Gündəm

Daxili orqanında heron keçirmək istədi

12 Sentyabr 2017 10:49

İrandan gələn vətəndaşın daxili orqanında 77,393 qram heroin aşkar olunub. Bu barədə Dövlət Gömrük Komitəsindən “Olaylar”a  verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Nəticədə vətəndaşın daxili orqanında (düz bağırsağında) 2 ədəd bükümdə xalis çəkisi 77,393 qram olan narkotik vasitə - heroin aşkar olunub.Faktla bağlı araşdırma aparılır.

Şəmkir sakini həmyerlisini bıçaqlayıb

12 Sentyabr 2017 10:48

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib. Məlumata görə, hadisə gecə saatlarında rayonun Muxtariyyat kəndində olub. Kənd sakini - 1988-ci il təvəllüdlü Qasımov Elçin Zakir oğlu həmkəndlisi - 1986-cı il təvəllüdlü Hüseynov Emin Mədət oğlu ilə mübahisə edib. Mübahisə davaya çevrilib və E.Qasımov E.Hüseynovu bıçaqlayıb. Yaralı təcili olaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Yevlax-Mingəçevir mənzilində 9,3 dəmir yolu əsaslı təmir olunur 

12 Sentyabr 2017 10:45

Azərbaycan dəmir yollarının əsaslı təmir prosesinin növbəti mərhələsi həyata keçirilir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.“OLAYLAR”- “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, sentyabrın 12-də isə Yevlax-Mingəçevir mənzilində 9,3 km uzunluğunda yolun əsaslı təmirinə start verilib. Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi Şamil Cəfərovun sözlərinə görə, təmir işləri bir həftə davam edəcək.

Ermənilər 134 dəfə atəşkəsi pozub

12 Sentyabr 2017 10:42

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi cəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 134 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndlərində, Berd rayonunun Çinari, Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

“Peyğəmbər” və “Şeyx Sənan” əsərləri fars dilində

12 Sentyabr 2017 10:15

Cənubi Azərbaycanlı tədqiqatçı, şair Əkbər Həmidi Əlyar, şair Nadir Fazil vəNəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu AMEA Hüseyn Cavidin Ev Muzeyinin qonağı olublar. AMEA - dan "Olaylar" - a  bildirilib ki, qonaqlarla görüşdə dahi dramaturq, filosof-şair Hüseyn Cavidin zəngin yaradıcılığı haqqında geniş fikir mübadiləsi aparılıb, ədibin “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər” əsərlərindəki ümumbəşəri ideyalardan danışılıb.

35 FETÖ – çü saxlanıldı – Adana

12 Sentyabr 2017 09:33

Türkiyə təhlükəsizlik qüvvələri Adana şəhərində FETÖ terror qruplaşmasına qrşı növbəti əməliyyat həyata keçirib. “Olaylar” bildirir ki, əməliyyat zamanı təhlükəsizlik qüvvələrinin 35 ByLock istifadəçisi saxlanılıb. Əməliyyatlar öncədən təyin olunmuş ünvanlarda eyni vaxtda başladılıb. 

“Dialoq fəlsəfəsi” adlı kitab çapdan çıxıb

12 Sentyabr 2017 09:28

AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalovun “Dialoq fəlsəfəsi” adlı kitabı işıq üzü görüb. “Avropa” nəşriyyatında çap olunan kitabın elmi redaktoru Bakı Dövlət Universitetinin professoru, fəlsəfə üzrə elmlər doktoru Fərman İsmayılov, rəyçiləri - Fəlsəfə İnstitutunun İslam fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Sakit Hüseynov və fəlsəfə üzrə fəlsəfə doktoru Gündüz Süleymanovdur.

30 000 bilet satıldı

12 Sentyabr 2017 08:26

 "Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma” ilə matçın bilet satışı davam edir. Artıq bu qarşılaşmaya satılan biletlərin sayı 30 000-ə çatıb. Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Səfir “Qarabağ”ı ziyarət etdi 

12 Sentyabr 2017 08:23

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” ilə ilk oyununa çıxacaq “Qarabağ”ı Londonda ziyarət edib. "Stemford Bric"də keçirilən məşqdən əvvəl komandanın rəhbərliyi, məşqçilər və futbolçularla görüşən səfir, seçmə və pley-off mərhələlərindəki yüksək səviyyəli mübarizənin və nəticələrin qrup oyunlarında da nümayiş etdiriləcəyinə inamını ifadə edib: “Fərdi idman növlərindən sonra kollektiv idman növləri də artıq ölkəmizdə sürətlə inkişaf edir. Ölkəmizdə idmanın inkişafı dövlətimizin bütün sahələrdəki inkişafının tərkib hissəsidir. Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqəti bu uğurlar fonunda xüsusi qeyd etmək yerinə düşər. “Qarabağ” komandasının Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması Azərbaycanın futbol tarixində yeni bir səhifədir və biz çox istəyirik ki, digər komandalarımızı da gələcəkdə bu səviyyəli yarışlarda dəstəkləyək. Komandanın adı bizim üçün doğmadır, əzizdir və həssasdır. Məhz buna görə də sizlərin qələbəsi bizə yalnız idman sevinci deyil, sözlə ifadə oluna bilməyən emosiyalar bəxş etdi”.

