Azərbaycana qənim kəsilənlər

Birinci Qarabağ müharibəsi zamanında ermənilərin işğal etdikləri ərazilərimizdə basdırmış olduğu minalar nə qədər təhlükəli və qorxuludursa, hazırda Avropada siyasi mühacir həyatı yaşayan “soydaşlarımız” da o dərəcədə təhlükəli və qorxuludur desək yanılmarıq.  Əgər Qarabağda basdırılmış minalar Azərbaycan vətəndaşını hədəfləyib, onun məhvinə yönəlibsə, Avropadakı azərbaycanlı mühacirlərdən ibarət  “minalar” isə birbaşa dövlətçiliyi, milli mənafeləri, xalqı hədəf seçib. Amma ümumilikdə götürəndə isə hər ikisi eyni marağa, Ermənistan dövləti və erməni lobbisinin maraqlarına xidmət edir ki, onun da mahiyyəti, məqsədi Azərbaycan dövlətçiliyinə zərbə vurmaq,  nüfuzuna xələl gətirməkdir.

"Alman markasını" soyad kimi götürən milli xəyanətkarlar

Birinci Qarabağ müharibəsi zamanında ermənilərin işğal etdikləri ərazilərimizdə basdırmış olduğu minalar nə qədər təhlükəli və qorxuludursa, hazırda Avropada siyasi mühacir həyatı yaşayan "soydaşlarımız" da o dərəcədə təhlükəli və qorxuludur desək yanılmarıq.  Əgər Qarabağda basdırılmış minalar Azərbaycan vətəndaşını hədəfləyib, onun məhvinə yönəlibsə, Avropadakı azərbaycanlı mühacirlərdən ibarət  "minalar" isə birbaşa dövlətçiliyi, milli mənafeləri, xalqı hədəf seçib. Amma ümumilikdə götürəndə isə hər ikisi eyni marağa, Ermənistan dövləti və erməni lobbisinin maraqlarına xidmət edir ki, onun da mahiyyəti, məqsədi Azərbaycan dövlətçiliyinə zərbə vurmaq,  nüfuzuna xələl gətirməkdir.

Son aylar müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, Avropadakı "azərbaycanlılardan" ibarət həmin "minalar" artıq partlama mərhələsinə gətirilib və bir neçəsi artıq patladılıb da.  Zamanında radikal müxalifət partiyalarının liderləri, xüsusilə də Əli Kərimli tərəfindən Avropanın müxtəlif ölkələrinə yerləşdirilən həmin emissarlara artıq müvafiq təlimat, tapşırıq, daha dəqiq desək hücum əmri verilib. Özü də bu hücum birbaşa Azərbaycan dövlətçiliyinədir.  Proses isə kifayət qədər sadə və radikallara xas olan üslubda həyata keçirilir. Belə ki, Avropaya mühacirətə gedən radikal düşərgə təmsilçiləri Bakıdakı "liderlərindən" aldıqları təlimat əsasında facebook sosial şəbəkəsindəki fəaliyyətlərini daha da aktivləşdirirlər.  Əgər Azərbaycanda olarkən həmin facebook qəhrəmanları sosial şəbəkənin imkanlarından daha çox öz müttəfiqlərini gözdən salmaq, onu sıradan çıxarmaq məqsədilə yararlanırdılarsa, Avropada isə fəaliyyət Azərbaycanı gözdən salmaq, onun nüfuzuna xələl gətirmək üzərində qurulub.

Hər halda Avropada siyasi mühacir həyatı yaşayan "soydaşlarımızın" facebook profillərinə, digər sosial şəbəkələrdəki fəaliyyətlərinə, internet üzərindən yaydıqları videomüraciətlərə nəzər yetirdikdə bunu aydın şəkildə müşahidə edirik. Diqqət yetirsək görərik ki, həmin faceboook qəhrəmanlarının özləri də sanki müxtəlif sahələr üzrə "ixtisaslaşıblar". Daha dəqiq desək onlara verilən təlimatlar əsasında "siyasi mühacirlərin" bəziləri Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyəti öz kafasına görə "təhlil" edərək ölkədə siyasi plüralizmin təmin edilmədiyini, azadlıqların məhdudlaşdırıldığını iddia edir, bir digər qismi isə Azərbaycanda işgüzar mühitin mövcud olmadığı, iş adamlarının təzyiqlərə məruz qaldığı rəyi formalaşdırmağa çalışır.

