Azərbaycan üçün daha geniş manevr imkanları açılır
İstəyimizdən asılı olub-olmayaraq regionda hərbi hərəkətlilik artır. Özü də bu hərəkətlilik hər ötən gün yeni bir mərhələyə, fazaya qədəm qoyur. Regiondakı hərbi hərəkətliliyin artmasında başlıca faktor rolunu təkcə region ölkələri oynamır. Eyni zamanda Cənubi Qafqaza marağı olan, burada öz mövqelərini mökləmləndirməyə çalışan supergüclər də regiondakı hərbi hərəkətliliyin artmasında müstəsna rol oynayır. NATO-nun Gürcüstanda hərbi təlimlər keçirməsini özü üçün birbaşa təhdid hesab edən, eyni zamanda regiona nəzarəti itirmək təhlükəsi ilə yaşayan Rusiyanın Ermənistanla hava hücumundan müdafiə qoşunları yaratması da Qafqazda hərbi hərəkətliliyin artmasına gətirib çıxaran amillərdəndir. Paralel olaraq bütün bunların fonunda Azərbaycan da qeyd edilən istiqamətlərdə müvafiq addımlar atmaqdadır. Elə bu günlərdə Azərbaycanın müdafiə naziri Zakir Həsənovun İsrailə səfər etməsi fonunda bunu aydın görmək mümkündür.
12 Sentyabr 2017 11:11 Sosialİstəyimizdən asılı olub-olmayaraq regionda hərbi hərəkətlilik artır. Özü də bu hərəkətlilik hər ötən gün yeni bir mərhələyə, fazaya qədəm qoyur. Regiondakı hərbi hərəkətliliyin artmasında başlıca faktor rolunu təkcə region ölkələri oynamır. Eyni zamanda Cənubi Qafqaza marağı olan, burada öz mövqelərini mökləmləndirməyə çalışan supergüclər də regiondakı hərbi hərəkətliliyin artmasında müstəsna rol oynayır. NATO-nun Gürcüstanda hərbi təlimlər keçirməsini özü üçün birbaşa təhdid hesab edən, eyni zamanda regiona nəzarəti itirmək təhlükəsi ilə yaşayan Rusiyanın Ermənistanla hava hücumundan müdafiə qoşunları yaratması da Qafqazda hərbi hərəkətliliyin artmasına gətirib çıxaran amillərdəndir. Paralel olaraq bütün bunların fonunda Azərbaycan da qeyd edilən istiqamətlərdə müvafiq addımlar atmaqdadır. Elə bu günlərdə Azərbaycanın müdafiə naziri Zakir Həsənovun İsrailə səfər etməsi fonunda bunu aydın görmək mümkündür.
Baş verən proseslərin fonunda otada olan real mənzərə ondan ibarətdir ki. Cənubi Qafqazda marağı olan supergüclər üçün Azərbaycanın regiondakı siyasi çəkisi, nüfuzu xüsusi olaraq cəlbedicidir. Hər halda son illərdə Bakıda yüksək səviyyəli hərbi görüşlər və məsləhətləşmələrin keçirilməsi belə deməyə əsas verir. Elə bu günlərdə Bakıda NATO və Rusiya rəsmilərinin bir araya gəlməsi də bunlardan biri idi. Məlumat üçün qeyd edək ki, bir neçə gün əvvəl NATO və Rusiya generalları Bakıda bir araya gəldi. Bu o demək idi ki, Bakı daha bir mötəbər tədbirə ev sahibliyi etdi. Tədbirin önəmini artıran əsas faktorlardan biri də Prezident İlham Əliyevin hər iki generalı qəbul edərək müəyyən məsələlər ətrafında fikir mübadiləsi aparması oldu. Siyasi analitik Cəbrail Fərzəliyevin sözlərinə görə, NATO-Rusiya münasibətləri son vaxtlar demək olar ki, deqradasiya dönəmini yaşayırdı. Cəbrayıl Fərzəliyev deyib ki, buna da bəlli səbəb kimi NATO-nun Rusiyanın sərhədlərinə yaxınlaşması və Rusiyanın baltikaynı ölkələrdə hərbi kontingentlərini yerləşdirməsini misal göstərmək olar: "Rusiya xarici işlər naziri Sergey Lavrovun da bu məsələ ilə bağlı son bəyənatı münasibətlərin heç də ürəkaçan səviyyədə olmadığının bariz nümunəsidir.
Generalların Bakıda baş tutan görüşünün əsas özəlliklərindən biri də məhz Rusiya-NATO əlaqələrinin dondurulmasından bəri ilk dəfə baş tutması idi. Məlumat üçün qeyd edək ki, bundan əvvəl Rusiya və Birləşmiş Ştatların Baş Qərargah rəisləri Bakıda görüşmüşdülər. İndi isə NATO və Rusiya generalları Bakıda görüşür. Niyə məhz Bakı?". Siyasi təhlilçi qeyd edib ki, Birləşmiş Ştatlar, eləcə də NATO və Rusiya generallarının Bakıda görüşmələrinin əsas səbəbləri Azərbaycan prezidentinin beynəlxalq nüfuzu, beynəlxalq hüququn prinsip və təhlükəsizlik mexanizmlərinin qorunmasının tərəfdarı kimi çıxış etməsi və bu müstəvidə mütəmadi olaraq çox önəmli mesajlar verməsidir: "Həmçinin bu görüşün Bakıda keçirilməsini şərtləndirən başlıca amillərdən biri də ölkəmizin hərbi bloklara qoşulmaması, ayrı-ayrı güc mərkəzlərinə münasibətdə öz neytrallığını qoruyub saxlaması, etibarlı tərəfdaş olması, ölkəmizdəki təhlükəsizlik və sabitlik amilidir. Artıq "nə üçün Bakı" sualına heç kim cavab axtarmır. Çünki Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmaq üçün çox çətin mərhələlərdən, kataklizmlərdən keçib. Regional miqyaslı təsirlərdən dünya miqyaslı, kütləvi tədbirlərin təşkilinədək çox önəmli mərhələləri uğurla adlayıb. Bakı bütün kriteriyalarına görə dünyanın iki nəhəng güc mərkəzinin hərbi rəhbərlərinin bir araya gəlməsi, nəinki konkret regionun, bütövlükdə dünyanın problemlərinin müzakirə edilməsi üçün əlverişli, təhlükəsiz dialoq platformasına çevrilib". Cəbrayıl Fərzəliyev onu da bildirib ki, görüşün Azərbaycan üçün bir neçə siyasi əhəmiyyəti var: "Görüşün Azərbaycan üçün siyasi əhəmiyyəti növbəti dəfə ölkəmizin beynəlxalq münasibətlər sistemindəki önəmli rolunun dünyanın iki əsas güc mərkəzi tərəfindən qəbul olunması və bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması ilə bağlıdır. Görüş NATO üzvü olan ölkələr və Rusiya, bütövlükdə dünya üçün də mühüm hərbi və siyasi əhəmiyyət kəsb edir. Çünki bu görüşdə müzakirə olunan məsələlər bəşəriyyəti narahat edən məsələlərdir.
Hesab etmək olar ki, bu görşlə Azərbaycanın bir növ, "Şərqin İsveçrəsi" statusu bir qədər də möhkəmlənmiş oldu. Bu status sübhəsiz ki, əsas problemimiz olan Dağlıq Qarabağ məsələsinin həllində bizə Ermənistan qarşısında əlavə psixoloji üstünlüklər yaradacaq. Generalların ikinci Bakı zirvəsi Qarabağ problemi ilə bağlı Bakıya daha geniş manevr imkanları aça bilər".
Məhəmməd