Gündəm

“Samsung” virtual reallıq eynəyi psixi pozğunluğu diaqnozlaşdırmağa kömək edəcək

11 Sentyabr 2017 18:31

“Samsung Electronics” şirkəti psixi pozğunluğu diaqnozlaşdırmaq üçün virtual reallıqdan istifadə edəcək proqram hazırlayacaq. Şirkət bu məqsədlə 2018-ci ildə yeni əlavələri klinika, demensiyanın müalicəsi üzrə mərkəz və məktəblərdə (gələcəkdə ondan bütün istifadəçilər, məsələn, ev şəraitində istifadə üçün imkan yaratmaq nəzərdə tutulur) kommersiyalaşdırmaq üçün “Gangnam Severance” xəstəxanası və “FNI” virtual reallıq kontenti tərtibatçısı ilə əməkdaşlıq haqqında saziş imzalayıb.

Azərbaycan diaspor təşkilatı festivalda təmsil olunub

11 Sentyabr 2017 18:24

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası, Derince Azərbaycan Evi Dərnəyi Türkiyənin Bilecik rayonunun Söğüt qəsəbəsində Ərtoğrul Qazini anma və Yörük festivalında iştirak edib. “OLAYLAR”-ın xəbərinə görə, üç gün davam edən festivala Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım, yerli icra orqanlarının rəhbərləri, millət vəkilləri, siyasət, mədəniyyət xadimləri, KİV nümayəndələri və digər qonaqlar qatılıb.

Azərbaycanda “Maşın və mexanizmlər elmi üzrə beynəlxalq simpozium” keçirilir

11 Sentyabr 2017 18:24

Azərbaycan Texniki Universitetində (AzTU) “Maşın və mexanizmlər elmi üzrə beynəlxalq simpozium” - İSMMS 2017 keçirilir. Sentyabrın 11-i Simpoziumun Plenar İclası təşkil olunub. “OLAYLAR”-a Təhsil Ocağından verilən məlumata görə, simpoziumun Plenar İclasında AzTU-nun rektor əvəzi Xalıq Yahudov öncəliklə Sipoziumun əsas təşkilatçısı olan Maşın və mexanizmlər elmi üzrə Beynəlxalq Federasiya (IFToMM) və Federasiyanın Azərbaycan Komtəsi haqqında məlumat verib.

Binəqədi şossesində hərəkət 2 günlük məhdudlaşdırılır

11 Sentyabr 2017 18:23

Yearltı kommunikasiya xətlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq sentyabr ayının 12-dən 13-nə keçən gecədən etibarən Binəqədi şossesinin Binəqədi-Biləcəri yolu (4-cü qapı küç.) ilə kəsişməsindən Biləcəri-Baksol yolunun kəsişməsinədək olan hissəsində 2 gün ərzində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq.

Abşeronda ata və qızının qətlinin bəzi təfərrüatları açıqlanıb - RƏSMİ

11 Sentyabr 2017 18:15

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi Abşeron rayonunda törədilmiş qətl barədə birgə məlumat yayıb. Məlumatda deyilir ki, prokurorluq və daxili işlər orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonunda törədilmiş qətlin üstü “isti izlər”lə açılıb və cinayəti törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib.

Əməkdar artist 4 dəfə əməliyyat olundu: "Damarlarım çürüyürdü"

11 Sentyabr 2017 18:10

Əməkdar artist Natiq Şirinovun səhhətində problem yaranıb. Nağara ifaçısı və "Natiq" ritm qrupunun rəhbəri bu haqda "ATV maqazin onlarla" verilişində deyib.  O bildirib ki, dörd dəfə əməliyyat olunub: "Xırda damarlarım tutuldu, qaraldı və çürümə getməyə başladı. 4 dəfə əməliyyat olundum.

Əliyar Ağayev Avropa Liqasına təyinat aldı

11 Sentyabr 2017 18:08

Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək "Vitoriya Gimaraynş" (Portuqaliya) - "Zalsburg" (Avstriya) görüşünü Azərbaycanın FİFA referisi Əliyar Ağayev idarə edəcək. Görüşün yan xətt hakimləri Rza Məmmədovla Zeynal Zeynalov olacaqlar. Rəhim Həsənovla Orxan Məmmədov baş hakimi əlavə köməkçiləri, Mübariz Həşimov isə 4-cü hakim funksiyasını yerinə yetirəcək.

