Gündəm

Qazaxıstanda yeni əlifba layihəsi: 17 hərf ixtisar olunur

11 Sentyabr 2017 15:59

Qazaxıstan parlamentinə 25 hərfdən ibarət latın qrafikası əsasında yeni əlifba təqdim olunub. Novator.az-ın məlumatına görə, Dilçilik İnstitutunun direktoru Erden Kajıbek sentyabrın 11-də belə açıqlama verib.

«Çelsi» ilə oyundan əvvəl «Qarabağ»da şok itki

11 Sentyabr 2017 15:54

"Qarabağ" "Çelsi" ilə oyuna tam heyətlə çıxa bilməyəcək. Baş məşqçi iki futbolçunun xidmətindən məhrum olub. Belə ki, Albaniya millisinin düşərgəsindən zədəli dönən Ansi Aqollinin bərpa prosesi 8 gün çəkəcək. Bu səbəbdən o, "Çelsi" matçını buraxacaq.

Alla Puqaçova azərbaycanlılar kimi rəqs etdi – VİDEO

11 Sentyabr 2017 15:52

Rusiyanın “Birinci” kanalı iyulun 29-da Bakıda keçirilən “Jara - 2017” Beynəlxalq Musiqi Festivalı çərçivəsində, SSRİ Xalq Artisti, Rusiya Federasiyası Dövlət Mükafatı laureatı Alla Puqaçovanın yaradıcılıq gecəsinə həsr olunmuş konsert proqramını yayımlayıb.

UEFA “Qarabağ”ın problemli futbolçularının adlarını açıqlayıb

11 Sentyabr 2017 15:51

UEFA bu gün öz saytında dərc etdiyi maraqlı yazısı ilə diqqət çəkib. Apasport.az-ın məlumatına görə, qitə futbol qurumu ingilis şərhçilərlə mübarizə aparmaq qərarına gəlib.

Bakıdakı evində yeniyetmə qızları kişilərlə sevişməyə məcbur etdi, sonra Dubaya apardı və...

11 Sentyabr 2017 15:49

Azərbaycanlı qadınları Dubayda cinsi istismara məruz qoymaqda təqsirli bilinən Sumqayıt şəhər sakini, 1961-ci il təvəllüdlü Umu Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Saakaşvilinin Ukrayna sərhədini keçməsi dövlətçiliyə qarşı hücumdur"

11 Sentyabr 2017 15:38

Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Ukrayna sərhədini zorla keçməsi dövlətçiliyə qarşı hücumdur. Bunu Ukraynanın Baş naziri Vladimir Qroysman Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, Ukrayna sərhədini zorakılıqla keçməyə çalışan şəxslər məsuliyyətə cəlb olunmalıdır.

XİN: İranın yeni adminstrasiyası Azərbaycanla münasibətlərin dərinləşməsini istəyir

11 Sentyabr 2017 15:35

İran İslam Respublikasının yeni adminstrasiyası dostu və qonşusu Azərbaycanla münasibətlərin dərinləşməsini istəyir. Bunu İran XİN-in rəsmi nümayəndəsi Bəhram Qasemi deyib. B.Qasemi bildirib: "12-ci adminstrasiyanın siyasətinin əsas istiqamətlərindən biri bütün qonşu ölkələrlə geniş və tam şəkildə əməkdaşlıq qurmaqdır".

"Muğanbank"ın sabiq xəzinədarı 8 il müddətinə azadlıqdan məhrum edilib 


11 Sentyabr 2017 15:32

Bakı Ağır cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Muğanbank" ASC-nin sabiq xəzinədarı Azad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.  Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, A. Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilib. 

İran XİN: Sammitdə regional və beynəlxalq məsələlər müzakirə ediləcək

11 Sentyabr 2017 15:30

“Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehranda keçiriləcək zirvə toplantısı üç ölkənin münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından önəmlidir”.  Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bu gün keçirdiyi mətbuat konfransında sualının cavabında bildirib.

İranda təhsil alan azərbaycanlı qızın ŞOK ETİRAFI- Bizi imamın evinə aparıb 10 nəfərlə...

11 Sentyabr 2017 15:25

İranda təhsil almış Gültəkin Məcidova adlı azərbaycanlı qız Qum şəhərinin imam cüməsi tərəfindən zorlandığını etiraf edib.  2006 ci ildə İranın Qum şəhərində təhsil almış Gültəkin Məcidova adlı qız etiraf edir ki, İranda təhsil alan Azərbaycanlı qızlarının hamısının bakirəlikləri pozulur. Azərbaycana qayıdanda çoxları evlənə bilmirlər. Qorxurlar ki, toy gecəsi evlərinə geri qaytarılarlar. Ona görədə çoxu Ocaq Nicat (?) kimi və sairə dələduzlarla siğə edərək cinsi ehtiyaclaırnı qarşılayırlar. 

