Həmməruzəçilərin Azərbaycana səfər proqramları məlum oldu

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçilərinin Azərbaycana səfər proqramları məlum olub.  Onlar sentyabrın 14-16-da Bakıya faktaraşdırıcı səfər edəcəklər. Səfər zamanı onlar Azərbaycan prezidenti, Prezident Administrasiyasının rəhbəri və ədliyyə naziri ilə görüşəcəklər. Parlamentin sədri və Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə də görüş olacaq.

Həmməruzəçilər həmçinin vətəndaş cəmiyyəti üzvləri, jurnalistlər və həbsdə olan şəxslərin vəkilləri ilə görüşmək niyyətindədirlər. Həmçinin, onlar həbsdə olan şəxslərlə fərdi söhbət aparmaq barədə müraciət ediblər.  Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31