İranda dəhşətli qəza: 11 ölü, 28 yaralı

İranda şəhərlərarası sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 11 nəfər ölüb, 28 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hadisə sentyabrın 12-si, saat 02:30 radələrində Cacirud şəhəri yaxınlığında baş verib. Kərəcdən Mazandaran əyalətinin Sari şəhərinə yola çıxan avtobus naməlum səbəblər üzündən Cacirud körpüsünə 1 kilometr qalmış yoldan çıxaraq 50 metrlik dərinliyi olan dərəyə yuvarlanıb.

İranda şəhərlərarası sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 11 nəfər ölüb, 28 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hadisə sentyabrın 12-si, saat 02:30 radələrində Cacirud şəhəri yaxınlığında baş verib.

Kərəcdən Mazandaran əyalətinin Sari şəhərinə yola çıxan avtobus naməlum səbəblər üzündən Cacirud körpüsünə 1 kilometr qalmış yoldan çıxaraq 50 metrlik dərinliyi olan dərəyə yuvarlanıb.

Hadisə yerinə xilasedicilər cəlb edilib. Yaralılar ətrafdakı xəstəxanalara yerləşdirilib. Onlardan bəzilərinin səhhətinin ağır olduğu bildirilir. Hadisənin səbəbləri araşdırılır. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31