"Arsenal"ın dəyərlərinə hörmət etdiyimə görə "Yunayted"ə getmədim"

1980-2002-ci illərdə "Mançester Yunayted"in prezidenti olmuş Martin Edvards avtobioqrafik kitabını nəşr etdirib. Bu kitabda Edvards 2001-ci ildə Arsen Venqeri Mançesterə gətirmək üçün onunla danışıqlar apardığını qeyd edib.

1980-2002-ci illərdə "Mançester Yunayted"in prezidenti olmuş Martin Edvards avtobioqrafik kitabını nəşr etdirib. Bu kitabda Edvards 2001-ci ildə Arsen Venqeri Mançesterə gətirmək üçün onunla danışıqlar apardığını qeyd edib.

Fransalı mütəxəsis bu məlumatı təsdiqləyib. O, "Arsenal"a görə təklifi qəbul etmədiyini bildirib. "Bunu Edvardsın özündən soruşsanız, daha yaxşıdır. Mən heç vaxt sirləri açmıram. Bəlkə də, bir zaman "Arsenal"da olduğum müddətdə mənə gələn bütün təkliflər barədə danışaram. Amma bu, mənim kitabımın mövzusu olacaq. "Yunayted" ona görə rədd cavabı verdim ki, çalışdığım klubun dəyərləri mənim üçün önəmlidir. Onların son 20 ildəki təkamülü diqqəti cəlb edir. Nə vaxtsa mətbuata bu barədə açıqlama vermək maraqlı olardı. Lakin "Arsenal"a gələndə klub mənə xoş gələn dəyərlərə sadiq idi. Uzun müddət burda işləməyimin səbəbi də budur. "Mançester Yunayted"in təklifi cəlbedici idi. Amma özümə hər dəfə sual verirəm ki, "Arsenal"da xoşbəxtəm? Bu suala həmişə müsbət cavab tapıram".

Təcrübəli mütəxəssis Neymarın PSJ klubuna transferi ilə bağlı fikirlərini də bölüşüb. "Neymar transferin səbəblərini hələ də aydın izah etməyib. Futbolçular həmişə ən yaxşılarla birlikdə oynamağa can atırlar. Neymar fərqli yolla getmək qərarına gəldi. Deməli, burda maliyyə amili əsasdır. PSJ yeni komanda qurur. Braziliyalı futbolçu bu komandanın gələcəkdə "Real" və "Barselona"nın yerini tutacağını düşünə də bilər. Ya da başqa səbəblər var. Bəlkə də, Neymar yeni komandanın onun ətrafında qurulmasını və dünyadaən yaxşı olmağı istəyir". Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31