"Saakaşvilinin Ukrayna sərhədini keçməsi dövlətçiliyə qarşı hücumdur"
Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Ukrayna sərhədini zorla keçməsi dövlətçiliyə qarşı hücumdur. Bunu Ukraynanın Baş naziri Vladimir Qroysman Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, Ukrayna sərhədini zorakılıqla keçməyə çalışan şəxslər məsuliyyətə cəlb olunmalıdır.
11 Sentyabr 2017 15:38 DünyaOdessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Ukrayna sərhədini zorla keçməsi dövlətçiliyə qarşı hücumdur. Bunu Ukraynanın Baş naziri Vladimir Qroysman Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, Ukrayna sərhədini zorakılıqla keçməyə çalışan şəxslər məsuliyyətə cəlb olunmalıdır.
Qeyd edək ki, Ukrayna vətəndaşlığından məhrum edilmiş M.Saakaşvili sentyabrın 10-u Polşadan qatarla Ukraynaya keçməyə çalışıb. Sərhədçilər onun qarşısını almağa çalışarkən o, yaxın adamları ilə birgə səddi yararaq Ukrayna ərazisinə daxil olub. Trend.az