ÜAK bəyanat yaydı
Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) xarici kütləvi informasiya vasitələrində ölkəmiz əleyhinə yayılmış məlumatla bağlı bəyanat yayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a daxil olan bəyanatda “The Organized Crime and Corruption Reporting Project” (OCCRP) təşkilatına istinadən yayılmış materialların tamamilə əsassız, qərəzli və təxribat xarakterli olduğu qeyd edilib.
11 Sentyabr 2017 14:31 SiyasətÜmumrusiya Azərbaycan Konqresi (ÜAK) xarici kütləvi informasiya vasitələrində ölkəmiz əleyhinə yayılmış məlumatla bağlı bəyanat yayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "OLAYLAR"-a daxil olan bəyanatda "The Organized Crime and Corruption Reporting Project" (OCCRP) təşkilatına istinadən yayılmış materialların tamamilə əsassız, qərəzli və təxribat xarakterli olduğu qeyd edilib.
"Burada əsas məqsəd Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinə xələl gətirməkdir. Məhz bu təşkilat əvvəllər də Azərbaycan əleyhinə yalançı və qərəzli materialları hazırlayaraq ABŞ, Böyük Britaniya, Almaniya, Danimarka və digər ölkələrin kütləvi informasiya vasitələrində yayılmasını təmin edib"- deyə bəyanatda bildirilir.
Bəyanatda qeyd edilir ki, Azərbaycana qarşı dərc edilmiş məqalənin müəlliflərindən birinin Dina Naqapetyan adlı erməni əsilli şəxsin olması bir daha sübut edir ki, bu çirkin ittihamların arxasında erməni lobbisi dayanır.
"Biz, Rusiyada yaşayan azərbaycanlılar Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətini alqışlayır, ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurlara kölgə salmaq istəyən siyasi qüvvələrə qarşı mübarizədə səylərimizi əsirgəməyəcəyimizi bəyan edirik"- deyə bəyanatın sonunda bildirilir.