Azərbaycanda “Maşın və mexanizmlər elmi üzrə beynəlxalq simpozium” keçirilir
Azərbaycan Texniki Universitetində (AzTU) “Maşın və mexanizmlər elmi üzrə beynəlxalq simpozium” - İSMMS 2017 keçirilir. Sentyabrın 11-i Simpoziumun Plenar İclası təşkil olunub. “OLAYLAR”-a Təhsil Ocağından verilən məlumata görə, simpoziumun Plenar İclasında AzTU-nun rektor əvəzi Xalıq Yahudov öncəliklə Sipoziumun əsas təşkilatçısı olan Maşın və mexanizmlər elmi üzrə Beynəlxalq Federasiya (IFToMM) və Federasiyanın Azərbaycan Komtəsi haqqında məlumat verib.
11 Sentyabr 2017 18:24 SosialAzərbaycan Texniki Universitetində (AzTU) "Maşın və mexanizmlər elmi üzrə beynəlxalq simpozium" - İSMMS 2017 keçirilir. Sentyabrın 11-i Simpoziumun Plenar İclası təşkil olunub. "OLAYLAR"-a Təhsil Ocağından verilən məlumata görə, simpoziumun Plenar İclasında AzTU-nun rektor əvəzi Xalıq Yahudov öncəliklə Sipoziumun əsas təşkilatçısı olan Maşın və mexanizmlər elmi üzrə Beynəlxalq Federasiya (IFToMM) və Federasiyanın Azərbaycan Komtəsi haqqında məlumat verib. Bildirilib ki, bu Federasiya 1969-cu ildə Mexanizmlər və Mexanika Nəzəriyyəsinin inkişafı üzrə Polşada keçirilən ikinci Dünya Konqresində təsis olunubr. Federasiyanın əsas məqsədi maşın və mexanizm nəzəriyyəsi üzrə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsidir.
Xalıq Yahudov qeyd edib ki, bu Simpoziumun keçirilməsi ilə əlaqədar olaraq Azərbaycan Texniki Universitetində müvafiq əmr verilib. Əmrə əsasən Simpoziumun Beynəlxalq və yerli təşkilat Komitələri formalaşdırılıb və bu Komitənin tərkibinə Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, İngiltərə, Kanada, Portuqaliya, Qazaxıstan, Sinqapur, Rumıniya kimi ölkələrin tanınmış alimləri daxil edilib. Rektor əvəzi bildirib ki, Simpoziumun "Manipulytorlar və robotlar", "Mexanizmlərin kinematikası və sintezi", "Maşınların dinamikası" və "Nəqliyyat vasitələri" bölmələri üzrə fəaliyyət göstərməsi müəyyənləşdirilib və bununla bağlı AzTU-nun rəsmi internet səhifəsi www.aztu.edu.az saytında geniş məlumat yerləşdirilib. Xalıq Yahudov əlavə edib ki, Simpoziumda xarici qonaqlarla bərabər Respublikanın 30-dan çox Nazirlik, Komitə, Agentlik, Ali məktəb, Elmi-tədqiqat İnstitutları və digər qurumlarından nümayəndələr təmsil olunur.
Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov çıxış edərək Sipoziumun Azərbaycanda, ələxüsus AzTU-da keçirilməsinin əhəmiyyətindən və gələcəkdə Respublika elminə verəcəyi töhfədən danışıb. Daha sonra Plenar İclasın məruzələri dinlənilib.
Qeyd edək ki, 4 gün davam edəcək Beynməlxalq Sipozium bölmə iclasları ilə davam etdiriləcək.