Elmar Məmmədyarov İspaniyanın müvəqqəti işlər vəkili qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov İspaniya Krallığının ölkəmizə yeni təyin edilmiş müvəqqəti işlər vəkili İqnasiyo Sançez Taboadanı qəbul edib. XİN-dən “Olaylar”a verilən məlumata görə, nazir Elmar Məmmədyarov İqnasiyo Sançez Taboadanı müvəqqəti işlər vəkili qismində fəaliyyətə başlaması münasibətilə təbrik edib.
11 Sentyabr 2017 16:17 SiyasətXarici işlər naziri Elmar Məmmədyarov İspaniya Krallığının ölkəmizə yeni təyin edilmiş müvəqqəti işlər vəkili İqnasiyo Sançez Taboadanı qəbul edib. XİN-dən "Olaylar"a verilən məlumata görə, nazir Elmar Məmmədyarov İqnasiyo Sançez Taboadanı müvəqqəti işlər vəkili qismində fəaliyyətə başlaması münasibətilə təbrik edib. İqnasiyo Sançez Taboada fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib. Görüşdə İspaniya və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi perspektivləri müzakirə edilərək kənd təssürrüfatı, turizm və humanitar sahədə əməkdaşlıq üçün geniş imkanların olduğu qeyd olunub.