Gündəm

Övladlığa götürmə hansı hallarda mümkündür?

11 Sentyabr 2017 15:11

Son vaxtlar İslam dinini qaralamaq üçün ciddi planlar qurulur. Xüsusilə Allah Rəsulunun yolu ilə hərəkət edən müsəlmanlara qarşı ciddi təzyiqlər və qarayaxmalar davam edir. İslam dini yayıldıqca, insanların bu dini sevməsini gördükcə, Peyğəmbərin gətirdiyi dinin ardıcılları çoxaldıqca narazı kütlələr müxtəlif vasitələrlə İslam dininin mahiyyətini öz əslindən başqa formada təqdim etməyə səy göstərirlər.

Elçin Hüseynbəyli yazır... Səksən minlik iş və səksən manat...

11 Sentyabr 2017 15:07

...Dostumla rayona getmişdik. Onu bu tərəflərdə tanımayan yoxdu. Tanıdıqlarına görə də güvənirlər. Sözü keçən adamdır. Özündən icazə almadığıma görə adını çəkmirəm.

Uşaq paralimpiyaçılarımız Vətənə qələbə ilə döndü

11 Sentyabr 2017 15:02

Azercell-in dəstəyilə Uşaq Paralimpiya Komitəsi boççia üzrə Moskvada keçirilən beynəlxalq yarışda 3-cü yeri qazandı.   Azercell Telekom MMC-nin artıq bir neçə ildir ki, yaxın dəstəyilə  fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsinin idmançıları ölkəmizi daha bir beynəlxalq yarışda uğurla təmsil etdi.

Şirvan və Hacıqabulda 4 ədəd yeni fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə v

11 Sentyabr 2017 14:59

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Şirvan şəhərində və Hacıqabul rayonunda inşa etdirilmiş 4 ədəd yeni fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə  təqdim edilib.

ABŞ Rusiyaya hücum üçün mini nüvə bombaları hazırlayacaq

11 Sentyabr 2017 14:57

ABŞ prezidenti Donald Tramp administrasiyası nüvə silahının yeni tipinin hazırlanması ilə bağlı fikrini dəyişdirir. Bu haqda mənbələrə istinadən “Politico” nəşri yazır. Xəbərə görə, ABŞ daha kiçik ölçüləri və zərərin daha aşağı dərəcəsi ilə fərqlənən “mini-bombalar”ın yaradılması üzərində düşünür. Belə silah Amerika hərbçilərinə daha çox strateji imkan verəcək. Ənənəvi nüvə silahından istifadə çoxsaylı beynəlxalq konvensiyalarla qadağandır və bu silahın daha zəif nümunələrin tətbiqinə icazəni almaq daha realdır.

Polşa Almaniyadan 50 milyard dollar tələb edəcək

11 Sentyabr 2017 14:55

Polşa Seyminin (parlamentinin) ekspert komissiyası Almaniyadan tələb ediləcək reparasiyalar üzrə 40 səhifəlik yekun sənəd layihəsi hazırlayıb. Komissiyanın gəldiyi nəticəyə görə, tələblər haqlıdır. Bildirilir ki, İkinci Dünya müharibəsi illərində alman işğalı nəticəsində Polşa bütün Avropada ən çox insan və ehtiyat itkilərinə məruz qalıb. Eyni zamanda, ölkənin paytaxtı Varşava şəhəri dağıdılıb.

Yunus Oğuz beynəlxalq tədbirdə məruzə ilə çıxış edəcək

11 Sentyabr 2017 14:44

Sentyabrın 13-15-də Özbəkistanın paytaxtı  Daşkənd şəhətində  “Əmir Teymur dönəmində elm və mədəniyyət” adlı beynəlxalq konfrans keçiriləcək. “Olaylar” xəbər verir ki, konfrans Özbəkistanın “Əmir teymur” Fondu və TİKA tərəfindən reallaşdırılacaq. Tədbirdə yazıçı-publisist, Əmir Teymur haqqında 2 cildliyin müəllifi Yunus Oğuz məruzə ilə çıxış edəcək.   

İpotekaya maraq azala bilər

11 Sentyabr 2017 14:42

Banklar Assosiasiyası ipoteka qanunvericiliyinə dəyişiklik edilməsi barədə təkliflər hazırlayıb. Təkliflər qəbul ediləcəyi halda ipoteka krediti alan şəxs ödənişləri yubadarsa o zaman bank məhkəməyə müraciət etmədən həmin vətəndaşın mənzilini hərraca çıxarıb satmaq hüququna malik olacaq.

