Azərbaycan-Vyetnam əlaqələrinin inkişafında xidmətləri olan şəxslər təltif edilib
Azərbaycan Prezidenti İlham Əliyev Nghiem Vu Khainin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
11 Sentyabr 2017 18:35 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev Nghiem Vu Khainin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xidmətlərinə görə Nghiem Vu Khai "Tərəqqi" medalı ilə təltif edilsin.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xidmətlərinə görə Nguyen Vu Ha Le də "Tərəqqi" medalı ilə təltif edilib. AZƏRTAC
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31