Qazaxıstanda yeni əlifba layihəsi: 17 hərf ixtisar olunur

Qazaxıstan parlamentinə 25 hərfdən ibarət latın qrafikası əsasında yeni əlifba təqdim olunub. Novator.az-ın məlumatına görə, Dilçilik İnstitutunun direktoru Erden Kajıbek sentyabrın 11-də belə açıqlama verib.

Qazaxıstan parlamentinə 25 hərfdən ibarət latın qrafikası əsasında yeni əlifba təqdim olunub. Novator.az-ın məlumatına görə, Dilçilik İnstitutunun direktoru Erden Kajıbek sentyabrın 11-də belə açıqlama verib.

Qazaxıstan hazırda 42 hərflik kiril əlifbasından istifadə edir. Bu ilin aprelində prezident Nursultan Nazarbayev 2017-ci ilin sonunadək latın qrafikası əsasında əlifba hazırlanmasını təklif edib. O bildirib ki, latın qrafikasına keçidi müasir texnologiya, mühit və kommunikasiya, həmçinin 21-ci əsrin təhsil və elmindəki proseslərin özəllikləri diktə edir: "Uşaqlarımız məktəb yaşlarından ingilis dili keçir və latın hərflərini öyrənir. Ona görə də gənc nəsil üçün heç bir çətinlik və maneə yaranmamalıdır. 2017-cı ilin sonunadək əlifbanın yeni qrafik standartını qəbul etmək lazımdır".

Erden Kajıbek jurnalistlərə bugünkü açıqlamasında yeni əlifbanın müasir texnologiyalar baxımından çox əlverişli olduğunu qeyd edib. O bildirib ki, əlifba qazax və əcnəbi ziyalıların iştirakı ilə hazırlanıb. İnstitut direktoru işçi qrupun təklif etdiyi yeni əlifbanın ictimai müzakirələrdən keçəcəyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31