Lapşinin ekstradisiyası və əfv edilməsi...

Məlum olduğu kimi Prezident İlham Əliyevin sərəncamı ilə 1976-cı ildə anadan olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail Dövlətinin vətəndaşı Lapşin Aleksandr Valeryeviç afv edilib. Azərbaycan prezidentinin Aleksandr Lapşinin əfv edilməsi haqqında sərəncamı beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanıb. Maraqlıdır, A.Lapşinin Azərbaycana ekstradisiyası, sonradan isə onun əfv edilməsinin hansı siyasi və humanitar əhəmiyyəti ola bilər?  Əvvala xatırladaq ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu.

Azərbaycanın gücünün nümayişi və humanizmin təntənəsidir

Məlum olduğu kimi Prezident İlham Əliyevin sərəncamı ilə 1976-cı ildə anadan olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail Dövlətinin vətəndaşı Lapşin Aleksandr Valeryeviç afv edilib. Azərbaycan prezidentinin Aleksandr Lapşinin əfv edilməsi haqqında sərəncamı beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanıb. Maraqlıdır, A.Lapşinin Azərbaycana ekstradisiyası, sonradan isə onun əfv edilməsinin hansı siyasi və humanitar əhəmiyyəti ola bilər?

Əvvala xatırladaq ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu. O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus "http//puerrtto.livejournal.com" səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib. Elə bu səbədən də  Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar, A.Lapşinin adını "arzuolunmaz şəxslər" siyahısına daxil etmişdi. Nəhayət Azərbaycana ekstradisiya edilmiş A.Lapşin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilimişdi.

Xatırladaq ki, Azərbaycan hökuməri A.Lapşini ölkəyə gətirməklə daha bir diplomatik uğura imza atdı. Belə ki, rəsmi Bakının israrı, Minskinin qətiyyəti  Azərbaycan ətrafında hörülmüş həlqələri darmadağın etdi. Ermənipərəst qüvvələrin, eləcə də erməni diasporasının ciddi təkidinə baxmayaraq Rusiya və İsarail vətəndaşı olan bloger Aleksandr Lapşinin ekstradisiyasına qərar verildi. Belarusun baş prokurorunun müavini Aleksey Stukun A.Lapşinin Bakıya ekstradisiyası haqda imzaladığı qərar bunun əksini gözləyənlər üçün şok effekti yaratdı. Daha doğrusu, ekstradisiya qərarı Lapşini nümayişkanə dəstəkləyən anti-zərbaycan qüvvələrini məyus etdi. Nəhayət fevralın 7-də Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş, Belarusda saxlanılan bloqer Aleksandr Lapşin Bakıya gətirildi. Bununla  Azərbaycan öz israrı ilə nümayiş etdirdi ki, ölkənin təhlükəsizliyi, dövlət sərhədinin mühafizəsi kimi ümumdövlət prinsiplərində diplomatik uğur qazanmaq imkanına malikdir. Və heç bir xarici şirkət, yaxud əcnəbi vətəndaş onun sərhəd rejimini pozmaq iqtidarında deyil. Bu, həm də birbaşa dünyaya bir mesaj idi ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və heç bir xarici ölkənin vətəndaşı bu dövlətin icazəsi olmadan onun ərazisinə daxil ola bilməz. Azərbaycanın bu uğuru həm də Qarabağdakı separatçı rejimə, onların havadarlarına, eləcə də işğalçı Ermənistana növbəti tutarlı mesajdır. Lapşinin Azərbaycana ekstradisiyası erməni ideoloqlarının uzun illərdən bəri apardıqları anti-Azərbaycan təbliğatının, Dağlıq Qarabağın guya ermənilərə məxsus olması barədə uydurmalarının üstündən birdəfələk qırmızı xətt çəkmiş oldu. 

