Gündəm

ABŞ-ın dövlət borcu rekord həddə çatıb

12 Sentyabr 2017 11:44

ABŞ-ın dövlət borcunun həcmi 20 trln. dollar həddini keçib. Bu barədə məlumatı "Washington Examiner" qəzeti yayıb. Qəzet ABŞ Maliyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, ABŞ-ın dövlət borcu hazırda 20,162 trln. dollar təşkil edir. Qeyd edək ki, sentyabrın 8-də ABŞ Prezidenti Donald Tramp dövlət borcunun müvəqqəti olaraq məhdudiyyətsiz artırılmasına dair qanun imzalayıb.

Günəşdə GÜCLÜ PARTLAYIŞ: Zəlzələ dalğaları yayıldı

12 Sentyabr 2017 11:42

Rusiya Elmlər Akademiyası Fizika Universitetindən verilən məlumata görə, dünən Günəşdə böyük partlayış meydana gəlib. Bu, yaxın zamanda Günəşdə rast gəlinən 4-cü ən böyük partlayış olub. Təbii hadisə radiyasiya qüvvəsi ilə əlaqədar olaraq sinifləndirilmədə ən yüksək şkala olan X səviyyəsində olub. Günəşdə olan əvvəlki partlayışlar keçən həftənin bazar ertəsi günü təsbit edilib və elm adamları bu partlayışların M səviyyəsində olduğunu bildirib.

Lapşinin ekstradisiyası və əfv edilməsi...

12 Sentyabr 2017 11:38

Məlum olduğu kimi Prezident İlham Əliyevin sərəncamı ilə 1976-cı ildə anadan olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail Dövlətinin vətəndaşı Lapşin Aleksandr Valeryeviç afv edilib. Azərbaycan prezidentinin Aleksandr Lapşinin əfv edilməsi haqqında sərəncamı beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanıb. Maraqlıdır, A.Lapşinin Azərbaycana ekstradisiyası, sonradan isə onun əfv edilməsinin hansı siyasi və humanitar əhəmiyyəti ola bilər?  Əvvala xatırladaq ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu.

25 İŞİD üzvü həbs edildi

12 Sentyabr 2017 11:34

İstanbul Terrorla Mübarizə İdarəsi İŞİD terror qruplaşmasına qarşı əməliyyat həyata keçirib. “Olaylar” bildirir ki, 3 ünvanda həyata keçirilən əməliyyat zamanı 3 məsul şəxslə birlikdə 25 nəfər saxlanılıb. Ünvanlara edilən əməliyyatlar nəticəsində çox saylı təşkilati sənədlər və rəqəmsal material ələ keçirilib.

İranda dəhşətli qəza: 11 ölü, 28 yaralı

12 Sentyabr 2017 11:32

İranda şəhərlərarası sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 11 nəfər ölüb, 28 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hadisə sentyabrın 12-si, saat 02:30 radələrində Cacirud şəhəri yaxınlığında baş verib. Kərəcdən Mazandaran əyalətinin Sari şəhərinə yola çıxan avtobus naməlum səbəblər üzündən Cacirud körpüsünə 1 kilometr qalmış yoldan çıxaraq 50 metrlik dərinliyi olan dərəyə yuvarlanıb.

QRU zabitindən şok:  Tezliklə savaşa başlayacağıq

12 Sentyabr 2017 11:23

Bir azdan bizim Müqəddəs Rusiya adlanan vətənimiz ciddi müharibə ilə üz-üzə qalacaq. Bunu Minskdəki monastırlardan birində çıxışı zamanı Rusiya Baş Kəşfiyyat İdarəsinin ehtiyatda olan polkovnik-leytenantı Anton Manşin söyləyib. “Bizim kişilərə bu informasiya çox gərəkli olacaq. Mən əminəm ki, onlar bu savaşda iştirak edəcəklər. Dünya terrorizmi mövcud deyil. KİV-lərin yaydığı bu mifə inanmayın. Terrorizmi amerikalılar və britaniyalılar uydurublar ki, Üçüncü Dünya müharibəsini başladıb, Rusiyanı məhv etsinlər”, – deyə o bildirib.

