Rusiya Ukrayna nazirinə və 20 zabitə cinayət işi qaldırdı

Rusiya Federasiyası İstintaq komitəsi tərəfindən Ukrayna Müdafiə Nazirliyinin yüksək rütbəli 21 zabitinə qarşı cinayət işi başladılıb. Bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko informasiya verib. Ukrayna Müdafiə Nazirliyinin rəhbəri, onun 4 müavini, Baş Qərargah rəisi və 15 yüksək rütbəli hərbçi Donbas sakinlərinə qarşı soyqırım və digər cinayətlər törətməkdə ittiham olunub.

"Ukraynanın cənub-şərqindəki sülh və təhlükəsizliyə qarşı törədilmiş cinayətlər barədə sübutlar toplayaraq İstintaq Komitəsi rusdilli Donbas sakinlərinə qarşı onlarla cinayət hadisəsini sənədləşdirmişdir. Bu cinayətlərin sistematik xarakteri, tərzi və şərtləri onların eyni şəxslər - Ukrayna Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri tərəfindən razılaşdırıldığını və təşkil olduğunu açıq şəkildə göstərir", - Petrenko bildirib. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31