Dövlət sərhədini pozan 47 nəfər saxlanılıb

Dövlət Sərhəd Xidməti tərəfindən 2017-ci ilin avqust ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məq­sədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilmişdir.

Dövlət Sərhəd Xidməti tərəfindən 2017-ci ilin avqust ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məq­sədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilmişdir. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Olaylar"a verilən məlumata görə, ay ərzində dövlət sərhədini pozduqlarına görə 47 nəfər saxlanılmış, onların  26  nəfəri  Azərbaycan Respublikası, 8 nəfəri Özbəkistan, 5 nəfəri Rusiya, 3 nəfəri İran İslam Respublikası,  2 nəfəri Tacikistan, 2 nəfəri Bolqarıstan, 1 nəfəri  Gürcüstan vətəndaşları olmuşlar. Sərhəd rejim qaydalarını pozarkən 1343 halda 1702 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 496 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilmişdir. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 2 kq 139,7 qram narkotik maddə aşkar edilərək götürülmüşdür. Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 231 min 509 manat  olan qaçaqmal, o cümlədən 1 ədəd pnevmatik tapança, 1 ədəd naqan tapançası, 2 ədəd siqnal tapança, 3 ədəd mina TM, 29 170 ABŞ dolları, 20 750 Rusiya rublu, 35 000 ədəd zəli, 3 ədəd qayıq, 890 qutu pirotexniki vasitə,  22 270 qutu siqaret, 14 ədəd mobil telefon, 380 ədəd müxtəlif növ dərman prepa­ratları, spirtli içkilər, sənaye və kənd təsərrüfatı malları saxlanılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31