Lapşinin həbsdə olduğu müddətdə o da məlum oldu ki, onun ölkəmizə  ekstradisiyası İsrail-Azərbaycan və Rusiya-Azərbaycan münasibətlərinə qətiyyən xələl gətirə bilməz. Çünki, inandırıcı deyil ki, hansısa bir blogerə görə, iki ölkə arasında illərlə formalaşmış diplomatik əlaqələr, siysi-iqtisadi əməkdaşlıq, nəhayət strateji müttəfiqlik telləri qırılsın. Rusiya da, İsrail də  çox yaxşı başa düşür ki, Azərbaycan  Respublikası dövlət sərhədinin mühafizəsini, dövlətin milli təhlükəsizliyin təmin etməkdə haqlıdır. Üstəlik Azərbaycan qanunvericiliyinə görə, heç bir xarici vətəndaş ölkəyə gəlmək hüququndan məhrum edilmir. O şərtlə ki, əcnəbilər Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçməklə ölkəyə gələ bilər. Yəhudi blogger  isə Azərbaycan dövlətinə qarşı çağırışlarda, işğal altındakı ərazilərə qanunsuz səfər edərək, sərhəd rejimini pozmaqda və separatçı rejimi təbliğ etməkdə ittiham olunur. Belə halda, Azərbaycandan incimək, ondan qanunsuz nəsə tələb etmək isə dövlətlərarası münasibətə kölgə sala bilərdi. Həm də Azərbaycanla hər iki ölkə arasında vacib əməkdaşlıq prespektivləri var ki, bu imkanlara adi bir bloger ekstradisiyasına görə xələl gətirmək sadəlövlük olardı. Təsadüfi deyil ki, İsrail Xarici İşlər Nazirliyi Azərbaycan hakimiyyətinin bloqer Aleksandr Lapşinin əfv edilməsi ilə bağlı qərarını alqışlayıb. Bunu İsrail XİN-in mətbuat katibi Emmanuel Nahşon bildirib: "İsrail XİN Azərbaycan Prezidentinin Lapşini əfv etməsindən məmnundur. Biz onu tezliklə İsraildə görməyimizə şad olacağıq və onun qayıdışını təmin edəcəyik". O, xatırladıb ki, israilli diplomatlar bloqerə həbsdə olduğu dövrdə dəstək göstəriblər.

İndi isə A.Lapşinin əfv olunması ilə Azərbaycan dünya ictimaiyyətinə göstərdi ki, müstəqil dövlət olaraq öz ərazilərinə nəzarət etmək iqtidarındadır, üstəlik uğurli xarici siyasət yürüdür. Ekstradisiya prosesinin baş tutması isə Azərbaycan dövlətinin gücünü göstərməklə yanaşı, qanunun qüvvəsinin təntənəsi anlamına gəlməlidir. Yəni, Azərbaycan üzərinə götürdüyü beynəlxalq öhdəlikləri layiqincə yerinə yetirməklə bərabər, ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətləri davam etdirməkdə israrlıdır. Lapşinin Azərbaycana gətirilməsi eyni zamanda, Dağlıq Qarabağa Azərbaycandan icazə almadan gedənlərə bir dərs, bir təpki oldu ki, işğal altında olan ərazilərə yalnız ölkəmizin razılığı ilə səfər etmək mümkündür. Paralel olaraq, əfv qərarı Lapşinin vətəndaşı olduğu İsraillə Azərbaycan arasındakı  münasibətləri daha da inkişaf etdirəcək, qarşılıqlı əməkdaşlıq məsələlərini gündəmə gətirəcək. Bundan başqa, Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş bloqer Aleksandr Lapşinin əfv edilməsi həm də Ermənistan və ermənipərəst qüvvələr üçün bir mesajdır. Yəni, əcnəbi vətəndaşları Azərbaycanın bu addımdan ciddi nəticə çıxarmalıdırlar. Nəhayət dərk etməlidirlər ki, Azərbaycan Respublikasının qanunu, beynəlxalq təşkilatların qəbul etdiyi sənədləri pozaraq icazəsiz olaraq Azərbaycan dəvlətinin ərazisinə daxil olmaq qeyri-mümkündür.  Lapşinin Azərbaycana gətirilməsi ilk örnəkdir və bununla demək istəyir ki,  Azərbaycan dövləti bu qanunsuzluğa son qoymağa qadirdir. Nəhayət, Lapşinin əfv olunması Azərbaycan dövləri, onun prezidenti İlham Əliyevin humanizm carçısı olduğunun bariz nümunəsidir. Prezident bununla dünya ictimaiyyətinə nümayiş etdirdi ki, Azərbaycan dövlətinin mahiyyətində həm də humanizm prinsipi əsas elementlərdən hesab edilir.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31