Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazandı

Kişi və qadın idman gimnastikası üzrə Macarıstanın Sombatxey şəhərində keçirilən dünya çempionatı öncəsi "Challenge" seriyasına aid son Dünya Kuboku mərhələsində (8-10 sentyabr) təmsilçimizMarina Nekrasova ilk dəfə olaraq qızıl medala layiq görülüb.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, dayaqlı tullanma hərəkətləri üzrə təsnifat mərhələsindən 3-cü yerlə finala keçən komandamızın lideri final çıxışını daha da təkmilləşdirərək qələbə qazanıb.

Marina növbəti final çıxışını isə gimnastika tirində icra edərək 8-ci yerlə kifayətlənib. Turnirdə digər təmsilçilərimiz Yuliya İnşına, Yekaterina Tişkova, Murad Ağarzayev və Bence Talas arasında isə ən yaxşı nəticəni dayaqlı tullanma üzrə final mərhələsində medalın bir addımlığında qərarlaşan Yuliya göstərib. Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31