Gözləyirik ki, böyük güclər Türkiyəni parçalasın... – Məlikyan   

Türkiyənin bu dəqiqə Ermənistan-Türkiyə münasibətlərindən daha ciddi problemləri var. Bunu “1in.am” saytına açıqlamasında erməni ekspert Gevorq Məlikyan söyləyib. “Ermənistanda Türkiyə ilə bağlı çox primitiv mövqe var.

Türkiyənin bu dəqiqə Ermənistan-Türkiyə münasibətlərindən daha ciddi problemləri var. Bunu "1in.am" saytına açıqlamasında erməni ekspert Gevorq Məlikyan söyləyib. "Ermənistanda Türkiyə ilə bağlı çox primitiv mövqe var. Biz fikirləşirik ki, əgər Türkiyə parçalansa, biz udacağıq. Bu, primitiv yanaşmadır. Yaxşı olardı ki, biz Türkiyənin yox, Ermənistanın gələcəkdə parçalanması gerçəkliyi barədə fikirləşərdik. Bu, erməni tərəfinin sadəlövhlüyüdür. Oturub gözləyirlər ki, böyük güclər Türkiyəni parçalaya biləcəklər, amma bilməlidirlər ki, o güclər eyni uğurla Ermənistanı böləcəklər", - deyə o bildirib. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31