəmüvafiq olmadığına dair öz rəyini bildirib, iradəsini nümayiş etdirib: "Dövlət başçısının tapşırığına uyğun olaraq, 2009-cu ildən ötən dövr ərzində KİV əməkdaşları peşə fəaliyyətinə görə məhkum olunmayıblar".

Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il fevralın 10-da "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Sərəncam imzaladığını xatırladan Əli Həsənov bildirib ki, həmin Sərəncam bu kimi və bir sıra digər hallarda məsuliyyətə cəlb olunmuş şəxslərlə bağlı cəmiyyətdən təcrid olunmamaq şərtilə alternativ cəza tədbirlərinin həyata keçirilməsinə tam imkan yaradır: "Bütün bunları nəzərə alaraq Prezident İlham Əliyev "Turan" İnformasiya Agentliyinin direktoru barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması məsələsinə baxılması üçün aidiyyəti orqanlara tapşırıq verib. Qeyd edim ki, bu qərar Azərbaycanda demokratik prinsiplərin, söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin müstəqilliyinin və jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsinə dair Azərbaycan Prezidentinin dəyişməz mövqeyi və ali iradəsinin təcəssümüdür". Prezidentin köməkçisi cari ilin iyulunda üç il müddətinə azadlıqdan məhrum olunmuş Aleksandr Lapşinin məsələsi ilə bağlı sualı da cavablandırıb. O qeyd edib ki, Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, barəsində cəza tədbiri seçilmiş Lapşinin azadlığa buraxılması və ekstradisiyası daim gündəmdə olub. Sadəcə onun vətəndaşı olduğu İsrail dövləti tərəfindən müraciət gecikdiyinə görə, bu günə kimi müvafiq qərar ləngiyib. Hazırda belə müraciət daxil olUB və Aleksandr Lapşin barədə qərar qəbul edilib: " Azərbaycan Prezidenti İlham Əliyev Aleksandr Lapşinin əfv olunması haqqında sərəncam imzalayıb. Sərəncama müvafiq olaraq, Lapşin Azərbaycanda cəzasının qalan hissəsini çəkməkdən azad olunur və yəqin ki, yaxın vaxtlarda o, İsrailə ekstradisiya ediləcək". Prezidentin köməkçisinin sözlərinə görə, A.Lapşinin Azərbaycanda cəza çəkməkdən azad olunması və İsrail Hökumətinə təhvil verilməsi məsələsi çoxdan idi ki, iki dövlətin müvafiq orqanları arasında müzakirə olunurdu: "Bununla bağlı belə razılığa gəlinmişdi ki, cənab Prezidentin əfv sərəncamından sonra Azərbaycan Hökuməti Lapşini İsrail tərəfinə təhvil verir və Lapşin bundan sonrakı öhdəliyini İsrail hökumətinin qanunlarına müvafiq olaraq yerinə yetirir. Lakin təəssüflər ki, İsrail rəsmiləri onun ekstradisiyası ilə bağlı proseduru bir xeyli uzatdılar. Bunun nəticəsi olaraq, dünən xoşagəlməz bir hadisə yaşanıb. Lapşin cəzaçəkmə müəssisəsində özünəqəsd cəhdinə əl atıb. Düzdür, həbsxana nəzarətçilərinin ayıqlığı və çevikliyi nəticəsində bu qəsdin qarşısı alınıb, təcili olaraq ona lazımi tibbi yardım göstərilib və hazırda Lapşin həkim nəzarəti altında müalicəsini davam etdirir". Ə.Həsənov əlavə edib ki, Prezidentin əfv sərəncamı imzalamasından sonra hazırda A.Lapşinin ekstradisiya məsələsi ilə Azərbaycan Xarici İşlər Nazirliyi və İsrail səfirliyi məşğul olur: "Yəqin ki, qısa vaxtda bu proses başa çatacaq".

Bu arada Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da Mehman Əliyevin azadlığa buraxılması xəbərinə münasibət açıqlayıb. O, bildirib ki, Mehman Əliyevin həbsdən azad edilməsi ölkə başçısı cənab İlham Əliyevin media ilə bağlı məsələlərə həssas yanaşmasının növbəti bariz nümunəsidir: "Biz Mətbuat Şurası olaraq həmişə buna inanmışıq və əmin idik ki, yaranmış insident dövlət başçısının şəxsi diqqəti sayəsində ədalətli şəkildə araşdırılaq, Mehman Əliyevə münasibətdə qanunvericilikdə nəzərdə tutulan humanist addım atılacaq". Mətbuat Şurasının sədri deyib ki, dövlət başçısının ölkədə söz və ifadə azadlıqlarının təminatçısı olması dəfələrlə təsdiqini tapmış danılmaz reallıqdır. :Əlbəttə, Mehman Əliyevlə bağlı məsələ araşdırılacaq. Ancaq hesab edirik ki, onun azadlıqda olması mühüm şərtdir. Dövlət başçısının mediaya yanaşması da bundan ibarətdir. Buna görə, ayrıca Mətbuat Şurasının Mehman Əliyevlə bağlı müraciətinə həssas yanaşdığı üçün cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk"., Əflatun Amaşov deyib ki,prezident İlham Əliyev çıxışlarında Azərbaycanda jurnalist həbsi ilə bağlı məsələlərdə bir növ, moratoriumun qeydə alındığını bildirib. Burada başlıca məqam ümumən media təmsilçilərinin fəaliyyətinin cəmiyyətdə söz və ifadə azadlıqlarının dərinləşməsinə yönəlməsidir: "Söz və məlumat azadlığı ali demokratik dəyərdir. Buna görə də kütləvi informasiya vasitələrinin əməkdaşları sırf peşə fəaliyyətinə görə cinayət məsuliyyətinə cəlb edilmirlər. Cənab Prezidentin iradəsi belədir və hələ 2009-cu ildə bununla əlaqədar rəyi olub. Prinsipial məqam budur. Bir neçə il öncə "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili həbs ediləndə də cənab İlham Əliyev eyni prinsipiallığı nümayiş etdirmişdi. Prezidentin mövcud istiqamətdəki yanaşması jurnalistika baxımından böyük jestdir. Bir daha cənab İlham Əliyevə Mətbuat Şurası və ölkəmizin media ictimaiyyəti adından dərin təşəkkürümüzü bildiririk".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31