Gündəm
Aytən Məhərrəmova və Təyyar Bayramov eyni səhnədə
Sentyabrın 22 – də Beynəlxalq Muğam Mərkəzində əməkdar artisti Təyyar Bayramovun və Aytən Məhərrəmovanın konserti keçiriləcək. “Olaylar” bildirir ki, konsert Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Muğam Mərkəzi və Azərbaycan Rasiosu və Mədəniyət kanalının birgə layihəsidi. Konsertdə muğam kompozisiyası, Mahur təsnifləri, Şur təsnifləri, Segah təsnifləri, Bayatı Şiraz təsnifləri səslənəcək. Biletləri şəhərin kassalarında və iticket.az saytından əldə etmək mümkündür.
Bir gündə 6 qəzada 4 nəfər dünyasını dəyişib
Sentyabrın 10-da respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, qəzalarda 4 nəfər ölüb, 11 nəfər isə xəsarət alıb.
108 – ci mövsümdə bir neçə premyera gözlənilir
Musiqili Teatrı 108-ci mövsümün ilk dörd ayı üçün repertuar planını açıqlayıb. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, Bədii Şuranın iclasında 2017-cı ilin sonuna qədər olan müddət - sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün repertuar və iş planı müzakirə edilərək təsdiq olunub. Nəzərdə tutulan müddət ərzində teatrın repertuarında olan 30-a yaxın tamaşa təqribən 70 dəfə nümayiş etdiriləcək.
Spirtli içkilər aşkar olunub
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycanvətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. Dövlət Gömrük Komitəsiindən “Olaylar”a verilən məlumata görə, İdarənin "Sınıq Körpü" gömrük postunda keçirilən baxış zamanı, həmin nəqliyyat vasitəsinin salonunda gömrük nəzarətinə düzgün bəyan edilməyən və aksiz markasız 18 ədəd 1 litrlik "Qosudarev zakaz" adlı spirtli içki aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
Avtomobilin gizli saxlanc yerlərində dərman vasitələri aşkarlandı
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Volksvagen Passat" markali nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin arxa buferindən hər birində14 həb olmaqla 50 konvalyut üzərində "Nebilet"yazısı olan və hər birində 14 həb olmaqla 207 konvalyut üzərində "Cytotec" yazısı olan dərman vasitələri aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Deputat: Mehman Əliyev barədə qətimkan tədbirinin dəyişdirilməsi müsbət addımdır
“Azərbaycan prezidenti İlham Əliyevin “Turan” İnformasiya Agentliyinin həbsdə olan direktoru Mehman Əliyev barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilərək azad edilməsi barəsində verdiyi göstəriş təqdir olunası addımdır”. Bunu deyən millət vəkili Fazil Mustafanın sözlərinə görə, bu, ölkə başçısı tərəfindən atılan növbəti bir humanist addımdır: “Belə tanınmış jurnalistin və ictimai-siyasi aktiv şəxslərin həbsləri ölkəyə müsbət imic gətirmir. Odur ki, Mehman Əliyev barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilərək azad edilməsi müsbət addımdır”.
Elmar Məmmədyarov İspaniyanın müvəqqəti işlər vəkili qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov İspaniya Krallığının ölkəmizə yeni təyin edilmiş müvəqqəti işlər vəkili İqnasiyo Sançez Taboadanı qəbul edib. XİN-dən “Olaylar”a verilən məlumata görə, nazir Elmar Məmmədyarov İqnasiyo Sançez Taboadanı müvəqqəti işlər vəkili qismində fəaliyyətə başlaması münasibətilə təbrik edib.
Güləndən təlimat: Ərdoğanı canlı ələ keçirin
Ərdoğanı canlı ələ keçirin, əllərini arxadan bağlayın, diz çökmüş vəziyyətdə fotosunu çəkin. Bu sözləri FETÖ terror təşkilatının lideri Fətullah Gülən 15 iyul hərbi çevriliş cəhdindən əvvəl təlimat verərkən deyib.
Bir qadın ağlayırsa, onunla birgə bütün bəşəriyyət ağlayır... – Günel Natiq yazır...
