Azərbaycan diaspor təşkilatı festivalda təmsil olunub

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası, Derince Azərbaycan Evi Dərnəyi Türkiyənin Bilecik rayonunun Söğüt qəsəbəsində Ərtoğrul Qazini anma və Yörük festivalında iştirak edib. “OLAYLAR”-ın xəbərinə görə, üç gün davam edən festivala Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım, yerli icra orqanlarının rəhbərləri, millət vəkilləri, siyasət, mədəniyyət xadimləri, KİV nümayəndələri və digər qonaqlar qatılıb.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası, Derince Azərbaycan Evi Dərnəyi Türkiyənin Bilecik rayonunun Söğüt qəsəbəsində Ərtoğrul Qazini anma və Yörük festivalında iştirak edib. "OLAYLAR"-ın xəbərinə görə, üç gün davam edən festivala Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım, yerli icra orqanlarının rəhbərləri, millət vəkilləri, siyasət, mədəniyyət xadimləri, KİV nümayəndələri və digər qonaqlar qatılıb.

Festivalın ziyarətçiləri üçün qurulmuş TADEF-in çadırında təşkilatın mətbu orqanı olan "Azərbaycanın Səsi" jurnalı təqdim edilib, federasiyanın fəaliyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı məlumat verilib. Festivalda Derince Azərbaycan Evi Dərnəyinin folklor qrupunun çıxışı da təşkil olunub.

TADEF çadırını ziyarət edən Vali Tahir Büyükakın, Türkiyə Səhiyyə Nazirliyinin Dövlət Xəstəxanaları İdarəsinin rəhbəri Hasan Aydınlık və digər rəsmi şəxslərə təşkilatın fəaliyyəti ilə əlaqədar geniş məlumat verilib. Çadırı ziyarət edənlər arasında Türkiyədə yayımlanan "Diriliş Ertoğrul" və "Fatih" filmlərinin aktyorları da olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31