Təhsilə diqqət dövlətin gələcəyinə olan qayğısı deməkdir
Son illər ərzində Azərbaycan Respublikası sürətli inkişaf tendensiyası müşahidə olunmaqdadır. Bütün sahələrdə qazanılan əsaslı nailiyyətlər ölkəmizi Cənubi Qazqazın lider dövlətinə çevirib. Bu nailiyyətlərin əsasında həyata keçirilən məqsədyönlü, davamlı siyasət dayanır. Ulu öndər Heydər Əliyevin başladığı islahatları uğurla həyata keçirən Prezident İlham Əliyev Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb. Ölkəmiz indi nüfuzlu beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edir, ən iri beynəlxalq layihələrə qoşulur.
11 Sentyabr 2017 15:24 SosialSon illər ərzində Azərbaycan Respublikası sürətli inkişaf tendensiyası müşahidə olunmaqdadır. Bütün sahələrdə qazanılan əsaslı nailiyyətlər ölkəmizi Cənubi Qazqazın lider dövlətinə çevirib. Bu nailiyyətlərin əsasında həyata keçirilən məqsədyönlü, davamlı siyasət dayanır. Ulu öndər Heydər Əliyevin başladığı islahatları uğurla həyata keçirən Prezident İlham Əliyev Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb. Ölkəmiz indi nüfuzlu beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edir, ən iri beynəlxalq layihələrə qoşulur. Təkcə iqtisadiyyatda deyil, sosial sahələrdə qazanılan nailiyyətləri də xüsusi olaraq qeyd etmək lazımdır. Təhsil sahəsidə həyata keçirilən islahatlar artıq yeni mərhələyə qədəm qoymuşdur. Ümumiyyətlə, hər bir ölkənin təhsil sisteminin vəziyyəti həmin ölkənin dayanıqlı ardıcıl inkişafını təmin edən əsas amillərdən biridir. İnsan kapitalının formalaşması üçün təhsilin yüksək səviyyədə təşkili vacib şərtdir. Məlum olduğu kimi Azərbaycanda təhsil islahatlarına müstəqillik əldə etdikdən dərhal sonra start verilib. Həmin vaxtdan ötən dövr ərzində ölkədə təhsil sistemi yeniləşmiş, təhsilin keyfiyyəti yüksəlmiş, məktəblərimizə informasiya texnologiyaları gətirilmiş, yeni məktəblərin tikilməsi, köhnələrin əsaslı təmir olunması, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi və s. sahələrdə ciddi uğurlar qazanılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev hakimiyyətdə olduğu dövrdə təhsillə bağlı 20-dən çox dövlət proqramı qəbul olunmuş və bu proqramlar uğurla reallaşdırılmışdır. Dövlətimiz həmişə təhsilin inkişafını diqqət mərkəzində saxlamış və bu gün də təhsil inkişafımızın prioritet istiqamətlərindən olmuşdur. Hazırda da dövlət təhsil sahəsindəki siyasətini daha çevik həyata keçirmək üçün yeni layihələr hazırlayıb reallaşdırmaqdadır. İstər təhsilin keyfiyyətli təşkili, istər yeni dərsliklərin nəşri, istərsə də pedaqoji kadrların hazırlanması və yerləşdirilməsi, istər peşə təhsili istiqamətində çox ciddi addımlar atılır. Milli Məclisin deputatı Sona Əliyeva deyib ki, indiyə qədər Azərbaycanda ayrı-ayrı sahələri əhatə edən çoxsaylı Dövlət proqramları təsdiq edilib. Bu baxımdan, ölkə təhsili konkret proqramlar əsasında qarşıya qoyulmuş hədəf və məqsədlərin fonunda inkişaf dinamikasına malikdir. S.Əliyeva bildirib ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Dövlət Strategiyasının əsas hədəfləri sırasında Azərbaycanın inkişaf konsepsiyasına uyğun olaraq hər bir şəxs üçün bərabər, keyfiyyətli təhsil imkanlarının yaradılması, təhsil sisteminin institusional əsaslarının, infrastrukturunun və insan resurslarının inkişaf etdirilməsi məsələlərinə xüsusi yer verilib: "Bütün bunlar texnologiyaları çevik mənimsəməyə, əmək bazarında layiqli yer tutmağa və ömür boyu təhsil prosesinə qoşulmağa imkan verən strateji və konseptual məqamlardır. Bu baxımdan, Azərbaycanda təhsil infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlərin tətbiqi, əmək bazarının tələbatına uyğun kadr hazırlığı və təminatının yaxşılaşdırılması, təhsil-müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi və təhsil sisteminin informasiyalaşdırılması, məktəbəqədər, texniki peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili və digər bu kimi sahələrdə mühüm irəliləyişlər və uğurlar əldə olunub". Millət vəkili, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Musa Qasımlı deyib ki, Prezident İlham Əliyev təhsilin yenidən qurulmasına və inkişafına xüsusi əhəmiyyət verir. Bu da səbəbsiz deyil. Çünki təhsilə göstərilən diqqət millətin və dövlətin gələcəyinə olan qayğısı deməkdir: "Son illərdə ölkəmizdə minlərlə məktəb binasının tikilib, əsaslı təmir edildiyini deyən deputat söyləyib ki, hətta ən ucqar dağ kəndlərində müasir məktəblər tikilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar siyasəti nəticəsində ölkənin imkanları artdıqca, dövlət əldə olunan gəlirləri milli-intellektual potensialın gücləndirilməsinə yönəldir. Bunun nəticəsidir ki, Azərbaycanda minlərlə məktəb inşa olunub, təmir edilib, azərbaycanlı gənclər təhsil almaq üçün xarici ölkələrə göndərilib". M.Qasımlı qeyd edib ki, ümumiyyətlə, Azərbaycanda təhsilin inkişafı daim dövlətin diqqət mərkəzindədir: "Məhz bunun nəticəsində də təhsilin keyfiyyətinin artırılması, həmçinin bu yöndə layihələrin həyata keçirilməsi birbaşa cəmiyyətimizin elmi səviyyəsinin inkişafını özündə ehtiva edir. Yüksək şəraitli məktəb yaxşı müəllim və yaxşı şagird deməkdir. Hesab edirəm ki, təhsil işçiləri də cənab Prezidentin bu qayğısına özlərinin faydalı əməkləri ilə cavab verəcəklər".
Alim