Çaylar da vəziyyət

12 Sentyabr 2017 08:20

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-110, Kiçik Qafqazın çaylarında 30-90, Lənkəran-Astara bölgəsi çaylarında 10-40 və Naxçıvan MR çaylarında isə 140 faizini təşkil edir. "Olaylar" bildirir ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 60 m3/s olmaqla ongünlük normanın 43 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 121 m3/s olmaqla ongünlük normanın 87 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 10,5 m3/s olmaqla, ongünlük normanın 12 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 31 m3/s təşkil edərək ongünlük normanın 34 faizinə bərabər olub.

Qızı ilə hazırlaşdı, 48 yaşında tələbə oldu

11 Sentyabr 2017 22:22

Quba rayonu Əsparəsti kənd sakini Əfsəl Qazıyev 48 yaşında tələbə adını qazandı. Cari tədris ilinin ən yaşlı abituriyenti hesab olunan Əfsəl Qazıyev, uşaqlıqdan arzusunda olduğu Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinə ekologiya ixtisası üzrə qəbul olub. 1989-cu ildə o vaxtki Quba Sovxoz texnikumunu bitirən kənd sakini daim ali təhsil almaq arzusunda olub. 2 dəfə ali məktəbə qəbul olmaq üçün sənəd versə də, cəhdləri uğursuz olub. Buna baxmayaraq, o, həvəsdən düşmədən çalışıb və illər sonra məqsədinə nail olub. Əfsəl Qazıyev - 48 yaşlı tələbə: “Əsas insanda iradədir. Arzuya, amala çatmaq üçün insan qarşısına məqsəd qoydusa, ona mütləq çatacaq. 25 yaşına çatan oğlan uşağı, qız uşağı fərqi yoxdur. Mən dedim onlara bir yol açaram, məndən cavanlar da ali məktəbə qəbul olarlar”.

“Məni buradan aparın!” - Terrorçuların arvadlarının olduğu düşərgədən

11 Sentyabr 2017 22:10

Rusiyanın “Russia Today” (RT) telekanalının çəkiliş qrupu beynəlxalq təşkilatların vasitəsi ilə İraqda İŞİD döyüşçülərinin arvadlarının olduğu düşərgədə olub. Onların sözlərinə görə, terror təşkilatının əlinə təsadüfən düşdüklərini bildiriblər.

Qasırga milyarderin evini xarabalığa çevirdi

11 Sentyabr 2017 22:07

“Virgin Group” korporasiyasının banisi, Britaniya milyarderi Riçard Brenson Neker adasındakı evinin son durumunun videosunu paylaşıb. Milyarderin evini “İrma” qasırğası dağıdıb. Qeyd edək ki, Atlantik okeanı üzərində yenidən yaranan “İrma” qasırğası son onillik ərzində ən güclü qasırga hesab edilir. 20-dən çox insan təbii fəlakətin qurbanı olub.

"Qapı" oxucularına təqdim olunacaq

11 Sentyabr 2017 21:59

Oktyabrın 1- də, saat saat 15-00- dan 17-00- dək BookZone Kitab Evində yazar Hədiyyə Şəfaqətin bir müddət əvvəl çap edilmiş “Qapı” adlı şeirlər kitabının təqdimat mərasimi keçiriləcək.  "Olaylar" bildirir ki, "Vektor" nəşriyyatında çap olunan kitaba müxtəlif mövzularda 94 şeir daxil edilib. "Qapı" illərdən bəri ədəbi mühitdə tanınan şairin ilk kitabıdır.  Müəllifin özünün də iştirak edəcəyi təqdimatda oxucular həm də əldə etdikləri kitabları imzalatdıra biləcəklər.  Bütün kitabsevərlər təqdimata dəvətlidir. 

Yaponiyada özü hərəkət edən əlil arabası hazırlanıb

11 Sentyabr 2017 20:00

Yaponiyada əlil arabasında əyləşmiş insanı müstəqil şəkildə təyinat nöqtəsinə çatdırmaq mümkün olacaq. Maraqlıdır ki, belə əlil arabaları öz sahibinin danışığını tanıyır, buna görə səsin köməyi ilə lazımi marşrutu təyin etmək və zərurət olduqda düzəliş etmək olar.