Hazırda Almaniyda yaşayan və özünü araşdırmaçı jurnalist kimi təqdim edən Mehri Nəsibovanın faliyyəti də məhz bu tendensiya üzərində köklənib. Mehri Nəsibova aldığı təlimata əsasən Almaniyada sosial şəbəkə üzərindən fəaliyyətini ölkəmizdə siyasi azadlıqların qorunmadığı, insanların siyasi baxışlarına görə təqib edildiyi iddiası üzərində qurub. Müntəzəm olaraq bununla bağlı videomüraciətlər yayan Mehri Nəsibova müxtəlif cinayət əməli törədərək həbs olunan şəxsləri siyasi məhbus kimi qələmə verir, hakimiyyətə qarşı çağırışlar edərək xalqın iqtidar əleyhinə ayaqlanmasını təklif edir. Yəni açıq-aşkar ölkədə xaos, hərcmərclik yaradılmasını arzulayır, inanları buna təhrik edir. Özünü jurnalist kimi təqdim edən xanım Nəsibova jurnalistin siyasi tərəf tutmaması, müstəqil fəaliyət göstərməsi prinsipini unutmaqla yanaşı, söz və mətbuat azadlığının təmin edilmədiyini iddia etdiyi halda, bu prinsiplərdən geninə-boluna yararlanaraq dövlətçilik əleyhinə fəaliyyət göstərir. Eyni zamanda bir araşdırmaçı jurnalist kimi doğrunu, həqiqəti deyil, yalanı, qərəzi təbliğ edir. Mehri Nəsibovanın nə qədər qərəzli və antimilli mövqeyə sahib olması onun videomüraciətlərindən aydın şəkildə görünür. Belə ki, sözügedən xanım jurnalist bu vaxta qədər bir dənə də olsun videomüraciəti və ya yazısını Azəbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsinə həsr etməyib. Yaxud insan hüquq və azadlıqlarından bəhs etdiyi halda, Ermənistan dövləti tərəfindən hüquqları pozulan 1 milyon qaçqın və məcburi köçkünlərimizin, eləcə də erməni girovluğunda saxlanılan kəlbəcərli Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının müdafiəçisi qismində fəallıq göstərməyib.   

Bir müddət əvvəl daha yaxşı yaşam tərzi üçün Almaniyaya üz tutan Azər Kərimovun da "fəaliyyətində" də antiAzərbaycan meyilləri əksini tapır.  Bu şəxs də şəxsi və maddi maraqları milli maraqlardan üstün tutan milli satqınlardandır. Almaniyada bu sahədə tam "ixtisaslaşan" Azər Kərimova əsasən ölkəmizin investisiya mühitini tənqid etmək, onun barədə Avropada mənfi rəy formalaşdırmaq təlimatı verilib. Azər Kərimovun istər facebook fəaliyyəti, istərsə də ictimai-siyasi fəal adı ilə verdiyi açıqlamalardan onun hansı xətti seçdiyi aydın şəkildə görünür.  Azər Kərimov aldığı müvafiq təlimat əsasında müntəzəm olaraq belə bir iddiada bulunur ki, guya Azərbaycanda sahibkarlara qarşı total hücumlar var. Sahibkarlara müəyyən işlər gördürülür, lakin onların  pulunu vermirlər. Sahibkar haqqını tələb edəndə isə, çox ciddi problemlərlə üzləşir.  Azər Kərimov iddia edir ki, Azərbaycanda sahibkar olmaq mümkün deyil.

