İran XİN: Sammitdə regional və beynəlxalq məsələlər müzakirə ediləcək

“Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehranda keçiriləcək zirvə toplantısı üç ölkənin münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından önəmlidir”.  Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bu gün keçirdiyi mətbuat konfransında sualının cavabında bildirib.

"Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehranda keçiriləcək zirvə toplantısı üç ölkənin münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından önəmlidir".  Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bu gün keçirdiyi mətbuat konfransında sualının cavabında bildirib. B. Qasimi deyib ki, İranla  Azərbaycan, İranla Rusiya və Azərbaycanla Rusiya arasındakı əlaqələrin inkişafına diqqət artırılacaq: "Görüşdə Ölkələrin bir-birinə daha yaxın olan sahələrdə əməkdaşlıq prespiktivləri müzakirə olunacaq. Toplantıda üç ölkə prezidentinin regional və beynəlxalq məsələləri də müzakirə edəcəyi gözlənilir". XİN sözçüsü toplantının tarixini açıqlamayıb. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31