Qədim qanunlarda zorlanmaya şəxsiyyətə təcavüz kimi baxırdılar. Hətta Roma qanunlarında da zorlanma fiziki təcavüz kimi xarakterizə olunur, seksual anlam daşımırdı. Yəhudilərin qədim qanunlarında zorlanmış qadının hətta özü müqəssir hesab oluna, ölüm cəzasına məhkum edilə bilərdi. Ancaq bir şərtlə: əgər zorlandığı vaxt qadın qışqırsaydı, hadisə isə talada, meşədə, kimsəsiz bir yerdə baş versəydi, onda yalnız kişi müqəssir hesab olunub daş-qalaq edilirdi. Yox, əgər qadına şəhər yerində təcavüz edilsəydi, fəryad etdiyini isə eşidən olmasaydı (belə hesab edilirdi ki, əgər qadın qışqırıbsa şəhərdə mütləq onun səsini eşidən biri olmalıydı), onda bu təcavüz yox, əxlaqsızlıq sayılırdı və təcavüzkara da, onun qurbanına da ölüm hökmü kəsilirdi.
Gözləyirik ki, böyük güclər Türkiyəni parçalasın... – Məlikyan
Türkiyənin bu dəqiqə Ermənistan-Türkiyə münasibətlərindən daha ciddi problemləri var. Bunu “1in.am” saytına açıqlamasında erməni ekspert Gevorq Məlikyan söyləyib. “Ermənistanda Türkiyə ilə bağlı çox primitiv mövqe var.
Rusiya Ukrayna nazirinə və 20 zabitə cinayət işi qaldırdı
Rusiya Federasiyası İstintaq komitəsi tərəfindən Ukrayna Müdafiə Nazirliyinin yüksək rütbəli 21 zabitinə qarşı cinayət işi başladılıb. Bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko informasiya verib. Ukrayna Müdafiə Nazirliyinin rəhbəri, onun 4 müavini, Baş Qərargah rəisi və 15 yüksək rütbəli hərbçi Donbas sakinlərinə qarşı soyqırım və digər cinayətlər törətməkdə ittiham olunub.
Anar prezidentə məktub yazdı: Sizə inanırdıq
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür məktubu yazıb.
Markovdan Lapşinin azad olunmasına - Münasibət
Rusiyalı politoloq Sergey Markov Azərbaycan Prezidenti İlham Əliyevin bloger Aleksandr Lapşinin əfv edilməsi barədə sərəncamını şərh edib. S.Markovun sözlərinə görə, Azərbaycan Lapşin ilə bağlı vəziyyətdə ideal siyasi işini nümayiş edib: "Burada vacib olan odur ki, Lapşin yaxşı adam olduğuna və Azərbaycanın ərazi bütövlüyünü etiraf etdiyinə görə yox, Azərbaycanın öz tərəfdaşlarına, dost ölkələrinə güzəştə getdiyinə görə bu addımı atıb. Azərbaycan Lapşin ilə bağlı vəziyyətdə parlaq, ideal siyasi işini göstərib".
“Kolada SPİD var” mesajı bu cür yayılıb: sirr açıldı - Video
Aktyor Rəfael İsgəndərovun oğlu Votsapda yayılan və əhali arasında narahatlıq yaradan “Kola içkisinə SPİD virusunun düşməsi”ni bildirən səs yazısı ilə bağlı açıqlama verib. Bu barədə danışan R.İsgəndərovun oğlu Fuad İsgəndərov qeyd edib ki, sözügedən səs yazısını o, İnstaqram səhifəsində zarafat məqsədilə dostları arasında paylaşıb. O bildirib ki, dostları arasında zarafat məqsədilə yaydığı səs yazısında “Koka-Kola” şirkətinin adını çəkmir: “Mən çəkdiyim videoda “kola” sözünü işlətmişəm. Dünyada onlarca “kola” adlı içki növü var. Bilməzdim ki, bu zarafat belə sürətlə yayılacaq və hamı bundan danışacaq”.
Myanmada müsəlmanların qanına girən beynəlxalq güclər: Savaş nəyin uğrundadır?
Müsəlman əhalinin buddistlər tərəfindən kütləvi şəkildə qəddarlıqla qətlə yetirildiyi Myanmada baş verənləri bütün dünya soyuqqanlılıqla izləyir. Bir neçə gün öncə "Amnesty International" təşkilatı bildirib ki, Myanmada baş verən cinayətlər birbaşa müsəlmanlara qarşı törədilir, bu cinayətlərin günahkarı isə həm ölkənin təhlükəsizlik qüvvələri, həm də yerli buddistlərdir.