Təhsilə  diqqət dövlətin gələcəyinə olan qayğısı deməkdir

11 Sentyabr 2017 15:24

Son illər ərzində Azərbaycan Respublikası sürətli inkişaf tendensiyası müşahidə olunmaqdadır.  Bütün sahələrdə qazanılan  əsaslı  nailiyyətlər  ölkəmizi Cənubi Qazqazın lider  dövlətinə çevirib.  Bu nailiyyətlərin əsasında  həyata  keçirilən məqsədyönlü, davamlı  siyasət  dayanır. Ulu öndər Heydər Əliyevin  başladığı islahatları uğurla həyata  keçirən  Prezident İlham  Əliyev  Azərbaycanı  sürətli inkişaf yoluna  çıxarıb.  Ölkəmiz  indi  nüfuzlu  beynəlxalq  təşkilatlarla  yaxından əməkdaşlıq edir,  ən iri  beynəlxalq layihələrə  qoşulur.

ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyası Azərbaycana nə vəd edir?

11 Sentyabr 2017 15:22

ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar, eləcə də dünya bazarında avronun dollara nisbətən məzənnəsinin yüksəlməsi bir sıra ölkələrin iqtisadi inkişafına təsirsiz ötüşməyib. Maraqlıdır, sözügedən proseslər Azərbaycana hansı təsirini göstərə bilər? İqtisadçı-ekspert Vüqar Bayramov qeyd edib ki,  ABŞ-ın Rusiyaya tətbiq etdiyi yeni sanksiyalar şimal qonşumuzun iqtisadiyyatı üçün yaxşı heç nə vəd etməməklə yanaşı, Moskvanı yenidən pisləşmiş makro-iqtisadi gösticilər sindiromu ilə üz-üzə qoya bilər.

Peşə fəaliyyətlərinin ailədaxili münasibətlərə təsiri

11 Sentyabr 2017 15:20

Ailə, ailədaxili münasibətlər ər və arvadın peşə fəaliyyətinin onlara təsiri tarixən filosof və sosioloqları, psixoloqları dərindən maraqlandırıb. Cəmiyyət dinamikdir, yeniləşməyə və müasirləşməyə meyillidir.Ailədə mənəvi psixoloji iqlimin yaradılması, ailənin ideya, mənəvi estetik sərvətlərinə dəyərin qoyulması  onun möhkəmliyinə dayanıqlı olmasına şərait yaradır. Ailədə sağlam, psixoloji mühit  yaratmaq üçün  ər və arvad   arasında daim  qarşılıqlı anlaşma mövcud olmalıdır.

Gümrüdə hərbçilər arasında dava: Xəsarət alanlar var

11 Sentyabr 2017 15:15

Ermənistanda rus hərbçilər arasında kütləvi dava baş verib. Hadisə ötən gün (10 sentyabr) saat 23.30-da Ermənistanın Gümrü şəhərində qeydə alınıb. Vətəndaşların müraciətindən sonra hadisə yerinə gələn polis ağır bədən xəsarətləri alan şəxsi aşkar edib. Polislər milliyətcə rus olan 26 yaşlı Yuri Nikolayevi Gümrü tibb mərkəzinə aparıblar.  Araşdırmalar zamanı məlum olub ki, mübahisə Rusiya vətəndaşları 23 yaşlı V.Krasovski, 22 yaşlı V. Yudin, 26 yaşlı N. Qizatullayev və 26 yaşlı Y.Nikolayev arasında baş verib. Dava zamanı, Nikolyev bədən xəsarətləri alıb. Saxlanılan Qizatullayev Nikolayevi döydüyünü etiraf edib. 

Turizm sahəsində xidmət keyfiyyəti artırılacaq

11 Sentyabr 2017 15:14

Qeyri-neft sektorunda mühüm istuqamətlərdən birini də turizm tutur. Azərbaycanın zəngin turizm potensialı olduğundan son illər bu istiqamətdə kifayət qədər işlər görülüb. Xarici turistləri ölkəyə cəlb edə biləcək infrastruktur qurulub, yeni otellər şəbəkəsi yaradılıb. Məhz bütün bu göstərilənlərin nəticəsidir ki, hər il ölkəyə gələn xarici turistlərin sayında artım qeydə alınır.