Gündəm
Artırılmış və virtual reallıq qurğuları bazarında artım qeydə alınıb
“IDC” analitik şirkətinin qiymətləndirməsinə görə, 2017-ci ilin ikinci rübündə dünya bazarına təxminən 2,1 milyon artırılmış və virtual reallıq (augmented reality, AR/virtual reality VR) qurğusu tədarük edilib. Mütəxəssislər bildiriblər ki, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə tədarüklərin həcmi 25,5% artıb. Lakin qiymətləndirmə zamanı “Google Cardboard” qurğuları və müvafiq modellər nəzərə alınmayıb.
Pəncərələri günəş panellərinə çevirən maye şəffaf örtük yaradılıb
ABŞ-ın "SolarWindow Technologies" startapı tərəfindən pəncərələr üçün hazırlanmış maye örtük onları elektrik enerjisi hasil edən günəş panellərinə çevirir.
“YouTube”da “Android” sistemli qurğular üçün yeni funksiya istifadəyə verilib
Bir sıra “Android” smartfon istehsalçıları son qabaqcıl modelləri “High Dynamic Range” (HDR) rejimini dəstəkləyən ekranlarla təchiz etməyə başlayıb. Problem isə funksiyanın “Netflix” və oxşar servislər kimi yalnız bir neçə proqram tərəfindən dəstəklənməsindən ibarətdir. Bundan başqa, “HDR” rejimini dəstəkləyən kontent indiyədək çox azdır və ya onun üçün ödəniş etmək tələb olunur. Lakin “YouTube” servisinin son yenilənməsi “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən bəzi smartfonlara “HDR” rejimini dəstəkləyən videodan istifadəyə imkan verir.
Qardaşı qızı ilə sevgili olan aparıcı arvadından boşandı
Aparıcı Murad Başoğlu 14 illik həyat yoldaşı Hande Bermekdən boşandı. Tərəflər razılaşma əsasında boşanıb. Handenin vəkilinin sözlərinə görə, cütlüyün uşağının himayəsi anasına verilib.
Polşada unikal meşə massivi
Polşanın şimal-qərbində Qərbi Pomeraniya voyevodalığının ətrafındakı “əyri” və ya “sərxoş” adlandırılan meşə təxminən 400 məşhur şam ağacından ibarətdir. Ağacların bu qədər məşhur olmasının səbəbi isə maraqlı gövdələridir. Belə ki, ağacların gövdələri yerdən təxminən 25 santimetr hündürlükdə şimal istiqamətində 90 dərəcə əyilir, daha sonra isə yenidən düzləşir.
Ən faydalı 50 bitki SİYAHI
“Time” jurnalı tarixin bütün dövrlərində orqanizm üçün ən faydalı olan 50 bitki və qidanın siyahısını dərc edib.
Hind alimləri: Yaqut taun və vəba xəstəliklərindən qoruyur
Əsrlər boyu uğrunda qanlar axıdılan, hökmdarların xəzinələrini bəzəyən qiymətli daşlar həm də müalicəvi xüsusiyyətləri ilə diqqəti cəlb etmişdir. Hələ qədim dövrlərin mütəfəkkirləri İbn Sina, Əbu Reyhan Biruni, Nəsirəddin Tusi, Zəkəriyyə Qəzvini daş-qaşın müalicəvi xassələrindən bəhs edən əsərlər yazmışlar. Zaman keçdikcə xalq təbabətinin biliciləri də daş-qaşlardan müalicə məqsədi ilə istifadə etməyə başlamışlar.
Qırmızı turp şəkərli xəstələr üçün əvəzedilməzdir
Uzun sürən qışdan sonra orqanizm öz qüvvələrini bərpa etməlidir. Yazın başlıca problemi avitaminozdur. Qırmızı turpu qida rasionuna əlavə etməklə bunun öhdəsindən çox asanlıqla gəlmək mümkündür.
Əfqanıstanda intiharçı özünü partlatdı - Yaralılar var
Əfqanıstanın Pərvan əyalətində intiharçı-terrorçu NATO hərbçilərinin yanında özünü partladıb. Məlumata görə, hadisə nəticəsində bir neçə hərbçi, eləcə də dinc sakinlər xəsarət alıb.
Qubada vəzifəli şəxs bıçaqlanıb
Quba rayonunda bıçaqlanma faktı qeydə alınıb. Məlumata görə, Quba Rayon İcra Hakimiyyətinin Memarlıq və inşaat şöbəsinin müdiri Nizaməddin Əmrullayev mübahisə zəminində həmkəndlisi tərəfindən bıçaqlanıb. N. Əmrullayev Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta ağırdır. Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Mehman Əliyevin azadlığa buraxılmasını alqışlayıb
ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Harlem Desir azərbaycanlı jurnalist və media eksperti Mehman Əliyevin həbsdən azad olunmasına dair bəyanat yayıb. ATƏT-in saytının verdiyi məlumata görə, o bu müsbət addımı alqışladığını bildirib və səlahiyyətli şəxsləri Mehman Əliyevin üzərindən bütün ittihamları götürməyə çağırıb: “Media azadlığı ofisi məsələni yaxından izləməyə davam edəcək. Biz media azadlığı və jurnalistlərin təhlükəsizliyinin təmin olunmasında Azərbaycana yardım göstərməyə hazırıq”.
Moskva metropolitenində qatar divara çırpılıb
Moskvada metro stansiyalarının birində qatar divara çırpılıb. Məlumata görə, “Şolkovskaya” stansiyasında qatar vaxtında dayan bilməyib və dalan divarına dəyib.
İlham Mədətov rektor təyin edildi - SƏRƏNCAM
Poyet istefa verdi
"Shanghai Shenhua"nın baş məşqçisi Qustavo Poyet komandanın baş məşqçisi postundan istefa verib. Uruqvaylı mütəxəssis Superliqada ardıcıl 4-cü məğlubiyyətdən sonra bu qərara gəlib.
Azərbaycan-Vyetnam əlaqələrinin inkişafında xidmətləri olan şəxslər təltif edilib
Azərbaycan Prezidenti İlham Əliyev Nghiem Vu Khainin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.














