Ermənistan hərbi üstünlüyünü artırmaq istəyir

Ermənistan hərbi sahədə üstünlüyü ələ almaq, Azərbaycanla hədə, təhdid dilində danışmaq üçün bütün mümkün vasitələrdən, imkanlardan yararlanır. Bu imkan və vasitələr işğalçı ölkənin milli maraqları, hətta bir dövlət kimi səviyyəsinə uyğun gəlməsə də belə, İrəvan qeyd edilən sahədə üstünlüyünü artırmaq üçün durmadan səy göstərir. İsraillə hərbi əməkdaşlıq cəhdi, Çindən hərbi texnika almaq istəyi, NATO ilə əlaqələri inkişaf etdirərək onun təlimlərinə qoşulmaq manevrləri və digər məqamlar deyilənləri təsdiqləyir.

İşğalçı ölkə öz aqressiv siyasətindən əl çəkmir

Ermənistan hərbi sahədə üstünlüyü ələ almaq, Azərbaycanla hədə, təhdid dilində danışmaq üçün bütün mümkün vasitələrdən, imkanlardan yararlanır. Bu imkan və vasitələr işğalçı ölkənin milli maraqları, hətta bir dövlət kimi səviyyəsinə uyğun gəlməsə də belə, İrəvan qeyd edilən sahədə üstünlüyünü artırmaq üçün durmadan səy göstərir. İsraillə hərbi əməkdaşlıq cəhdi, Çindən hərbi texnika almaq istəyi, NATO ilə əlaqələri inkişaf etdirərək onun təlimlərinə qoşulmaq manevrləri və digər məqamlar deyilənləri təsdiqləyir. Düzdür, sonuncu qeyd etdiyimiz cəhd, NATO ilə əməkdaşlığı inkişaf etdirmək istəyi və Hərbi Alyansın Gürcüstanda keçirilən təlimlərinə qoşulmaq marağı Rusiyanın ciddi təpkisindən sonra baş tutmasa da, lakin İrəvan Moskvadan onu konpensasiya edə biləcək sürpriz əldə edə bildi. Belə ki, Ermənistanla Rusiya arasında yaradılan vahid hava hücumundan müdafiə qoşunlarının komandanı Ermənistanın Baş qərargah rəisi Movses Akopyan təyin olundu. Əslində bu təyinat birbaşa Kreml tərəfindən həyata keçirildi desək yanılmarıq. Belə ki, Moskva İrəvanı NATO-nun Gürcüstan təlimlərindən uzaqlaşdıra bildiyiu üçün ona məhz bu jesti etmiş oldu. Bəs görəsən bu amil Ermənistanın hərbi üstünlüyünü nə dərəcədə artıracaq və İrəvanın aqressivliyi bundan sonra yenə də arta bilərmi?

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rusiyann Ermənistanla vahid ordu birləşməsi yaratmaqda əsas məqsədi Cənubi Qafqazda möhkəmlənmək və Azərbaycana qarşı çəkindirici faktor yaratmaqdır: "Ermənistan və Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində əməkdaşlıq edir və bu müqavilə üzrə təşkilat üzvüləri bir-birilərinin xarici təhlükəyə qarşı birgə mübarizədə cavabdehlik daşıyır. Əgər, Rusiya ilə Ermənistan arasında təşkilat çərçivəsində müqavilə varsa, təşkilatdan kənar iki ölkənin vahid qoşun birliyinə ehtiyac olmamalı idi. Belə bir vahid qoşun birləşməsinin yaradılması onu göstərir ki, KTMT işlək vəziyyətdə deyil. Üzv ölkələr bir-birilərinə etibar etmir. Həmçinin üzv ölkələr Ermənistanın işğalçı və şantajçı siyssətinə qarşı olmaqla Azərbaycanla ikitərəfli yüksək əlaqələrə malikdirlər. Təbii ki, burada Rusiyanı çıxmaq şərti ilə. Çünki, rəsmi Kreml Ermənistanın əsas strateji müttəfiqidir". Politoloq deyib ki, istənilən zaman Azərbaycan öz ərazilərini işğaldan azad olunması üçün hərbi əməliyyatlara başlayarsa, Ermənistan və Rusiyanın vahid qoşun birləşməsi Qarabağda hərbi əməliyyatlarda iştirak edər: "Bunu Ermənistan rəsmiləridə etiraf edir. Amma Naxçıvan və Tovuz istiqamətində Ermənistan çalışar ki, təxribatlar həyata keçirsin, nəticədə bu vahid ordu birləşməsi həmin istiqamətdə Azərbaycana qarşı cəbhədə yer alsın. Bir məsələni xüsusi vurğulamaq lazımdır ki, Rusiyanın Cənubi Hərbi Dairəsinə bağlı olan Ermənistandakı vahid birləşmə niyə Rusiyada deyil, Ermənistanda mövcuddur. Halbuki, Rusiya özü NATO tərəfindən hərbi mühasirəyə alınıb və Ukrayna ilə müharibə şəraitindədir. Deməli, Ermənistanda bu qoşunu yaratmaqda əsas məqsəd, Azərbaycana qarşı hərbi təcavüzü davam etdirməklə, status-kvonun qorunmasına çalışmaq, Azərbaycanı nəzarətdə saxlamaqdır". Politoloq bu arada ABŞ-ın Qarabağda minaları təmizləməyə daha 1.5 milyon dollar ayırması məsələsinə də toxunub. Bildirib ki, ABŞ Konqresinin xarici yardımlar komitəsi konqresmen Devid Valadaonun Dağlıq Qarabağda minaların təmizlənməsi üçün daha 1.5 milyon dollar ayrılmasına dair təşəbbüsünü dəstəkləməsi, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir: "ABŞ-n bu maliyyə yardımı Minsk qrupunun həmsədri kimi, sabiq həmsədr Riçard Hoqland vasitəsi ilə bir müddət elan etdiyi 6 maddəlik Qarabağ münaqişəsinin mərhələli həlli planının məğzinə uyğun deyil. Qeyd edim ki, ABŞ Qarabağda separatçılara ildə 12 milyon dollar ayırırdı. İldən -ilə bu maliyyə azaldıb. Hazırda isə, bu rəqəm 1.5 milyona enib. Buna baxmayaraq, ABŞ -ın separatçılara ayırdığı 1 dollarda mühüm əhəmiyyət kəsb edir və işğalın davam etməsinə zəmin yaradır". Məhəmməd Əsədullazadə deyib ki, ABŞ MDB məkanında davam edən separatizm və işğalı qəti surətdə qəbul etmir və buradakı eparatçlara sanksiyalar tətbiq edib: "Ağ Ev Azərbaycanın ərzazi bütövlüyünü əməldə dəstəkləyərək, sepratçılara sanksiyalar tətbiq edib,Rusiyanın regionda mövqeyinin zəiflədilməsinə çalışmalıdır. ABŞ Ukraynada, Gürcüstanda olduğu kimi Qarabağda da separtçılara sanksiyalar tətbiq etməyin zamanı çatıb. Regionda gedən geosiyasi situasiya ABŞ-n belə bir qanun lahiyəsi hazırlayaraq, Qarabağda separatçılara tətbiq etməsinin zamanıdır".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31