Gündəm

Nazirlik: İntiharlar əsas dörd səbəbdən baş verir

11 Sentyabr 2017 17:28

Səhiyyə Nazirliyi intiharların əsas səbəblərini açıqlayıb. Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov bildirib ki, intiharların 4 əsas səbəbi var. Onun sözlərinə görə, bunlardan birincisi reallıqdan qaçmaq ikincisi, insanın özünə qarşı aqressiv olması, üçüncüsü özünü cəzalandırma, dördüncüsü köməyə çağırışdır.

İndoneziya səfiri Azərbaycan Dillər Universitetində

11 Sentyabr 2017 17:26

Sentyabrın 11 –də Azərbaycan Dillər Universitetinde İndoneziya Respublikasının Azərbaycandakı səfirliyi və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə “İndoneziya və Azərbaycanda multikulturalizm: müqayisəli araşdırma” mövzusunda seminar keçirildi. 

Hərbi qulluqçuların Gəncə şəhərinə ekskursiyası təşkil olunub

11 Sentyabr 2017 17:15

Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə bir qrup hərbi qulluqçunun Gəncə şəhərinin tarixi yerlərinə ekskursiyası təşkil edilib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, əsgərlər Gəncə Qala Qapılarını, Gəncə İmamzadə Dini Memarlıq Abidə Kompleksini, dünya şöhrətli şairimiz Nizami Gəncəvinin məqbərəsi və mütəfəkkirin muzeyini, eləcə də Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun ev muzeyini ziyarət ediblər.

Azərbaycanlı dünya çempionu öldürüldü

11 Sentyabr 2017 17:13

Rusiyada milli diasporlarımızdan birinin rəhbəri, kikboks üzrə dünya çempionu Ramil Caniyev güllələnib. Bu barədə Rusiyanın znak.com saytına istintaq idarəsinin Kurçatov rayonu üzrə istintaq şöbəsinin rəhbəri Yevgeni Mitroxin məlumat verib. İstintaq zamanı məlum olub ki, qatil Caniyevi Çelyabinsk şəhərinin şimal qərbində yerləşən Ostrovski küçəsində, 7 nömrəli binanın girişində 1 saata yaxın gözləyib və evdən çıxan anda güllələyib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan 25 yaşlı R.Caniyevi xilas etmək mümkün olmayıb.

Həmməruzəçilərin Azərbaycana səfər proqramları məlum oldu

11 Sentyabr 2017 17:12

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçilərinin Azərbaycana səfər proqramları məlum olub.  Onlar sentyabrın 14-16-da Bakıya faktaraşdırıcı səfər edəcəklər. Səfər zamanı onlar Azərbaycan prezidenti, Prezident Administrasiyasının rəhbəri və ədliyyə naziri ilə görüşəcəklər. Parlamentin sədri və Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə də görüş olacaq.

"İrma" qasırğasının törətdiyi fəlakət- insanlar şəhərlərdən qaçır, evlər dağılır - VİDEO

11 Sentyabr 2017 16:59

ABŞ-ın Florida ştatında "İrma" qasırğasının törətdiyi fəlakət kameralara düşüb. Məlumata görə, 210 kilometr sürətlə hərəkət edən qasırğa Floridanın cənub sahillərində intensivliyi artırıb. Rəsmi qurumlar qasırğanın təsirinin nisbətən azaldığını bildirib. Məlumata görə, Florida ştatının şimal-qərbində təxminən 160 kilometr saat sürətlə təxminən 3 milyon əhalisi olan Tampa istiqamətində hərəkət edir.

Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanladı

11 Sentyabr 2017 16:57

Azərbaycan Mətbuat Şurası «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsdən azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.

Çində aramsız yağış - Minlərlə insan təxliyə olunub

11 Sentyabr 2017 16:48

Çinin cənub-qərb və mərkəzi rayonlarında aramsız yağış və daşqınlar nəticəsində 8 nəfər həlak olub. Məlumata görə, yağıntılar dördüncü gündür ki, davam edir. Yeddi nəfərin itkin düşdüyü məlumat verilib.

Mehriban Əliyeva körpələr evində

11 Sentyabr 2017 16:45

Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir edilən “Qərənfil” körpələr evi-uşaq bağçası balaca sakinlərini qəbul etməyə hazırdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva paytaxtın Nəsimi rayonunda yerləşən bu körpələr evi-uşaq bağçasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

İndoneziyada Azərbaycan mədəniyyət günləri keçiriləcək

11 Sentyabr 2017 16:43

İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani respublikamızda keçirilən İkinci İndoneziya Mədəniyyəti festivalı çərçivəsində Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevlə görüşüb. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, səfir bildirib ki, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda İndoneziya Mədəniyyəti Günləri keçirilməsini həmişə dəstəkləyir.

BNA-nın ALO141 Çağrı Mərkəzinin təqdimatı keçirilib

11 Sentyabr 2017 16:41

Bakı Nəqliyyat Agentliyi nəqliyyat xidmətlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlərin səmərəliliyini daha da artırmaq məqsədi ilə İKT-nin imkanlarından geniş istifadə edir.

Hərb və sülh mövzusunda tədbir keçirilib

11 Sentyabr 2017 16:35

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatıçılığı ilə sentyabrın  11-də   Sumqayıt  şəhəri  “Cümə”  məscidində “Sülh aylığı” çərçivəsində “Hərb və sülh” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın DQİDK-yə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Y.Abdullayev bildirib ki, müasir dövrdə dünyanın bir çox  yerlərində  baş verən müharibələr, qarşıdurmalar və onların səbəb olduğu insan tələfatı dinindən, milliyyətindən asılı olmayaraq  hər kəsi narahat  etməlidir.

Penitensiar Xidmət Lapşinin intihara cəhdinin səbəbini açıqladı  

11 Sentyabr 2017 16:32

Aleksandr Lapşin ekstraisiya məsələlərinin uzanmasını bəhanə gətirərək intihara cəhd edib. Bu haqda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. 

Əbülfəs Qarayev Çinə gedib

11 Sentyabr 2017 16:33

Məlum olduğu kimi, BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş Assambleyasının 22-ci sessiyası cari ilin 11-17 sentyabr tarixində Çin Xalq Respublikasının Çenqdu şəhərində keçirilir.

Enerji içkisi oğurlayan şəxs tutulub

11 Sentyabr 2017 16:29

Bakı şəhərində qeyri-adi oğurluq hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, sentyabrın 10-da Bakı şəhər sakini Xanlar Əhmədov Səbail rayonu Neftçilər prospektindəki ticarət mərkəzlərinin birindəki marketdən 42 ədəd enerji içkisi oğurlayarkən oranın işçiləri tərəfindən saxlanılıb və polisə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.