Rusiya Təhlükəsizlik Şurası İrəvanın qaz siyasəti ilə bağlı xəbərdarlıq edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının katib müavini Aleksey Şevtsov bildirib ki, Rusiya qazı Ermənistana digər ölkələrdən gətirilə biləcək yanacaqla müqayisədə əhəmiyyətli dərəcədə ucuza başa gəlir. Rəsmi şəxsin sözlərinə görə, İrəvanın Rusiya qazından imtina etməsi ölkəyə zamanında Almaniya və digər Avropa dövlətlərinin çəkdiyindən daha ağır zərbə vuracaq. 

Şevtsov bu bəyanatı Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın ölkənin qazı "mümkün olan hər yerdən" almaq niyyətində olması barədə açıqlamasına cavab olaraq verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31