Mehman Əliyevin azadlığa buraxılması təqdir edilir

“Mehman Əliyev Azərbaycan mediasında müstəqil mətbuatın yaradılmasının ilk qaranquşlarındandır və onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək azad olunması yaxşı olardı. O baxımdan da ölkə başçısı İlham Əliyevin Mehman Əliyev barəsində həyata keçirilən istintaqın ədalətli, obyektiv aparılması, eyni zamanda onun barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi haqqında göstərişini təqdir edirik”. Bunu “Konstitusiya” Fondunun prezidenti, Dövlət Əfv komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

"Mehman Əliyev Azərbaycan mediasında müstəqil mətbuatın yaradılmasının ilk qaranquşlarındandır və onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək azad olunması yaxşı olardı. O baxımdan da ölkə başçısı İlham Əliyevin Mehman Əliyev barəsində həyata keçirilən istintaqın ədalətli, obyektiv aparılması, eyni zamanda onun barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi haqqında göstərişini təqdir edirik". Bunu "Konstitusiya" Fondunun prezidenti, Dövlət Əfv komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. O, qeyd edib ki, "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev ləyaqətli insanlardan biridir. "O, təkcə bir media orqanının rəhbəri kimi deyil, eyni zamanda cəmiyyətdə ictimai-siyasi proseslərdə aktiv iştirak edən bir şəxs kimi hər zaman ədəb, etik və əxlaq qaydalarını gözləyərək fikirlərini səsləndirib. Mehman Əliyev hərəkəti və fəaliyyəti ilə digərlərinə nümunə olub. Odur ki, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək azadlığa çıxması müsbət hadisə olardı və ümid edirəm ki, məhkəmədə onun barəsində seçilən həbs qətimkan tədbiri dəyişdiriləcək"- deyə, Ə.Nuriyev vurğulayıb.

Ə.Nuriyev hesab edir ki, M.Əliyevin azadlıqda olması istintaq prosesinə hər hansı əngəl yaratmayacaq. O deyib ki, M.Əliyevin azadlığa çıxması ilə bağlı hüquq müdafiəçiləri və tanınmış ziyalılar tərəfindən ünvanlanmış müraciətlərin də öz müsbət təsiri var: "Onu da qeyd etmək lazımdır ki, ölkə başçısı İlham Əliyev hər zaman humanist addımlar atıb və bu məsələdə də bir daha humanistlik nümayiş etdirib. Mehman Əliyev barəsində istintaqın ədalətli və obyektiv aparılması ilə bağlı  prosesi öz nəzarətinə götürüb. İstintaqın obyektiv və ədalətli aparılması üçünsə Mehman Əliyevin azadlıqda olmasının heç bir maneəsi yoxdur. Ona görə də ümid edirəm ki, Mehman Əliyev tezliklə azadlığa çıxacaq. Və biz də bir daha ölkə başçısının bu hamanist addımını təqdir edirik". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31