İnsan alveri faktları çoxdur

11 Sentyabr 2017 14:40

“Müasir cəmiyyət və qadın hüquqları”   İctimai Birliyinin sədri Xanım Əhmədzadə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdikləri “Məcburi əməyə qarşı mübarizəyə dair hüquqi maarifləndirmə tədbirləri” layihəsi barədə məlumat verərək bildirmişdir ki, məcburi əmək əksər dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən ciddi transmilli cinayət təhdidlərindən biri kimi qəbul edilir. Məcburi əmək təhlükəsi barədə hüquqi maarifləndirmə işinin davamlı surətdə aparılması, dövlət orqanlarının və vətəndaş cəmiyyəti institutlarının əlaqəli fəaliyyətinin gücləndirilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, kadrların peşəkarlığının artırılması, əməliyyat potensialının, beynəlxalq münasibətlərin yeni keyfiyyət səviyyəsinə yüksəldilməsi cinayət risklərinin azalmasına səbəb olan amillərdəndir.

Ermənistan hərbi üstünlüyünü artırmaq istəyir

11 Sentyabr 2017 14:38

Ermənistan hərbi sahədə üstünlüyü ələ almaq, Azərbaycanla hədə, təhdid dilində danışmaq üçün bütün mümkün vasitələrdən, imkanlardan yararlanır. Bu imkan və vasitələr işğalçı ölkənin milli maraqları, hətta bir dövlət kimi səviyyəsinə uyğun gəlməsə də belə, İrəvan qeyd edilən sahədə üstünlüyünü artırmaq üçün durmadan səy göstərir. İsraillə hərbi əməkdaşlıq cəhdi, Çindən hərbi texnika almaq istəyi, NATO ilə əlaqələri inkişaf etdirərək onun təlimlərinə qoşulmaq manevrləri və digər məqamlar deyilənləri təsdiqləyir.

Hər bir dərsliyin istifadə müddəti 4 ildir

11 Sentyabr 2017 14:35

Azərbaycanda sentyabrın 15-də 60-a yaxın modul məktəb istifadəyə veriləcək. Bu ilin sonuna kimi 100 modul məktəbin istifadəyə verilməsi planlaşdırılır. Məlumata görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə deyib. O qeyd edib ki, ümumilikdə yeni tədris ilinə hazırdırlar. Tədris ilinə hazırlıq məqsədi ilə yay aylarında bütün lazımi və zəruri işlər həyata keçirilib.

Ermənistana “11 sentyabr” HÜCUMU: düşmən ölkədə BÖYÜK HAZIRLIQ

11 Sentyabr 2017 14:32

Ermənistanda Avrasiya İqtisadi İttifaqından çıxmaqla bağlı təkliflər gündəmə gəlib. Ermənistan parlamentində təmsil olunan “Çıxış” (Yelk) bloku Rusiyanın yaratdığı ittifaqdan çıxmaqla bağlı qanun layihəsi hazırlayıb. Layihəni parlamentin digər fraksiyaları dəstəkləmir, lakin bu təşəbbüs erməni ictimaiyyətində alqışla qarşılanıb.

ÜAK bəyanat yaydı

11 Sentyabr 2017 14:31

Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) xarici kütləvi informasiya vasitələrində ölkəmiz əleyhinə yayılmış məlumatla bağlı bəyanat yayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a daxil olan bəyanatda “The Organized Crime and Corruption Reporting Project” (OCCRP) təşkilatına istinadən yayılmış materialların tamamilə əsassız, qərəzli və təxribat xarakterli olduğu qeyd edilib.

Neftin hazırki dünya bazar qiymətləri

11 Sentyabr 2017 14:29

“Son günlər neftin dünya bazar qiymətlərində bahalaşmaya meyl müşahidə edilir”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən iqtisadçı ekspert Pərviz Heydərov deyib ki, zaman-zaman bu, özünü göstərib. Lakin, üzü soyuqlu havalara getdiyindən, neftin bu arada bahalaşmaya meyl göstərməyi diqqəti cəlb edir: “ Amma neftin bahalaşması üçün heç bir ciddi əsaslar yoxdur. 

3500 il yaşı olan mumiya tapıldı - VİDEO

11 Sentyabr 2017 14:25

Misirin Luksor bölgəsində, Nil çayının qərb sahillərində içində bahalı daş-qaşlar, miniatür heykəllər və birdən çox mumiya olan məzar tapılıb. Misirli arxeoloqlar tərəfindən incələnən məzarın fironların 18-ci sülaləsinin idarəsi dövründə yaşamış kral zərgərinə məxsus olduğu bildirilib. Məzarda zərgərə və onun ailəsinə (həyat yoldaşı, uşaqlarına) məxsus əşyalar və cəsədlər( mumiyaları) tapılıb.