Avtomobilin gizli saxlanc yerlərində dərman vasitələri aşkarlandı
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Volksvagen Passat" markali nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin arxa buferindən hər birində14 həb olmaqla 50 konvalyut üzərində "Nebilet"yazısı olan və hər birində 14 həb olmaqla 207 konvalyut üzərində "Cytotec" yazısı olan dərman vasitələri aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
11 Sentyabr 2017 16:19 SosialTovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Volksvagen Passat" markali nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin arxa buferindən hər birində14 həb olmaqla 50 konvalyut üzərində "Nebilet"yazısı olan və hər birində 14 həb olmaqla 207 konvalyut üzərində "Cytotec" yazısı olan dərman vasitələri aşkar edilib. Faktla bağlı araşdırma aparılır.