QRU zabitindən şok:  Tezliklə savaşa başlayacağıq

Bir azdan bizim Müqəddəs Rusiya adlanan vətənimiz ciddi müharibə ilə üz-üzə qalacaq. Bunu Minskdəki monastırlardan birində çıxışı zamanı Rusiya Baş Kəşfiyyat İdarəsinin ehtiyatda olan polkovnik-leytenantı Anton Manşin söyləyib. “Bizim kişilərə bu informasiya çox gərəkli olacaq. Mən əminəm ki, onlar bu savaşda iştirak edəcəklər. Dünya terrorizmi mövcud deyil. KİV-lərin yaydığı bu mifə inanmayın. Terrorizmi amerikalılar və britaniyalılar uydurublar ki, Üçüncü Dünya müharibəsini başladıb, Rusiyanı məhv etsinlər”, – deyə o bildirib.

Bir azdan bizim Müqəddəs Rusiya adlanan vətənimiz ciddi müharibə ilə üz-üzə qalacaq.

Bunu Minskdəki monastırlardan birində çıxışı zamanı Rusiya Baş Kəşfiyyat İdarəsinin ehtiyatda olan polkovnik-leytenantı Anton Manşin söyləyib.

"Bizim kişilərə bu informasiya çox gərəkli olacaq. Mən əminəm ki, onlar bu savaşda iştirak edəcəklər. Dünya terrorizmi mövcud deyil. KİV-lərin yaydığı bu mifə inanmayın. Terrorizmi amerikalılar və britaniyalılar uydurublar ki, Üçüncü Dünya müharibəsini başladıb, Rusiyanı məhv etsinlər", - deyə o bildirib.

Qeyd edək ki, Manşin iki çeçen müharibəsində və Donbas savaşında iştirak edib. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31