Hərraca daha az investisiya tələb edən əmlaklar da çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 10 oktyabr tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Hərraca ümumilikdə 70 dövlət əmlakı çıxarılıb. Bunlardan 20-i səhmdar cəmiyyəti, 21-i kiçik dövlət müəssisə və obyekti, 10-u istifadəsiz qeyri-yaşayış sahəsi, 19-u nəqliyyat vasitəsidir.
11 Sentyabr 2017 14:08 SosialƏmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 10 oktyabr tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Hərraca ümumilikdə 70 dövlət əmlakı çıxarılıb. Bunlardan 20-i səhmdar cəmiyyəti, 21-i kiçik dövlət müəssisə və obyekti, 10-u istifadəsiz qeyri-yaşayış sahəsi, 19-u nəqliyyat vasitəsidir. Komitədən "Olaylar"a verilən məlumata görə, hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Sumqayıt, Cəlilabad, Balakən, Şəmkir, İmişli, Göyçay, Samux və digər rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Balakəndə olan Əmlak Kompleksi, paytaxtın Xəzər rayonunda yerləşən 7 saylı Stomatoloji poliklinika, Şəmkir yun tədarükü məntəqəsi kimi iri dövlət əmlakları var. Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Balakəndə olan Əmlak Kompleksidir. 715 min manata təklif olunan müəssisənin torpaq sahəsi 38 min kv.m-ə yaxın, ümumi faydalı sahəsi isə 11 min kv.m-dən çoxdur. Bundan başqa Sumqayıtda yerləşən Əmlak Kompleksi 487 min 500 manata, Bakının Xəzər rayonunda olan "Mərdəkan" kafesi isə 300 min manata hərraca çıxarılıb.