Saakaşvili Lvovu yeni inqilabın qərargahına çevirir

11 Sentyabr 2017 18:06

Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukraynanın Lvov şəhərini siyasi mübarizənin mərkəzinə çevirir. “Yeni güclərin hərəkatı” partiyasının lideri “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko və başqa Ukrayna siyasətçiləri ilə birlikdə “Leopolis” mehmanxanasında müşavirə keçirir. Bu haqda Ali Radanın “Qarşılıqlı yardım” fraksiyasından xalq deputatı Yeqor Sobolev bildirib. “İndi biz müşavirə keçirəcəyik.

Vəkil: "Çox güman ki, Lapşin İsrailə sabah göndəriləcək”

11 Sentyabr 2017 18:04

"Aleksandr Lapşinin səhhəti ilə bağlı məlumat əldə etdim. Mərkəzi Klinik Xəstəxanadan bildirildi ki, onun səhhəti normaldır". Bunu Aleksandr Lapşinin vəkili Eduard Çernin deyib. O bildirib ki, A. Lapşinin İsrailə deportasiya edilməsi üçün artıq bütün sənədlər hazırdır: "Yalnız təyyarə ilə bağlı dəqiq məlumat yoxdur. İsrailə reys sabah olduğu üçün çox güman ki, Lapşin sabah İsrailə deportasiya ediləcək".

Azərbaycanın 26 turizm zonası yaradılacaq

11 Sentyabr 2017 18:01

Azərbaycanda Lənkəran, Masallı, Cəlilabad, Lerik, Yardımlı, Biləsuvar, Astara, Qazax, Samux, Şəmkir, Goranboy, Gədəbəy, Daşkəsən, Ağstafa, Naftalan, Göygöl, Tovuz, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayon və şəhərlərində yeni turizm və rekreasiya zonalarının yaradılması məqsədilə iş aparılır. Bu, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir.

Əli Həsənov: "Akif Əlinin Lütfi Zadə haqqında qeyri-etik ifadələr işlətməsi yolverilməzdir"

11 Sentyabr 2017 17:59

"Dövlət orqanlarının mətbuat xidmətlərinin rəhbərləri və əməkdaşları işlədikləri qurumların kütləvi informasiya vasitələri ilə əlaqələrinin tənzimlənməsinə, həmin təşkilatların fəaliyyəti haqqında ictimai rəyin formalaşmasına bilavasitə məsul olan şəxsdirlər.

Lev Spivak: Azərbaycan Prezidentinin Aleksandr Lapşini əfv etməsi çox humanist bir addımdır

11 Sentyabr 2017 17:55

Azərbaycan Prezidenti İlham Əliyevin Aleksandr Lapşinin əfv olunması barədə sərəncamı çox humanist bir addımdır. Bunu "İsrail-Azərbaycan" Assosiasiyasının baş direktoru Lev Spivak deyib. 

Tarix Muzeyində arxeoloji xəzinə

11 Sentyabr 2017 17:35

AMEA Milli Azərbaycan Tarixi Muzeyi arxeoloji xəzinə əldə edib. “Olaylar” bildirir ki, dəfinəyə daxil olan numizmatik sikkələr bu qurumun Numizmatika və epiqrafika elmi fond şöbəsinə təhvil verilib. Sikkələr tanınmış numizmat alim, muzeyin Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri, t.ü.e.d. Əli Rəcəbli tərəfindən tədqiq olunub. Alim daxil olan gümüş və mis sikkələrin XVII-XIX əsrləri əhatə etdiyini bildirib. Onun sözlərinə görə, dəfinə Şamaxıdan təsadüfi tapıntı nəticəsində əldə olunub. Xəzinənin əsas hissəsini təşkil edən gümüş sikkələri - Abbasilər, Səfəvilər və xanlıqlar dövründə zərb olunub.

Fikir, söz və məlumat azadlığı informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsədlərdir

11 Sentyabr 2017 17:32

Hər bir dövlətin qeyd-şərtsiz olaraq bir informasiya siyasəti mövcuddur və zaman-zaman həmin siyasətə müəyyən korrektələr, düzəlişlər edilir, təkmilləşdirilir. Azərbaycan dövlətinin də bu mənada öz informasiya siyasəti mövcuddur. Amma bir məqamı xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan dövlətinin informasiya siyasətində əsas meyar, diqqət ölkədə fikir, söz və məlumat azadlığının təmin edilməsinə yönəlir və bu istiqamətdə müntəzəm olaraq məqsədyönlü addımlar atılır.

Qatarlar toqquşdu – Yaralılar var

11 Sentyabr 2017 17:29

İsveçrənin Andermatt şəhərinə yaxın ərazidə iki qatar toqquşub. “Olaylar” bildirir ki, içərisində 100 sərnişini olan qatarda 27 nəfər yaralanıb. İsveçrə polisi dağlıq bölgədə yerləşən Andermatt qəzasını araşdırmağa başlayıb.