Hokinqdən SOS:  Yerin sonu çatır, Ay və Marsa…

12 Sentyabr 2017 11:21

İnsanlıq 30 ildən sonra Yeri tərk etməyə başlamalıdır. Bunu Norveçdə keçirilən “Starmuss” festivalında çıxışı zamanı britaniyalı astrofizik Stiven Hokinq söyləyib. Onun sözlərinə görə, əgər insanlar Yeri tərk etməsələr, o zaman iqlim dəyişikliyi və əhalinin çoxluğundan məhv olacaqlar. Hokinq insanları təcili olaraq Mars və Ayda koloniyalar yaratmağa, eləcə də müxtəlif canlıların bura daşınması prosesini başlatmağa çağırıb: “İnsanlığın məhvi sadəcə an məsələsidir. Təhdidlər həddən artıq ciddidir və çoxdur. İnsanların Yeri tərk etməsi gərəkdiyinə inanıram. Yer bizim üçün artıq çox darlaşır, resurslarımız isə çox böyük templə tükənir.

Yerə iki nəhəng asteroid yaxınlaşır

12 Sentyabr 2017 11:20

Yerə doğru yüksək sürətlə Apollon sinfinin iki nəhəng asteroidi hərəkət edir.  Hər iki göy cismi planetimiz üçün təhlükəli hesab olunur. Məlumata görə, birinci asteroid sentyabrın 14-də Yerə təhlükəli yarada biləcək qədər yaxın məsafədən keçəcək. Bu kosmik obyektin diametri 1600 metr, sürəti isə saatda 77 min kilometr təşkil edir.

Ukrayna növbəti məxməri inqilab astanasında

12 Sentyabr 2017 11:17

İlqar Altay: “Timoşenko kimi çevik və təcrübəli siyasətçi Saakaşvilini dəstəkləyirsə, demək ikincinin hakimiyyətə gəlmək şansı az deyil”  Ukrayna özünün növbəti siyasi təlatüm dövrünü yaşayır. Hər şey sabioq Gürcüstan prezidenti, Ukraynanın Odessa vilayətiunin qubernatoru Mixael Saakaşvilinin Ykrayna vətəndaşlığından məhrum edilməsindən sonra başladı. Hüquqi prosedur baxımdan o qədər də doğru olmayan bu qərarı verərkən Ukrayna prezidenti Poroşenko bəlkə də, verdiyi qərarın ona ciddi problemlər yaradacağını gözləmirdi. Ancaq çox keçmədən Poroşenko bu sürprizlə qarşılaşdı. Belə ki, ötən gün Mixael Saakaşvili tərəfdarları ilə Ukrayna sərhəddini keçərək ölkə ərazisinə daxil oldu. Hazırda Ukraynanın siyasi arenasında baş verənləri təhlil edən analitiklər hesab edirlər ki, bu ölkə növbəti məxməri inqilab astanasındadır.

Günel Səfərova: "ATƏT yalnız Şərqə baxır, Qərbi görmür" 

12 Sentyabr 2017 11:14

"Gənc Vətəndaş" Maarifləndirmə İctimai Birlyinin icraçı direktoru Günel Səfərova ATƏT-in Varşavada keçirilən İnsan hüquq və azadlıqlarına həsr olunan toplantısında çıxış edib. “OLAYLAR”-ın xəbərinə görə, Günel Səfərova çıxışında erməni təxribatının qurbanı olmuş 2 yaşlı Zəhranın ölümündən danışıb, eləcə də ATƏT-in ikili yanaşmasını tənqid edib: “Tədbirdə məndən əvvəl çıxış edənlər söz azadlığının fundamental insan hüququ olduğunu vurğuladılar və müstəqil mass media haqqında kifayət qədər danışıldı. Azərbaycana qarşı saxta məlumatlar istusna olmaqla deyilən fikirlərin bir çoxu ilə razıyam. Qeyd etmək istəyirəm ki, Azərbaycanın ərazisi olan Qarabağa ATƏT-ə üzv ölkələrdən 120 jurnalist qanunsuz səfər edib.

