Əməkdar artist 4 dəfə əməliyyat olundu: "Damarlarım çürüyürdü"

Əməkdar artist Natiq Şirinovun səhhətində problem yaranıb. Nağara ifaçısı və "Natiq" ritm qrupunun rəhbəri bu haqda "ATV maqazin onlarla" verilişində deyib.  O bildirib ki, dörd dəfə əməliyyat olunub: "Xırda damarlarım tutuldu, qaraldı və çürümə getməyə başladı. 4 dəfə əməliyyat olundum.

Əməkdar artist Natiq Şirinovun səhhətində problem yaranıb. Nağara ifaçısı və "Natiq" ritm qrupunun rəhbəri bu haqda "ATV maqazin onlarla" verilişində deyib.  O bildirib ki, dörd dəfə əməliyyat olunub: "Xırda damarlarım tutuldu, qaraldı və çürümə getməyə başladı. 4 dəfə əməliyyat olundum. Çox nağara çalmaqdan olub. Bir dəfə də nağaranın kənarı sümüyə dəydi, damarlar tutuldu. Əməliyyat İranda baş tutdu. Bilirəm ki, canımı verən də, alan da Allahdır. Bilirəm ki, elə bununla da gedəcəm". Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31