İndi gəlin real mənzərəyə diqqət yetirək. Başlayaq milli xəyanətkarın son ifadəsindən, Azərbaycanda sahibkar olmaq mümkün deyil iddiasından. Azər Kərimovun dediklərindən belə çıxır ki, Azərbaycanda ümumiyyətlə sahibkar yoxdur.  Adını ictimai-siyasi fəal qoyan Kərimovun belə bir ifadəni hansı siyasi savad və məntiqlə işlətdiyini heç cür anlamaq olmur. Əgər Azər Kərimovun iddia etdiyi kimi Azərbaycanda sahibkar olmaq mümkün deyilsə, o zaman özəl sektorda yaradılan müəssisə və zavodları kimin ayağına yazaq? Yaxud ölkədə minlərlə sahibkarlıq subyekti fəaliyyət göstərir ki, onların da səmərəli faliyyətinin nəticəsi olaraq özəl sektorda yüz minlərlə iş yeri yaradılıb. Əgər Azərbaycanda sahibkar olmaq mümkün deyilsə, o zaman özəl sektordakı iş yerləri məşhur nağıllarda 3 alma kimi göydənmi düşüb ? Yaxud başqa bir iddia sahibkarların incidilməsi, onlara qarşı total hücumların edilməsi ilə bağlıdır ki, bu fikri də yalnız Azərbaycana qarşı düşmən mövqeyində dayanan şəxslər səsləndirə bilər. Çünki ölkəmizdə iş adamlarına, sahibkarlara xüsusi diqqət mövcuddur, onlara müntəzəm olaraq Sahibkarlara Kömək Milli Fondu tərəfindən güzəştli kreditlər ayrılır.  Elə Prezident İlham Əliyev Qax və Lənkəranda keçirdiyi müşavirələrdə də sahibkarlara, fermerlərə bundan sonra da güzəştlərin ediləcəyi, onların diqqətdə saxlanacağını açıq şəkildə vurğuladı. Bütün bunların qarşılığında Azərbaycanda sahibkarlıq fəaliyyətinə problemlər yaradıldığı, onlara qarşı total hücumların olduğunu iddia etmək siyasi riyakarlıqdan başqa bir şey deyil.

Onu da qeyd edək ki, müxtəlif adlar altında Avropaya sığınmış antimilli ünsürlərin oradakı fəaliyyətləri də saxta, yalan üzərində qurulub. Zamanında Azərbaycanda olduqları müddətdə də fəaliyyətlərini məhz bu istiqamətdə qurmuşdular. Necə ki, Ramin Şahverdiyev kimi.  Özünü ictimai-siyasi fəal kimi təqdim edən bu şəxsin nə qədər saxtakar olduğu facebook profilindən aydın şəkildə görünür. Xəmiri yalan, böhtanla yoğrulan Ramin Şahverdiyevin nə qədər milli mənafeləri ayaq altına atan, Azərbaycana qarşı nifrət hissi ilə yaşayan, ən əsası öz mənliyini, kimliyini danan, soykökünə qarşı çıxan biri olduğunu onun öz soyadından imtina etməsindən də aydın görmək mümkündür. Belə ki, Ramin Şahverdiyev Almaniyaya mühacirət etdikdən sonra orada daha yaxşı həyat tərzi qurmaq, almanlar arasında rəğbət qazanmaq, onlara xoş getmək üçün öz soyadından imtina edərək özünü Ramin Deutschkimi təqdim etməyə başlayıb.  Bu şəxsin də Almaniyadakı fəaliyyəti əsasən ölkəmizin investisiya mühiti barədə mənfi rəy formalaşdırmağa hesablanıb və bu istiqamətdə qurulub. Onun mütəmadi olaraq verdiyi açıqlamalar, yazdığı statuslarda birmənalı olaraq iddia edilir ki, Azərbaycanda sahibkarlıq fəaliyyəti üçün münbit şərait yoxdur. Ramin Şahverdiyev də bununla Avropada Azərbaycanın investisiya mühiti barədə mənfi rəy formalaşdırmağa, xarici investorların ölkəmizə olan marağı barədə şübhə yaratmağa çalışır.

Göründüyü kimi, özünü azərbaycanlı hesab edən milli satqınların əsas fəaliyyəti milli maraqlar və dövlətçilik əleyhinə yönəlib  Azərbaycanın nüfuzuna, siyasi çəkisinə zərbə dəyməsindən, xələl gəlməsindən bir növ həzz alan bu kimi şəxslərin əslində azərbaycanlı adı daşımağa mənəvi haqqı yoxdur. Çünki bu kimi şəxslərin dövlətçilik əleyhinə fəaliyyətləri və milli maraqlarımıza vurduğu zərbə ermənilərin Azərbaycana vurduğu zərbə, ziyan qədərdir, o miqyasdadır. Bu tipli insanların davranışları göstərir ki, onlar düşmən kəşfiyyat orqanlarına da işləyə bilər. 

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31