Azərbaycan üçün daha geniş manevr imkanları açılır

12 Sentyabr 2017 11:11

İstəyimizdən asılı olub-olmayaraq regionda hərbi hərəkətlilik artır. Özü də bu hərəkətlilik hər ötən gün yeni bir mərhələyə, fazaya qədəm qoyur. Regiondakı hərbi hərəkətliliyin artmasında başlıca faktor rolunu təkcə region ölkələri oynamır. Eyni zamanda Cənubi Qafqaza marağı olan, burada öz mövqelərini mökləmləndirməyə çalışan supergüclər də regiondakı hərbi hərəkətliliyin artmasında müstəsna rol oynayır. NATO-nun Gürcüstanda hərbi təlimlər keçirməsini özü üçün birbaşa təhdid hesab edən, eyni zamanda regiona nəzarəti itirmək təhlükəsi ilə yaşayan Rusiyanın Ermənistanla hava hücumundan müdafiə qoşunları yaratması da Qafqazda hərbi hərəkətliliyin artmasına gətirib çıxaran amillərdəndir. Paralel olaraq bütün bunların fonunda Azərbaycan da qeyd edilən istiqamətlərdə müvafiq addımlar atmaqdadır. Elə bu günlərdə Azərbaycanın müdafiə naziri Zakir Həsənovun İsrailə səfər etməsi fonunda bunu aydın görmək mümkündür.

Azərbaycana qənim kəsilənlər

12 Sentyabr 2017 11:09

Birinci Qarabağ müharibəsi zamanında ermənilərin işğal etdikləri ərazilərimizdə basdırmış olduğu minalar nə qədər təhlükəli və qorxuludursa, hazırda Avropada siyasi mühacir həyatı yaşayan “soydaşlarımız” da o dərəcədə təhlükəli və qorxuludur desək yanılmarıq.  Əgər Qarabağda basdırılmış minalar Azərbaycan vətəndaşını hədəfləyib, onun məhvinə yönəlibsə, Avropadakı azərbaycanlı mühacirlərdən ibarət  “minalar” isə birbaşa dövlətçiliyi, milli mənafeləri, xalqı hədəf seçib. Amma ümumilikdə götürəndə isə hər ikisi eyni marağa, Ermənistan dövləti və erməni lobbisinin maraqlarına xidmət edir ki, onun da mahiyyəti, məqsədi Azərbaycan dövlətçiliyinə zərbə vurmaq,  nüfuzuna xələl gətirməkdir.

“jAzzeri Muğam Bands” - Yerli caz ifaçılarının konserti

12 Sentyabr 2017 11:05

Oktyabrın 26-da Heydər Əliyev Sarayında tanınmış yerli caz ifaçılarının konsert proqramı keçiriləcək. Saraydan “Olaylar” – a bildirilib ki, “jAzzeri Muğam Bands” caz musiqisi axşamında Əməkdar İncəsənət Xadimi Cəmil Əmirov və “Savab” caz qrupu, Əməkdar artist Mircavad Cəfərov və “Cəngi” estrada folklor qrupu, Əməkdar artist Rəşad Haşımov və “Rast” qrupu, çoxsaylı müsabiqələrin laureatları, ifaçılar Arslan Növrəsli (tar), Şəhriyar İmanov (tar), Elvin Bəşirov quartet, Nicat Aslanov quartet və Afşin Əlizadə quartet iştirak edəcəklər.

Nazirlik reyd keçirdi – Bələdiyyə sədri cərimələndi

12 Sentyabr 2017 10:55

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən nəzarət etdikləri inzibati ərazilərdə (Cəlilabad, Masallı, Lənkəran, Lerik, Astara) ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib. “Olaylar” bildiriri ki, reyd zamanı Cəlilabad rayonu Seyidbazar bələdiyyəsi ərazisində məişət tullantılarının mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmadığı təsbit edilib. Vaxtı-vaxtında tullantıların daşınmadığı və bununla bağlı verilmiş icrası məcburi olan müddətli “məcburi göstəriş”in tələblərinin yerinə yetirilmədiyi üçün məsul şəxslər cəzalandırılıb.

Xətaidə yaşayış binası yanıb

12 Sentyabr 2017 10:51

Xətai rayonunda yaşayış binası yanıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) “Olaylar”a verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonunda 27 mənzildən ibarət, hər mərtəbəsi 400 m2 olan, ikimərtəbəli qamışdan ibarət yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 70 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m2 sahədə, ümumi sahəsi 70 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 5 m2 sahədə, 2-ci mərtəbədə ümumi sahəsi 70 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m2 sahədə və ümumi sahəsi 70 m2 olan digər 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m2 sahədə yanıb.Yanğın saat 05:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.