BNA-nın ALO141 Çağrı Mərkəzinin təqdimatı keçirilib
Bakı Nəqliyyat Agentliyi nəqliyyat xidmətlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlərin səmərəliliyini daha da artırmaq məqsədi ilə İKT-nin imkanlarından geniş istifadə edir.
11 Sentyabr 2017 16:41 SosialBakı Nəqliyyat Agentliyi nəqliyyat xidmətlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlərin səmərəliliyini daha da artırmaq məqsədi ilə İKT-nin imkanlarından geniş istifadə edir. "OLAYLAR"-ın BNA-ya istinadən verdiyi xəbərə görə, vətəndaşlardan daxil olan müraciətlərin obyektiv araşdırılması və cavablandırılması, fəaliyyətin təkmilləşdirilməsi üçün təhlillərin aparılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə Agentliyin 141 Çağrı Mərkəzinin fəaliyyəti ən son texnoloji yeniliklər nəzərə alınmaqla yenidən qurulur. Bu çərçivədə sentyabrın 11-də Bakı Nəqliyyat Agentliyinin ALO141 Çağrı Mərkəzinin www.alo141.az internet portalının təqdimatı keçirilib.